Qisas | İvan Bunin

Avqustun sonlarında dənizdə çimmək və naturadan şəkil çəkmək məqsədilə gəldiyim Kann pansionundakı bu qəribə qadın ayrıca masada səhər qəhvəsini içir və nahar edirdi.

Gərgin, qaşqabaqlı görünüşü var idi, elə bil, ətrafında heç kimi və heç nəyi görmürdü; qəhvədən sonra, demək olar ki, axşamadək harasa yox olurdu. Mən artıq bir həftəyə yaxın idi pansionda qalır və maraqla ona göz qoyurdum: qara, qalın saçlar, başını dövrələmiş yoğun qara hörük, qara gülləri olan qırmızı kreton paltar geyindiyi sağlam bədən, yaraşıqlı, sərt sifət, bir də o kədərli baxışlar.

Yeməkpaylayan elzaslı bir qız idi; on beşə yaxın yaşı olmasına baxmayaraq, iri döşləri, enli dalı var idi, həddən artıq kök olsa da, bu, ona məlahət və zəriflik verirdi; son dərəcə yelbeyin və mehriban idi, hər sözdən ürkər və gülümsəyərdi; bir dəfə onunla dəhlizdə qarşılaşarkən həmin qadınla maraqlandım. Qız diksinməyə və gülümsəməyə hazırmış kimi bulanıq-mavi gözlərini mənə zillədi:
Davamı →

İvan Bunin

İvan Bunin 1870-ci ildə Voronejdə, zadəgan nəslində anadan olubdur. Onun mənsub olduğu nəslin Rusiyanın ictimai və mədəni həyatında rolu böyük olmuşdur. Bu nəsildən dövlət xadimləri, hərbçilər, şairlər, yazıçılar çıxmışdır. Məsələn, onlardan biri Vasili Jukovski olmuşdur. Vasili Jukovski İvan Buninin ulu babasının qeyri-qanuni oğlu olmuşdur.

Belə ki, İvan Buninin ulu babasının əsir türk qızı Səlimə ilə olan münasibətindən Vasili Jukovski anadan olmuşdur. Vasili Jukovski XIX əsr rus ədəbiyyatının inkişafında xidmətləri olan yaradıcı insanlara mənəvi cəhətdən qayğı, diqqət göstərmiş, onlara mənəvi dayaq olmuşdur. Məsələn, Puşkin, Lermontov, Nekrasov və digərləri bu mənəvi dayağı görənlər içərisində olmuşdur.

İvan Alekseyeviç Buninin həyatının üç ili anadan olduğu Voronejdə keçmişdir. Sonra onun atası Orlov quberniyasının Yelits əyalətinə gəlmişdir. Və burada Butırkı xutorunda yaşamışdır. İvan Buninin uşaqlıq illəri burada keçmişdir.

İvan Alekseyeviç Buninin ilk müəllimi Nikolay Romaşkov olmuşdur. Nikolay Romaşkov Buninin dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Nikolay Romaşkov Moskvada Lazarev adına Şərq Dilləri İnstitutunu bitirmişdir.
Davamı →

İvan Buninin Nobel nitqi

“Əlahəzrət, hörmətli xanımlar və hörmətli cənablar!
İsveç akademiyasının qərarını telefon mənə noyabrın 9-da, uzaq-uzaq bir məmləkətdə, qədim əyalət şəhərində, yoxsul kəndli evində xəbər verdi. Əgər belə vəziyyətlərdə hamının dediyi kimi “bunun həyatım boyu keçirdiyim ən güclü təəssürat” olduğunu desəm, qeyri-səmimi olaram. Dahi filosof düz deyir ki, hətta ən nadir gələn sevinc hissi belə kədər hissi ilə müqayisədə heç bir əhəmiyyət daşımır. Silinməz xatirəsini həmişəlik qoruyacağım bu bayrama kölgə salmağı qətiyyən arzulamıram, amma yenə də cəsarət edib deyirəm ki, son on beş ildə yaşadığım kədər sevinclərimdən qat-qat çoxdur. Və onlar şəxsi kədər anları olmayıb – qətiyyən yox! Lakin bir şeyi də əminliklə deyə bilərəm ki, yazıçılıq həyatım boyu yaşadığım bütün sevinclərin arasında müasir texnikanın bu balaca möcüzəsi, Stokholmdan Grassa edilən bu zəng yazıçı kimi məni tamamilə xoşbəxt etdi.

Sizin böyük həmvətəniniz Alfred Nobel tərəfindən təsis olunmuş bu mükafat yazıçı əməyinin ən yüksək təsdiqidir!

Şöhrətpərəstlik, demək olar ki, hər insana və hər müəllifə xasdır və mən bu qədər peşəkar və tərəfsiz münsiflər tərəfindən bu mükafata layiq görülməyimlə son dərəcə fəxr edirəm.
Davamı →