Əl tərləməsi

Bütün işlərdə istifadə edilən orqan olan əllərin tərləməsi bir çox fəaliyyətə maneə törədə bilər.

Yaş əllərin yaratdığı anormal görünüşlə bərabər ən narahatedici vəziyyət əl təması və qucaqlaşmadır. Çünki yaş əli tutmaq insanlarda diksinmə hissi və əlini çəkmə duyğusu meydana gətirir. Əllərini yumaq və ya silmək istəyirlər. Bunun fərqinə varan xəstələr bundan narahat olurlar. Uzunqollu geyimlər geyinirlər. Rəqs etməkdən, sevdiklərinin əlini tutmaqdan belə çəkinirlər.

Həddindən artıq tərləmənin səbəbləri nələrdir?
«Həddindən artıq tərləmə » olaraq bilinən hiperhidrozisin səbəbləri tam olaraq bilinməməklə yanaşı, ümumiyyətlə, genetik olduğu qəbul edilir. Hiperhidrozis bir növ tər vəzisinin həddindən artıq işindən və ya problemli olan bölgədə çoxlu miqdarda tapılmasından qaynaqlanır.

Bu cür tər vəzləri bədəndə ən çox əl, ayaq və qoltuqaltında var. Hiperhidrozisi olanlar çox tərləyirlər. Xüsusilə həddindən artıq stresli vəziyyətlərdə sinir sisteminin simpatik hissəsinin həddindən artıq işləməsi ilə tər ifrazatı artır. Hər 100 adamdan biri həddindən artıq tərləmədən əziyyət çəkir.
Ardı →