Hessenin Nobel nitqi

Hermann HesseAlman yazıçısı Herman Hesse Ədəbiyyat üzrə Nobel Mükafatına 1946-cı ildə layiq görülüb. Lakin səhhəti yazıçıya mükafatın təqdimetmə mərasiminə qatılmağa imkan vermədi. Hessenin mərasim üçün yazdığı mətni isveçrəli nazir Henri Vallotton oxudu...

“Təşkil etdiyinizi tədbirə görə sizi təbrik edir və sayğı duyuram, qonağınız ola bilmədiyimə görə və sizə canlı şəkildə təşəkkür edə bilmədiyimə görə çox üzgünəm. Səhhətimə həmişə həssas yanaşan insan olmuşam. Xüsusilə 1933-cu ildən sonra yaşadığım əzablar üzərimə çox ağır bir yük oldu, həyatımın məsləyini yerlə bir elədi. Amma zehnim bundan zərər görmədi və özümü sizə, Nobel komitəsinə ilham verən ideyalara çox yaxın hiss edirəm. O ideya ağlın müharibəyə və dağıtmağa deyil, sülhə və əmin-amanlığa xidmət etməli olması ideyasıdır.

Ancaq mənim istəyim milli xüsusiyyətlərin bulanıqlaşıb itməsi və insanlığın intellektual olaraq eyniləşməsi deyil. Əksinə, hər formanın və fərqli rəngin bu gözəl dünyamızda uzun müddət mövcud olmasını istəyirəm. Fərqli irqlərə, millətlərə, dillərə, davranışlara və baxış bucaqlarına sahib olan insanların mövcudluğu necə möhtəşəmdir.
Ardı →

Sənətkar şəxsiyyəti

Huseyn CavidHüseyn Cavid: «Həqiqət istərəm, yalnız həqiqət!»

Hüseyn Cavidin bir sənətkar və insan kimi həyat, habelə zəngin yaradıcılıq yolu olduqca mürəkkəb, ziddiyyətli dövrə təsadüf edib. İlk növbədə iki yerə parçalanmış Azərbaycanın taleyinə «Vətən, Vətən deyərək hər diyarə səs salaram» qeyrəti ilə yaşayan şair yazmışdı:

Dərd aldı sağımı, ölüm solumu
Namərd Araz kəsdi mənim yolumu.

Qədim Odlar Yurdunun «istibdad zülməti» və onun insanlarının hüquqlarının bərbad hala salındığını, ölkənin qəflət adlı «qanlı kəfən libasına büründüyünü» kədərlə qeyd edən Hüseyn Cavid qəlbən inanmışdı ki, Vahid Azərbaycan timsalında «nazənin Vətən» hökmən «şəbi — hicran bəlalarını» aradan qaldıracaq, işıqlı «sübhi — iqbal» ümidlərinə qovuşacaq. Bu ülvi məqsədə çatmaq üçün isə:

İmdi qeyrət edərsə millətimiz,
Yenə övdət edər səadətimiz.


Ardı →

Qabriel Qarsia Markesin etirafları

Qabriel Qarsia Markes — Mən hər zaman serial mətni yazmaq istəmişəm. Gördüyü işlərə görə sevilmək istəyən biri kimi mənim üçün roman yazmaqdansa serial mətni yazmaq daha effektlidir.

— Biz dilin qəlibləşməsi ilə mübarizə aparmalıyıq. “Xalq”, “Demokratiya” kimi sözlər artıq öz qüvvəsini itirib. Seçki təşkil edən hər kəs, özünü demokrat sayır.

— Mən nağıl yazmağa da çalışmışam. Amma alınmayıb. Hətta yazdıqlarımdan birini oğullarım kiçik yaşda olanda onlara oxutdurmuşam. Nağılı oxuyub qurtardıqdan sonra isə onlar mənə dedilər: “Ata məgər sən elə hesab edirsən ki, uşaqlar axmaqdırlar”?

— Xoş olmayan sürprizlərlə qarşılaşmamağa çalışıram. Ekskalatora yox pilləkənlərə, təyyarədən başqa isə hər şeyə üstünlük verirəm.

— ABŞ Cənubi Amerika ölkələrinə böyük məbləğlərdə investisiyalar yatırır. Lakin bizim 1 sent belə xərcləmədən etdiklərimizi onlar hələ də edə bilməyiblər. Biz onların dilini, musiqisini, yeməklərini, sevgilərini, düşüncə tərzlərini dəyişdiririk. Biz onlara, onların bizə təsir etmək istədikləri şəkildə təsir edirik. 

— SPİD yalnız sevginin riskini artırır. Sevgi həmişə təhlükəli olub. O özlüyündə ölümcül bir xəstəlikdir.


Ardı →

Məşhur ədiblərimizin həyatından maraqlı məqamlar

*Bir gün Qarabağ hakimi İbrahim xan öz dəstəsi ilə ovdan qayıdarkən yolda çobanlara rast gəlir. Çobanların yanındakı zorba bir itin boynundakı dəri bükmə və gözmuncuğu xanın nəzərini cəlb edir, atı saxlayır: «A bala, o itin boynundakı nədir? — Xan sağ olsun duadır, göz dəyməsin deyə yazdırdım.» İbrahim xan təəccüblənir, əhvalı dəyişir. Xanı başa düşməyən çoban iti tərifləyir. Xan: «Bəs duanı harada yazdırmısan? — «Şişə qalasında — çoban deyir. Bərk əsəbiləşən xan xilafı-şər iş görən dini ələ salan mollanı cəzalandırmaq məqsədilə çobanı iti ilə Şişəyə apartdırır. Axtarıb dua yazan mollanı tapırlar və xanın hüzuruna gətirirlər. İbrahim xan, qarşısında diz çökən mollaya qəzəblənir:
Davamı →