İnsan beyni haqqında nələr bilirik?

İnsan beyni hələ də çoxları tərəfindən kainatın ən mürəkkəb və anlaşılmaz quruluşlarından biri kimi qəbul edilir. Onun funksiyaları, işləmə prinsipləri və potensialı haqqında hər gün yeni məlumatlar əldə edilsə də, hələ də çox sirrli qalır. Bu bloq yazısında insan beyninin mövcud bilgiləri, onun strukturu, işləmə prinsipləri və insan həyatındakı roluna dair əsas məqamları təhlil edəcəyik.


Davamı →

Psixolinqvistika elmi haqqında?

Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə mövcuddur. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsiylə görürük.

Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə — nitqin psixologiyası sahəsi vardır.


Davamı →

Dejavu ilə gələcəyi görə bilərikmi?

İlk dəfə yaşadığımız dejavunun yaratdığı qəribə və gözlənilməz hissləri əksəriyyətimiz bilirik. Fransız dilindən tərcümədə "çoxdan görülmüş” mənasını gələn dejavu bizdə əsrarəngiz hisslər yaradır. Yeni araşdırmalarda isə bunun hissiyatdan başqa heç nə olmadığı müəyyənləşib. Bu vəziyyəti açıqlayan bir çox nəzəriyyə mövcuddur. Amma ən qəbul olunan açıqlama yaddaşla bağlıdır. Sözlər dilimizin ucunda olduğu kimi xatirələr də beynimizin ucqar yerlərində ola bilər.
Kolorado Universitetinin koqnitiv psixoloqu Anna Kleri araşdırmalarında bu fenomenin hisslərdən başqa bir şey olmadığını qeyd edib. Dejavu yaşayan insan kor-koranə divarın arxa tərəfində nə görəcəyini bilməyən insan kimidir. Digər elm adamları dejavunun xatirələrlə əlaqəli olduğunu müəyyən edib. Ancaq


Davamı →

Beynimizin "heykəlləşməsi"

Dünən axşamüstü bir şeyi çox düşündüm. Son vaxtlar nədənsə ətrafımda baş verənlərə iç dünyamında daha çox yer verirəm. Dünənkilərə də anındaca münasibətlərini bildirdilər.
Dünən iç dünyamın gündəmini zəbt edən o idi ki, mühit insanlara necə təsir edir? Mən bizim gənclərdən çox şey gözləyirdim. Fikirləşirdim ki, bizim gənclərin şəxsiyyət prinsipləri sırasında ən ön sıralarda demokratiya, dürüstlük olacaq. Ən azı dünyada söz azadlığı, demokratiya deyə bir şeyin olduğundan xəbərdar olmalıdırlar.
Xəbərdar olmalarında da problemlər olur. Ən böyük insan haqqlarının pozulması onların informasiya

Davamı →

Beynimiz bunları xoşlamır

Rumıniyanın professoru, neyrocərrah Vlad Siurea beynimizin nə tələb etməsi və nəyi sevməməsi barədə maraqlı açıqlama edib.
Bu vaxta kimi 23.000 beyin əməliyyatı icra edən tanınmış həkim deyir ki, beyin bizim öz səhvlərimizdən xəstələnir. Çox adam ödünün, mədəsinin qeydinə daha çox qalır, nəinki beyni. Ümumiyyətlə, beyni ilə necə davranacağını bilmir.

Davamı →

Beynimizdəki məlumatlar təhlükəsiz yerlərdədirmi?

Beynimizin dərinliyində olan məlumatlar təhlükəsiz yerlərdədirmi? Amerika və İngiltərəli bir qrup alimin fikrinə görə, bu sualın cavabı «xeyr»dir. Araşdırmaçı alimlər kompüter oyunları üçün istifadə edilən bir alət sayəsində kompüter istifadəçilərinin beynini oxuyuyaraq, gizli məlumatlar əldə ediblər.

Berkli, Oksford və Cenevrə universitetlərinin mütəxəssislərindən ibarət bir qrup bu yolla insan beyninin hakerlənə biləcəyini deyir. «Emotiv» adlı cihaz əldən istifadə edilmədən oyun oynamağa kömək edən vasitədir.

Könüllülər qrupuna «emotiv» taxılıb və kompüter ekranında bankların adları, şəkilləri, tanıdıqları şəxslərin adları, şifrələr nümayiş etdirilib. Tanış obyektləri görən beyin P300 adı verilən özəl bir siqnal verib. Araşdırmaçı alimlər bu siqnalı izləyərək gizli məlumatları əldə ediblər. Sınaq 40 faiz uğurla nəticələnib.
Qeyd edək ki, «emotiv»in satış qiyməti 299 dollar civarındadır.
Davamı →

İnsan beyninin yaddaş tutumu nə qədərdir?

İnsan beyninin yaddaş tutumu 2.5 milyon GB-dır. Bu maraqlı məlumat Türkiyənin Uludağ Universitetinin  “NBeyin” adlı konfransında səsləndirilib. Sözügedən bu rəqəm, 300 il davam edən HD film yazısının həcmi ilə ekvivalent tutulur.

Bu məlumatların müəllifi Dos. Dr. Sinan Canan, konfrans iştirakçılarına beyin fiziologiyası haqqında məlumatlar verib. Yaddaşın xüsusiyyətlərindən hesab olunan dəqiqlik, yaddaşın həcmli olması, yadda saxlamanın sürəti, yaddaş təzələnməsi, yaddan çıxarmanın sürəti və s. məsələlər kompüterdəki bəzi parametrlərə uyğun gəldiyindən həmin məsələlərə də toxunulub.


Ardı →