Cahiliyyət dövründə ərəblər

Ərəblər iki dəstəyə bölünürdülər: Qəhtani və Ədnani. Qəhtani ərəbləri Sam qövmünə aid və daha qədim tarixə malik idilər. Onlar Ərəbistan yarımadsında və xüsusən də, onun cənub hissələrində yaşa- yırdılar. Ədnani ərəblər isə Həzrət İsmailin (ə) nəslindən olan Ədnan adlı şəxsdən yaranmaışdırlar. İstər İslam dinindən öncəki cahiliyyət dövründə, istərsə də İslamdan sonra Ərəblərin ən məşhur və ən güclü qəbiləsi Qureyş qəbiləsi idi və bu qəbilə Ədnani Ərəblərdən sayılır- dılar. Allahın Rəsulu Həzrət Muhəmməd (s), onun xəlifələri və İsla- mın yarandığı illərdə böyük zəhmətləri olan insanlar bu qəbilədən idilər.
Islamdan öncə olan Ərəblər səhrada yaşayan, savadsız qövm idilər. İslam dini nöqteyi-nəzərindən bu mədəniyyətdən uzaq olan tarixi dönəm Cahiliyyət dövrü adlandırılır.
Davamı →

Qədim ərəb mədəniyyəti

VI-VII əsrlərdə Ərəbistan yarımadası ərazisində təqribən dörd milyon oturaq, üç milyon köçəri ərəb yaşamışdır. Lap qədimdən onlar iki böyük etnik qrupa bölünmüşlər: erkən orta əsrlərdə himyərilər adlandırılan cənublular və yarımadanın qalan hissələrində yaşayan b.e.ə. VII əsrdən ərəb adlandırılan köçərilər.
Hər iki etnik qrup sami-hami dilləri ailəsinə daxil olan eyniköklü dillərdə danışmalarına baxmayaraq, bir-birini çətinliklə başa düşür və buna görə də özlərini müxtəlif xalqlar hesab edirdilər.Onların həyat tərzində öz əksini tapmış fərq isə cənub və şimal ərəbləri arasındakı təzadı daha da dərinləşdirirdi. Onu da deməliyik ki, cahilliyyə (nadan­lıq) adlandırılan islama qədərki dövr ərəblərinin həyat və niəişəti haqqında əsas mənbə kimi qiymətləndirilən qədim ərəb poeziyası nümunələrində də Ərəbistan sakinlərinin özlərini ərəb adlandırmasına dair elə bir məlumat yoxdur.
Davamı →

Ərəb xilafəti

Xilafət (ərəb. خلافة‎‎ xilāfə; ing. Caliphate) və ya Xəlifəlik — İslam dinində siyasi və hüquqi idarə üsuludur. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından XIII əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır.
Xilafət düşüncəsi daha çox İslamın sünni qanadında qəbul edilmişdir. Şiə qanadı xilafət idarə üsulunu tanımır və ona əks olaraq imamət dini dövlətçilik düşüncəsini qəbul edir. Xəlifə ilk əvvəl azad seçki əsasında təyin edilsə də, Əməvi ailəsi hakimiyyətə gəldikdən sonra səltənət şəklini almışdır. Abbasilər sülaləsinin X əsrdə zəifləməsinə qədər dövlətə başçılıq edən xəlifələr daha sonra İslam dünyasında ruhani lider roluna malik olmuşlar.


Ardı →

Ərəb imperiyasının tarixi

“Cəzirət-əl-ərəb” adlanan, Ərəbistan yarımadasında yaşayan əhali iki yerə bölünürdü.
*     Köçəri ərəblər (bədəvilər)-maldarlıqla məşğul olurdular. Onların ən yaxın köməkçisi “səhra gəmisi” ad-lanan dəvələr idi;
*     Oturaq ərəblər-vahələrdə yaşayır və ticarətlə məşğul olurdular.
610-cu ildən başlayaraq Hz. Məhəmməd peyğəmbər İslam dinini təbliğ etməyə başladı. İslamı qəbul etmiş hər bir müsəlman aşağıdakı 5 şərti qəbul etməli idi:
1.Kəlmeyi-şəhadəti bilməli;                         
2.Gündə 5 dəfə namaz qılmalı;                    
3.Oruc tutmalı;                                               
4.Zəkat verməli;
5.Həccə getməli;
Ardı →

Ərəb xilafəti və ərəb işğalları

Ərəb Xilafətinin I dövrü (630-661) 661-ci ilə qədər olan dövrü əhatə edir. Bu dövrdə Məhəmməd Peyğəmbər və onun 4 xəlifəsi (Peyğəmbərin müavinləri) hakimiyyətdə olmuşdular. 632-ci ildə Məhəmməd Peyğəmbər vəfat etdi. O vəfat edəndən sonra ərəb işğalları genişləndi. Ərəblərin hərbi işğallarının səbəbləri aşağıdakılardır: Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər ikisini zəiflətmişdi; ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən süvarilərin sayı daha çox idi; Bizans və İran əhalisi ağır vergilərdən azad olmaq üçün ərəblərə xilaskar kimi baxır, onların tərəfinə keçirdi.


Xəlifə Əbu Bəkir (632-634), Ömər (634-644), Osman (644656), Əli (656-661) dövründə işğalçılıq müharibələri genişləndi. Əbu-Bəkir dövründə Suriya və İranın işğalına başlandı. Ömər Suriya, İraq və Misiri işğal etdi. Yərmuq (636) döyüşündə Bizans məğlub oldu. 638-cı ildə Kadsiyyə yaxınlığında İran qoşunu məğlub oldu. 642-ci ildə Nahavənd vuruşmasında ərəblər İrana qalib gəldilər. İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı. Mədain (Ktesefon) 652-ci ildə tutuldu və Sasanilər dövlətinə son qoyuldu.


Ardı →

Ərəblər VI-IX əsrlərdə

İslam dini və Xilafətin meydana gəlməsi. Ərəblərin vətəni Asiya qitəsinin cənub-qərbindəki Ərəbistan yarımadasıdır. Ərəbistan Asiya, Afrika qitələri və Aralıq dənizinin qovuşduğu ərazidə yerləşir. Ərəblər buranı «Cəzirə Əl-Ərəb» (ixtisarla Əl-Cəzirə), türklər və farslar isə Ərəbistan adlandırırlar. Köçəri bədəvi ərəblər (çöllülər) dəvə, qoyun, at saxlayırdılar. Yazda yağışlar yağır, səhrada çoxlu ot bitirdi. Bədəvilər burada heyvanlarını otarırdılar. Oturaq ərəblər vahələrdə məskunlaşırdılar. Vahələr yeraltı suların üzə çıxdığı yerdə əmələ gəlir və səhrada yaşıllıq, su olan yerdir. Ərəbistan yarımadasının cənubunda su və yağış bol olur. Əhali əkinçilikləməşğul olur. Burada əhali sıxdır.
Bədəvilərin evləri çadırdan ibarət idi. Dəvə bədəvilərdə ən sərfəli heyvan sayılırdı. Dəvə 17 gün susuz yaşayır, 170 kiloqram yük götürür. Onu səhra gəmisi adlandırırlar. Dəvə tikan kolları ilə qidalanırdı. Bədəvinin səhrada suyu qurtaranda dəvəni öldürür, dəvənin boğazının aşağı hissəsində yerləşən tuluğundan su içirdi.
Ərəblər qəbilələr halında yaşayırdı. Qəbilə başçısı müharibə zamanı hərbi başçı olurdu. Ərəblərdə qan intiqamı güclü idi. Ərəblər qəbilələr üzərinə qarətçilik məqsədilə hücum edəndə çalışırdılar ki, qan tökməsinlər, yəni adam öldürməsinlər. Ancaq qəbilədən qovulan öldürüldükdə qan intiqamı alınmırdı.
Ardı →