Xalq yazıçısı İsmayıl Şıxlı ilə bağlı 10 maraqlı faktı

1. İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim və zadəgan ailəsində anadan olub. Bu səbəbdən də ömrü boyu təqiblərə məruz qalıb.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Böyük Vətən Müharibəsi İsmayıl Şıxlının həyatına pozulmaz izlər qoyub. Onun bu barədə çoxlu yazıları, eyni zamanda xatirələri var. Qələbə günün müjdəsini xatırlayan yazıçı yazır: “Katerin radiosundan Levitanın səsini eşitdim: ”Düşmən danışıqsız olaraq təslim edilmişdir. May ayının 9-u Qələbə günü hesab olunur”. Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Dan yeri qızarırdı. Ətrafa sükut çökmüşdü”.

Davamı →

Xalqın yazıçısı - İsmayıl Şıxlı

İsmayıl Şıxlı haqqında xatirə yazmaq ehtiyacı qarşıma çıxmışdır. Nədən başlamaqda, nələri əhatə etməkdə çətinlik çəkirəm. O İsmayıldan söhbət açmalıyam ki, əsrimizin əllinci illərində ədəbiyyatımıza çox sürətlə daxil olmuş, əsərlərinin sayından daha artıq keyfiyyətinə görə bu meydanda sürətlə aparıcı şəxsiyyətə çevrilmişdir. O İsmayıldan ki, uzun müddət ədəbiyyatımızın təşkilatçısı mövqeyində görünmüşdür. O İsmayıldan ki, nəhəng S.Vurğunun, M.Hüseynin, O.Sarıvəllinin, M.İbrahimovun, S.Rəhimovun, Ə.Əbülhəsənin, R.Rzanın, M.Rahimin müasiridir, həmin şəxsiyyətlərlə birgə sənətin yönünü, milli-mənəvi əsaslarını müəyyənləşdirməkdə iştirak etmişdir. O İsmayıldan ki, söz sənətimizin monumental abidəsi hesab edilən «Dəli Kür» romanının müəllifidir. O İsmayıldan ki, təmizlik, paklıq mücəssiməsi idi, şəxsiyyət kimi yazdıqlarından — ədəbi xidmətlərindən çox-çox yüksəkdə dayanırdı. O İsmayıldan ki, 37 il həyatı sərasər həyatımın tərkibində olmuşdur.

Davamı →

İsmayıl Şıxlının 20 Yanvar qətliamından sonrakı çıxışı

İsmayıl Şıxlının qətliamdan bir neçə gün sonra 24 yanvar 1990-cı il tarixində Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin plenumundakı çıxışının tam mətnini təqdim edirik. Çıxışı zamanı İsmayıl Şıxlı 20 Yanvar faciəsini qətli şkəildə pisləyir və bu hadisənin təşkilatçılarını sərt şəkildə tənqid edir.
(İsmayıl Şıxlının 1990-cı il yanvar ayının 24-də Azərbaycan KP MK-nın plenumundakı çıxışı)

Davamı →

İsmayıl Şıxlını mən hardan alım?!

Onu kişilik, ağalıq simvolu hesab edirdilər. O, sözün əsil mənasında, şəxsiyyət idi.
İşıqlı ziyalı, gözəl pedaqoq, dəyərli alim, təəssübkeş azərbaycanlı və əsil İnsan idi. Təmkinli danışığı, həlim səsi, astagəl yerişi, hətta baxışı, həm də gözəlliyi ilə, sözün əsil mənasında nümunə idi.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!

Davamı →

İsmayıl Şıxlı ilə bağlı maraqlı əhvalatlar

Hüseyn Arifdən ən maraqlı lətifələri o qələmə alıb. Lakin bu lətifələrin hər biri üçün Hüseyn Arifdən icazə alıb. O lətifələr ki, şair tirajlanmasını istəməyib İsmayıl Şıxlı onları nəinki qələmə alıb, heç danışmayıb da! Hətta ən yaxın adamlarına belə. Hətta dəfələrlə ona üz vuranlara belə.

Evdə xasiyyəti sərt olub. Lakin bütün ailə üzvləri ürəyindən keçənləri çox rahat şəkildə ona anladırmış.

Xalq şairi Qabil təzə “Moskviç” alır. Yaxşı sürə bilmədiyi üçün heç kim minmirmiş onun maşınına. Bir gün hansısa tədbirə gedəndə İsmayıl Şıxlı Qabilin maşınına oturur, Qabil çox sevinir. Bu vaxt İsa Muğanna onların yanından keçirmiş, İsmayıl Şıxlı başını pəncərədən çıxarıb deyir:
Davamı →

İsmayıl Şıxlı

Dünya qələmli ədib, milli ər qırımlı xarakter, xəlqi ədəb-ərkanlı Müəllim — İsmayıl Şıxlı...
Onun Müəllimlik obrazı haqda — dərsləri necə bir məhəbbət və məharətlə deməsi, bu sənətə Məcnun məftunluğu barədə çox danışmamaqçün, 70 illik yubileyində həmkarlarından birinin söylədiyi bir nüansa diqqət edək: “Bizim çoxumuz zamanın havasına uyduq, ad-sanımızı qoruya bilmədik, İsmayıl Şıxlı isə bu adı ürəyi kimi — tər-təmiz saxladı!..”

Bəli, tariximizin “sovet dövrü” illərində tez-tez səslənən “dovşana qaç, tazıya tut”, “dünyanın düz vaxtları”, “bu dünyanın herti-pertisinə lənət!” kimi deyimlər, 3 növ təyini söz birləşmələrindən əlavə, hərdən belə bir “dəvədə buynuz” da eşidərdik: —

“Kristal adam”...
O dövrün ali məktəb tələbələrinin hər birinin ayrılıqda öz “ideal müəllim”i olsa da, İsmayıl Şıxlı hamı üçün ortaq “İdeal Pedaqoq”, milli “Kristal Müəllim” sayılırdı…
Davamı →