İslam dini haqqında

Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir.

Allah Təala buyurmuşdur: «Allah yanında (Məqbul olan) din əlbəttə, İslamdır.» (Ali-İmran,19) «Bir din kimi sizin üçün İslamı bəyənib seçdim.» (Əl-Maidə,3)
«Tövbə edib Rəbbininzə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». (Əz-Zümər,54)
«Yalnız müsəlman olduğunuz halda ölün!» (Əl-Bəqərə,132 və Ali-İmran,102).
«Necə ola bilər ki, onlarAllahın dinindən baqşa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz Ona təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar» (Ali-İmran,83)
«Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!» (Ali –İmran,85)

Ardı

Son nəbinin müqəddəs həyatı

Kainatın sultanı Peyğəmbərimiz ( s.ə.v. ) 20 aprel 571 — ci ilin bazar ertəsi günü Məkkədə dünyaya gəldi. Atası Abdulmuttaliblə Fatimənin oğlu Abdullah, anası isə Vəhb ilə Bərrənin qızı Əminə idi. Atası Abdullah Peyğəmbərimiz ( s.ə.v. ) doğumundan təqribən iki ay əvvəl vəfat etmiş və Mədinədə dəfn edilmişdi. Peyğəmbərimizin babası Abdulmuttalib: " Arzum budur ki, Onu göydə Haqq, yerdə xalq öysün ", deyərək ona " Məhəmməd " adını verdi.

Ardı

ALLAH RİZASI ÜÇÜN DİQQƏTLƏ VƏ SƏBRLƏ, SONACAN OXUYUN!

Hələ günəş çıxmamış, Corc yuxudan oyanıb ayağa qalxdı. Səs salmadan əvvəl xanımını (Teranı) oyatdı. Tera heç təəccüblənmədi. Çünki Corc axşamdan ona hazırlıqlar etməsini tapşırmışdı. Tera durub Corcun və uşaqlarının paltarını ütülədi. Onların iki oğlu var idi, Maykl və Andrey. Maykl Andreydən 2 yaş böyük idi.
 Paltarlar hazır olandan sonra Tera səhər yeməyini hazırlamağa mətbəxə keçirdi ki, Corc ona: Bu gün Qurban bayramıdır, onsuz da bayram namazına kimi bir şey yeməyəcəyik. Tələsmə, biz gələnə kimi hazırlayarsan – dedi. Corc uşaqların otağına keçib yavaşca onları da oyatdı. Andrey gözünü açan kimi atasına: Papaaaa, məni də aparacaqsan bayram namazına?
 Corc: Bəs nə. Sənsiz heç gedərəmmi gözümün işığı?!
 Maykl durub əl-üzünü yuyan kimi atasına dedi ki: Ata, mən gedim baxım görüm qurbanlıq qoyun neyniyir. Ot ya su lazımdırsa qoyum gəlim.
 Corc: Bax gör ipi dolaşmayıb? Dardısa, bir az boşalt, narahat olmasın.
 Yaxşı – deyərək Maykl həyətə qaçdı.


 Bayram namazından sonra onlar evə döndülər. Uşaqlar sevinə-sevinə qoyun bağlanan yerə qaçdılar. Tera qışqıraraq onları çağırdı: Gəlin üst-başınızı dəyişin sonra gedin!Corc bıçağı hazırladı. Sonra gəlib qoyunun ayaqlarını bağladı və yerə uzandırdı. Uşaqlar gələnə kimi qoyunu sığallayırdı.
 Corc dedi: Maykl, Andrey, hərəniz bir tərəfindən tutun.
 Corc qoyunu qibləyə tərəf uzatdı, bismillah, Allahu Əkbər deyib kəsdi.
 Onlar qoyunun ətini bir neçə hissəyə bölüb həm qonşularına, həm də yaxınlıqda yaşayan qohumlarına göndərdilər.
 Artıq günorta idi. Birdən Corc ayağa qalxıb Teraya üzünü tutaraq: Lap yadımdan çıxmışdı ki, bu gün bazar günüdü. Tez pencəyimi ver mən gedim kilsəyə — dedi. Andrey: Papaaa, mən də gəlim? Corc: Yox, siz qalın, evdə ananıza kömək edin, mən bir saata qayıdacam.


 Təəccüblənirsiniz? Corc müsəlmandır, yoxsa xristian?! Kilsəyə gedirsə, deməli xristiandır. Bəs yaxşı xristianlar bəyəm bizim qurban bayramını qeyd edirlər?! Əlbəttə yanılmırsınız. Onlar bizim bayramları qeyd etmirlər. Yuxarıda yazılan hekayə isə heç bir zaman baş verməyib, baş verməyəcək də. Bəs biz niyə onların bayramlarını qeyd edirik?! Niyə bizlərdə Kristmas, Yeni il, Valentin və sairə kimi bayramlar təmtəraqla qeyd olunur?!


 Allah təala buyurub: “(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.” [əl-Bəqərə 2:120]

Mənbə: azerislam.com

QUR'AN-la söhbət...

Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. («Bəqərə» 2)
Sən kitabsan?
Quran: «Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir.»
(Ali-İmran" 138)
Kim tərəfindən nazil olunub?
Quran: "(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur."
(«Nəml»6)
Nə üçün nazil oldun?
Quran: «Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir.»
(«Yunis» 57)

Ardı

Kəbə haqqında

Ayə və hədislərdən də bəlli olduğu kimi Kəbə insanlara məbəd olaraq yer üzündə tikilən ilk evdir. Aləmlərə uğur, bərəkət və hidayət qaynağı olaraq qurulmuşdur. Allahu-Təala Qurani Kərimdə belə buyurur:


«Həqiqətən,aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir.Orada aydın nişanələr-İbrahimın məqamı vardır.Oraya daxil olanın təhlükəsizliyi təmin olunar...» (Al-İmran 96)



Ardı

İmam Malik

İmam Malik Mədinədə doğulmuşdur. Onun doğum tarixi haqqında Hicri 90-dan 98-ə qədər dəyişən fərqli rəvayətlər var. Daha çox üzərində ittifaq edilən tarix isə 93-cü (711-712) ildir.  İmam Malikin ailəsi əslən Yəmənli olub. Babası Zu Asbah qəbiləsinə mənsub olan Malik b. Əbu Amir əl-Asbani Yəmən valisinin zülmündən qaçaraq Mədinədə məskunlaşmışdır. Anası da Yəmənli Əzd qəbiləsindən Aliyə binti Şüreyk əl-Əzdir.  İmam Malikin babası Mədinədə məskunlaşdıqdan sonra Qureyşə mənsub Bəni Teym b. Murra qəbiləsi ilə qohumluq əlaqələri qurmuş, o qəbiləyə mənsub olanlarla dostluq və yoldaşlıq etmişdir. Bir çətinliyi olduğu zaman da qəbilə mənsubları ona yardım etmişdilər.

Ardı

İslam dininin yaranması

İslam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. İslam dini eramızın YII əsrində meydana gəlmişdir. Bu dinə Yaxın və Orta Şərq ölkələrində, Şimali Afrika və Cənub-şərqi Asiya ölkələrinin əhalisinin böyük əksəriyyəti etiqad edirlər. Bundan başqa Hindistan əhalisinin 11%, Çinin 2%, Albaniyanın 70%, Yuqoslaviyanın 15%, bu dinə sitayiş edir. İslam dini başlıca olaraq Qafqazda, Orta Asiyada, Qazaxıstanda, Dağıstanda, Tatarıstanda, Başqırdıstanda yayılmışdır. Bu dinə etiqad edənlərin sayı 1 milyarda yaxındır.


İslam sözü ərəbcə allahın iradəsinə itaət etmək deməkdir. İslamın tərəfdarlarını müsəlman adlandırırlar. Ərəbcə müslim sözü muti-itaət etmək deməkdir. İslamın mənşəyi və  xarakterik cəhətləri ərəblərin və Ərəçbistan Yarımadasının xalqlarının tarixi inkişafının xüsusiyyətləri ilə bağlıdır.



Ardı