İmperator Kaliqula

Roma imperatoru Kaliqula öz hakimiyyət dövrünə təqdirəlayiq şəkildə başlamışdı. Belə ki, rəhbərin təhqir edilməsi ilə bağlı təyin edilmiş ciddi əmrləri ləğv edir, keçmiş imperatorların borcunu ödəyir, vergiləri endirir. O hakimiyyətə sahib olduqdan cəmi 8 ay sonra xəstələnir. Ola bilsin, imperatorun düçar olduğu xəstəlik ensefalit idi ki, bu da beyində zədələnmələrə səbəb olmuşdu. Bundan sonra Kaliqulanın davranışları tamamilə dəyişir.

Belə ki, o bir neçə qohumunu intihar etməyə məcbur etmiş, bir neçəsinə yüksək vəzifə vermiş və bundan sonra Britaniyaya səfərə hazırlaşmağa başlamışdı.

Kaliqula öz atı Incitatus üçün mərmər “imarətgah” inşa etdirir və aydın məsələ idi ki, atın bu imarətə qətiyyən ehtiyacı yox idi. Bir dəfə isə Kaliqula mühafizəçilirə amfiteatrda şirlərlə döyüşə tamaşa edən tamaşaçıların 5 ilk cərgəsini meydana atmalarını əmr edir. Bütün bu insanlar həlak olur, çünki meydana əlavə şirlər buraxılmışdı.

Kaliqula insanlara işgəncə verir və bundan böyük zövq alırdı. Son nəticədə isə bir neçə uğursuz cəhdlərdən sonra Kaliqula qətlə yetirilir.
Davamı →

Napoleon Bonapart və əsgər

Bir dəfə Napoleon Bonapart qarovulların yoxlanışı zamanı postda yuxuya getmiş bir gözətçinin olduğunu görür.

Nizamnaməyə və müharibə dövrünün qanunlarına əsasən yuxaya getmiş növbətçi, hərbi tribunal qarşısına çıxmalı və güllələnməli idi. Çünki öz döyüş yoldaşlarını və dövlətini təhlükə altına qoyaraq, postda yuxuya gedən bir əsgərə başqa bir cəza təsəvvür etmək qeyri mümkün idi.

Amma Napoleonun qərarı olduqca gözlənilməz və təəccübləndirici idi. O, yuxuya gedən əsgərin silahını əlinə alır və özü onun yerində posta dayanır. Postda dayanmaqdan əldən düşmüş əsgərin yuxusuna isə əngəl olmur. Bir neçə vaxtdan sonra növbəni əvəz etməyə gələn serjant görür ki, növbətçi yatır, imperator isə onun yerində postda dayanıb.

Deyirlər ki, bütün əsgərlərin xəbər tutduğu bu hadisədən sonra, onlar imperatorla birlikdə görünməmiş cəsarətlə və hünərlə istənilən döyüşə girməyə və öz imperatorları uğrunda ölümə belə getməyə hazır idilər.
Davamı →

Məşhur şəxsiyyətlər haqqında maraqlı məlumatlar

Məşhur Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu Napoleon Bonapart əslində italyan əsilli imiş. Hətta onun italyan olduğuna və uşaqlıqda Fransaya nifrət etdiyinə dair bir çox iddialar vardır. Çünki o, Korsikada doğulmuşdu və məşhur sərkərdə olduğu illərdə bu ada, italyanların əlindən fransızların əlinə yenicə keçmişdi.


Ardı →

Oktavian Avqust

Eramızdan əvvəl 40-cı ildə iki yeniyetmə Romanın məşhur kahinlərindən olan Teaqanın yanına gəlir. Yeniyetmələrdən biri öz qoroskopunu öyrənmək istəyir. Məşhur astroloq ikinci yeniyetəmənin də qoroskopuna baxmaq istəyini dilə gətirirkən yeniyetmə etiraz edir. Buna baxmayaraq dostunun israrı ilə doğum tarixini astroloqa söyləyir.  Teaqan yeniyetmənin qoroskopuna baxdıqdan sonra onun qarşısında diz çökür…
Yeniyetmələrdən bir Romanın ilk imperatoru Qay Oktavian Avqust, digəri isə onun uşaqlıq dostu Mark Aqrippa idi…
Hər halda əfsanədə belə deyilir…


Ardı →