...

Yazılmayan şeirlərdən kağız çiçək dəstələri.
Bəmbəyazdı bu güllərin mürəkkəbsiz ləçəkləri.
Sadə bəyaz vərəqlərdi, yox mürəkkəb, yoxdur sətir,
Nə gözyaşı yağışı var, nə yolda qız, nə də çətir.
Bircə O var. Həsrət ilə baxıb çölə pəncərədən,
Ürəyində şeir deyir yazılmamış sətrlərdən.
Davamı →

Qəbir

Qəbrini qazıram arzularımın.
Özüm öz arzuma qatil olmuşam.
“Xoşbəxtlik” adında bir xəyalımın,
Sən demə, sadəcə, qurbanıymışam.
Qəhrəman sayırdım mən də özümü
“Həyat” ismi olan qəddar savaşda.
Uduzub, açaraq ona gözümü,
Gördüm, düşmən olub doğma qardaş da.
Görünür, qəribə döyüşdü həyat.
“Vur ki, vurmasınlar” – olub tək qayda.
Məğlubsan, nə qədər etsən ehtiyat:
Öldürsən – qatilsən, ölsən – nə fayda?
Sanarıq, baxırıq diqqətlə ona,
Həyata dörd açıb gözlərimizi.
Tək göz yox, qəlb baxsa həyat yoluna,
Görərik, nə sirlər gözləyir bizi.
Bəlkə da, savaşa başladım erkən,
Bəlkə, başlamadan məğlub olmuşam.
Bir daşmı vururdu sinəmdə, görən,
Bir kora hədiyyə güzgü almışam.
Kor adam alaraq güzgünü ələ,
Gətirdi aynanı gözünə sarı.
Baxsa da, görmürdü aynada heç nə,
Gülüşlə boğurdu göz yaşlarını.
Sadəcə baxaraq bu mənzərəyə,
Gördüm ki, əslində kor o deyilmiş.
Qatili qoysaq da biz igidliyə,
“Zalongo rəqqası” qəhrəman imiş.
Döyünə bilərmi, görən, daş ürək?
Almazmı gücünü ürək duyğudan?
Duyaraq yaşasın insanlar gərək:
Yaşamaq fərqlənir mövcudiyyatdan.
Qəbrini qazıram arzularımın.
Bəlkə arzumun da yaşam haqqı var.
Ölməsin görərək xəyallarının,
Yaşayır arzuya qəbirqazanlar.
Cavidan Haciyev

...

Vəsf elə məni şair,
Onsuz da vəsf zamanı heç vaxt olmayacaq.
Vəsf elə məni şair.
Qurumuş çiçək yağışda təzədən solmayacaq.
Mənsə itib gedəcəm, hamı məni unudacaq.
Dünya ərköyün uşaqdı — bizlər köhnəlmiş oyuncaq.
Oynadılıb atılacaq — zibillikdə kiçik bir yer.
Hələ ki atılmamışam — Vəsf elə məni şair.
Heç vaxt görünməyəcək məndə olan hüsnü-camal,
Soyacaqlar məni də həqqdən qaçan barmaqlılar.

Hacıyev Cavidan

4000 illik sevgi şeiri

  • Sevgi
1889-cu ildə Bağdadın 150 km yaxınlığındakı Şumer şəhəri Nippurda bir tablet tapıldı. Bu tableti 1955-ci ildə amerikalı şumeroloq Samyuel Kramer deşifrə etdi. Həmin tabletdə bir sevgi şeiri vardı, şeirin hekayəsi belədir: Şumer inancına görə torpağın bərəkətli və məhsuldar olması üçün gərək kral ildə bir dəfə Bərəkətə və Sevgi ilahəsinin yerinə, bir rahibə ilə evlənsin. Böyük ehtimalla tabletdəki şeir də kral Şusin ilə evlənmək üçün seçilmiş gəlin tərəfindən törəndə oxunmaq üçün yazılıb.

Davamı →

Elə darıxmışam

Elə darıxmışam gülüşü üçün,
Bir dəfə gül desəm,gülər görəsən?
Tək onu istəyir ürəyim mənim,
Desəm,gəl yanıma,gələr görəsən?

Onsuz keçən günlər yetişmir sona,
Nə qədər gözümə kədər,qəm qona,
Mən ki bu qədər çox bağlıyam ona,
Axı mənim olsa,ölər görəsən ?!

Gecələr xəyal tək yanıma gəlir,
Bir gözəl söz deyir,halım düzəlir,
Uzaqda olsa da,dərdimi bilir,
Bəs onsuz ağlasam,bilər görəsən?

Hərdən çıxartsam da onu özündən, 
Doya bilməyirəm şirin sözündən,
Öpmək istəyirəm,desəm üzündən,
Məni həyatından silər görəsən?

Dərd dolu sevgiler məni mi seçər, 
Bu qədər qəm kədər rəvami məgər,
Yaman çox dərdim var çagırsam əgər, 
Dərdimi mənimlə bölər görəsən?

Yar qasidi | Məhəmmədhüseyn Şəhriyar

Sən yarımın qasidisən
Əyləş sənə çay demişəm.
Xəyalini göndəribdir
Bəs ki mən ax-vay demişəm.

Ax gecələr yatmamışam, 
Mən sənə lay-lay demişəm
Sən yatalı mən gözumə
Ulduzları say demişəm.

Hər kəs sənə ulduz deyə,
Özüm sənə ay demışəm. 
Səndən sonra həyatə mən
Şirindisə zay demişəm. 

Hər gözəldən bir gül alıb
Sən gözələ pay demişəm.
Sənin gün tək batmağıvı
Ay batana tay demişəm. 
Davamı →

İnsan kimi saxla məni - Bəxtiyar Vahabzadə

Ulu tanrı, köməyim ol,
Arzuma adaxla məni.
Məni insan yaratmısan,
İnsan kimi saxla məni.

Göl olmuşam dama-dama,
Məlhəm qoyma sən yarama.
Bu sevdaya bu mərama
Daha betər bağla məni.

Fikirlərim qatar-qatar,
Biri atar, biri tutar.
Yaxınlara əlim çatar,
Qovuşdur uzaqla məni.
Davamı →

Qudurğan olsa, neynərsən?

Acından millətin bir gün yarımcan olsa, neynərsən?
O can üstə sənin ömrün firavan olsa, neynərsən?

Didərginlər səfalətdən əgər ölsə çadırlarda,
Vəkillər maliki-mülki-Süleyman olsa neynərsən?

Koroğlu qeyrətindən dəm vururkən Milli Məclisdə,
Müsəlman qızları məktəbdə üryan olsa, neynərsən?

Vəkil artist, vəkil şair, vəkil xanəndə və sair,
Dəyirmanın əgər dənsiz dəyirman olsa, neynərsən?
Davamı →