əmək müqaviləsi | Axtarış | Kayzen 

İnsan resursları (kadrlar)Əmək müqaviləsi üzrə işçinin asas hüquqları

Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları

Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:

a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq;

b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;

c) iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;

ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;

Ardı

Hüquq və qanunvericilikƏmək müqaviləsi

Azərbaycan Respublikasında əmək azaddır. Hər bir vətəndaş əməyə olan qabiliyyətini həyata keçirərkən — fəaliyyət növünü və peşəsini seçməkdə azaddır. Məcburi əməyin qadağan olunması əsas nailiyyətdir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunub.
Respublikamızda vətəndaşlar əmək hüquqlarını aşağıdakı formalarda həyata keçirə bilərlər.

  1. əmək müqaviləsini bağlamaqla;
  2. seçkili vəzifələrə seçilməklə;
  3. gənc mütəxəssisləri müvafiq təhsil müəssisələrini bitirdikdən sonra təyinat üzrə işə göndərməklə;
  4. şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə.
Ardı

Hüquq və qanunvericilikƏmək müqaviləsi və onun hüquqi təminatı

Azərbaycan Konstitusiyasının, eləcə də Əmək Məcəlləsinin əsas müddəalarına görə, əmək müqavilələri sərbəst bağlanır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi-işgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digər isə işçi adlanır. Onbeş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər.

Ardı

Karyera və yüksəlişƏmək müqaviləsi

Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması
Ardı