Əllər niyə tərləyir?

Bu pozulma lokal hiperhidroz (bədənin hər hansı hissəsinin — əllər, ayaqlar — həddindən artıq tərləməsi) adlandırılır.

Bunun 2 əsas səbəbi var:
— belə hiperhidroz hər hansı digər xəstəliyin simptomu kimi meydana çıxır

— irsiyyətlə bağlı olan essensial hiperhidroz.

Essensial hiperhidroz xəstəlik sayılmır. Əllərinizin içi tez-tez tərləyir, nəm olursa, bunun səbəbini araşdırmaq lazımdır.
Davamı →

Əllər və barmaqlar haqqımızda nə deyir?

Barmaqlarınız sizin haqqınızda hər şeyi danışa bilər. Gizlətmək mənasızdır. Elm "əl falına" da baxa bilir. Elm maraqlı bir məşğuliyyət, anlayış və çıraqdır. Deyilənə görə, müasir insan Homo Sapiens-in tarixi ən az 20 min ildir. Bunun ən az 20 000 ilini insanlar müxtəlif rituallar, mədəniyyət obrazları və inancın formalaşması üçün sərf ediblər.

Başqa iş-gücləri mi yox idi görəsən?
Əksinə. Aclıq çəkməmək üçün təsərrüfata başladılar, heyvanları əhliləşdirdilər; təbiətlə danışmağı öyrəndilər — bir sözlə. Bu fəaliyyət sırasında da təbiəti izah etməyə güclü ehtiyac yarandı.
Onlar da izah etdilər. Çörək müqəddəsdir. İnsan öləndə ruhu aramızda gəzir. İldirımı hirslənmiş saqqallı kişi öz əsasından çıxarır və s. İnsanlar mədəni cəhətdən formalaşdıqca (inkişaf etdikcə demirəm) daha cəsarətli və bacarıqlı oldular. Tutub piramida tikəcək səviyəyə gəldilər.
Davamı →

Əllər nədən xəbər verir?

  • Sevgi
Bəlkə də fərqində deyilsiniz, ancaq əl-ələ tutma formanız münasibətiniz haqqında bir çox məlumatları və necə cütlük olduğunuzu əks etdirir.

Ovucları birləşdirmə
Bir-birinizin əllərini bu formada tutursunuzsa, demək, münasibətiniz şəfqətə söykənir. Ancaq bu halda ehtiraslı münasibət olduğunu deyə bilmərik.
Davamı →

Əl quruluşumuz haqqımızda nə deyir?

Əllər bizim haqqımızda bir çox məlumatı özündə saxlayır. Bizi hərəkətə gətirən impulslar arzularımız, insanlarla olan əlaqələrimiz, müəyyən vəziyyətlərdə ortaya çıxan davranışlarımız və fərqli hadisələrə verdiyimiz reaksiyalar əllərimizdə öz əksini tapır. İnsanları əllərinə baxmaqla da xasiyyət baxımdan tanımaq mümkündür.

Psixoloq Nigar Əliyevanın sözlərinə görə, əllər torpaq, hava, su və od olaraq 4 tipə bölünür:
Dürüstlük və sağlam fikirləriylə tanınan torpaq əlinə sahib olan adamlar ciddi insan hesab edilirlər. Çox romantik deyillər. Hiss və duyğularını sözlə ifadə edə bilməsələr də sədaqətli insandırlar. Siz bu insanlara gözləri bağlı güvənə bilərsiniz".

Ağıllı və zarafatcıl olan hava əlinə sahib olan insanların ətrafı hər zaman dolu olsa da, yaxın dost seçdikdə çox diqqətli olurlar. Bu insanlar romantik olsalar da, bəzən soyuq və qaradinməz də görünə bilirlər. Hava əli olan insanlar sədaqətsizdirlər.


Ardı →