Azərbaycan ərəbləri

Ərəblər ilk dəfə 7-ci əsrin 40-cı illərində Qafqaza daxil olmuşdur. Ərəb ordusunun Qafqazda ələ keçirdiyi ilk ən böyük yaşayış məntəqəsi Dvin şəhəri idi. Ərəblər 653-cü ildə isə Arrana daxil olaraq Bərdə və Beyləqanı, 654-cü ildə Bələncər şəhərini ələ keçirdi. 692 və 693-cü ildə ərəblər xəzərlərlə şiddətli döyüşlərdən sonra Dərbəndi ələ keçirsələr də xəzərlər tezliklə şəhəri geri qaytara bildi. Ərəblər nəhayət 714-cü ildə Dərbəndi ələ keçirərək burada möhkəmləndilər. Dərbənd uğrunda xəzərlər və ərəblər arasında uzun müddət davam edən müharibələr başlandı. Dərbənd, beləcə, ərəblər üçün xəzərlərə qarşı mübarizədə mühüm bir dayağa çevrildi. Buradan ərəb dəstələri Qafqazın müxtəlif bölgələrinə, o cümlədən Şimali Dağıstana göndərilmiş və Volqanın aşağı axınlarına qədər çatmışdılar (Volkova, 1983:42).

Davamı →

Ərəb ölkələrinin tarixi. Birinci Dünya müharibəsindən sonra

Hələ Birinci Dünya müharibəsi dövründə İngiltərə və Fransa ərəb ölkələri üzərində hegemonluq üçün öz aralarında gizli razılığa gəlmişdi. Ərəb ölkələrinin siyasi dairələri hələ 1917-ci ilin sonlarında onlarla bağlı məkrli planların qurulduğunu anlamağa başlamışdı. Müharibənin yekunlarına həsr olunmuş Versal konfransında ərəb ölkələrinin idarəetmə məsələsi müzakirə olundu. 1920-ci il San-Remo anlaşmasına görə, Suriya və Livan Fransanın, Misir, Fələstin və İraq İngiltərənin mandatlığına keçdi.


Davamı →

Cahiliyyət dövründə ərəblər

Ərəblər iki dəstəyə bölünürdülər: Qəhtani və Ədnani. Qəhtani ərəbləri Sam qövmünə aid və daha qədim tarixə malik idilər. Onlar Ərəbistan yarımadsında və xüsusən də, onun cənub hissələrində yaşa- yırdılar. Ədnani ərəblər isə Həzrət İsmailin (ə) nəslindən olan Ədnan adlı şəxsdən yaranmaışdırlar. İstər İslam dinindən öncəki cahiliyyət dövründə, istərsə də İslamdan sonra Ərəblərin ən məşhur və ən güclü qəbiləsi Qureyş qəbiləsi idi və bu qəbilə Ədnani Ərəblərdən sayılır- dılar. Allahın Rəsulu Həzrət Muhəmməd (s), onun xəlifələri və İsla- mın yarandığı illərdə böyük zəhmətləri olan insanlar bu qəbilədən idilər.
Islamdan öncə olan Ərəblər səhrada yaşayan, savadsız qövm idilər. İslam dini nöqteyi-nəzərindən bu mədəniyyətdən uzaq olan tarixi dönəm Cahiliyyət dövrü adlandırılır.
Davamı →

Qədim ərəb mədəniyyəti

VI-VII əsrlərdə Ərəbistan yarımadası ərazisində təqribən dörd milyon oturaq, üç milyon köçəri ərəb yaşamışdır. Lap qədimdən onlar iki böyük etnik qrupa bölünmüşlər: erkən orta əsrlərdə himyərilər adlandırılan cənublular və yarımadanın qalan hissələrində yaşayan b.e.ə. VII əsrdən ərəb adlandırılan köçərilər.
Hər iki etnik qrup sami-hami dilləri ailəsinə daxil olan eyniköklü dillərdə danışmalarına baxmayaraq, bir-birini çətinliklə başa düşür və buna görə də özlərini müxtəlif xalqlar hesab edirdilər.Onların həyat tərzində öz əksini tapmış fərq isə cənub və şimal ərəbləri arasındakı təzadı daha da dərinləşdirirdi. Onu da deməliyik ki, cahilliyyə (nadan­lıq) adlandırılan islama qədərki dövr ərəblərinin həyat və niəişəti haqqında əsas mənbə kimi qiymətləndirilən qədim ərəb poeziyası nümunələrində də Ərəbistan sakinlərinin özlərini ərəb adlandırmasına dair elə bir məlumat yoxdur.
Davamı →

Ərəb imperiyası

Sasanilər imperiyasının feodallaşma dövrünə qədəm qoyması imperiyanın hüdudlarının genişləndirilməsi ilə paralel baş vermişdir. Bizim eranın V-VI əsrlərində imperiyanın sərhədləri şimalda Mərkəzi Asiyanın ortalarına, Qafqaz dağlarının ətəklərinə, qərbdə Aralıq dənizinin sahillərinə, cənubda Səudiyyə Ərəbistanının ərazisi də daxil olmaqla Asiyanın cənubuna, şərqdə Çinə qədər uzanırdı. Eramızın 570­ci ilində Sasani qoşunları Həbəşləri Yəsrib və Məkkədən qovaraq buranı öz hakimiyyəti altına aldı. Həmin ildə də Məhəmməd peyğəmbər anadan olmuşdur.
Sasanilər imperiyasının qüdrəti uzun sürmədi. Hələ qədimdən ticarət karvanlarının yönəldiyi bu yerlər Bizans imperiyasının da diqqətində idi. I Xosrovun Hicazda ağalığı uzun sürmədi. Eramızın 575-579-cu illərində hərbi əməliyyatlar nəticəsində SəudiyyəƏrəbistanının ərazisi bölündü.
Davamı →

Ərəb imperiyasının tarixi

“Cəzirət-əl-ərəb” adlanan, Ərəbistan yarımadasında yaşayan əhali iki yerə bölünürdü.
  1. Köçəri ərəblər (bədəvilər)-maldarlıqla məşğul olurdular. Onların ən yaxın köməkçisi “səhra gəmisi” ad-lanan dəvələr idi;
  2.  Oturaq ərəblər-vahələrdə yaşayır və ticarətlə məşğul olurdular.
610-cu ildən başlayaraq Hz. Məhəmməd peyğəmbər İslam dinini təbliğ etməyə başladı. İslamı qəbul etmiş hər bir müsəlman aşağıdakı 5 şərti qəbul etməli idi:
  1. Kəlmeyi-şəhadəti bilməli;                         
  2. Gündə 5 dəfə namaz qılmalı;                    
  3. Oruc tutmalı;                                               
  4. Zəkat verməli;
  5. Həccə getməli;

Davamı →

Quranın ən böyük möcüzəsi- Bəlağat

Peyğəmbərlər- yoxluq qaranlıqlarından varlıq aləminə çıxan və əbədi səadətə üz tutub gedən bəşər karvanına rəhbərlik edən insanlardır. Hər bir peğəmbərə təbliğ etdiyi həqiqətləri təsdiqləyici olaraq möcüzələr verilib. Bu möcüzə küfrün inadını qırmaq üçündür. İnkar edənləri təslim etmək üçündür. Yoxsa həssas qəlblər, həqiqətə açıq olan beyinlər möcüzələri görmədən belə iman edirlər. Möcüzələrin verilməsindən məqsəd — hidayətə aparan yolun üstündəki küfr baryerlərini dağıtmaq, haqq yolunu kəsənləri məğlub etmək, eyni zamanda artıq iman etmiş insanların imanlarını daha da qüvvətləndirməkdir.
Ardı →

Orta əsrlərdə ərəb mədəniyyəti

Ərəblər işğal etdikləri xalqlardan mədəni cəhətdən aşağı səviyyədə idi. Onlar bu xalqların və hətta işğal etmədikləri xalqların, məsələn, yunanların, romalıların mədəniyyətlərini öyrənib mənimsəyərək öz müstəqil mədəniyyətlərini yaratdılar. Ərəblərin işğal etdikləri ölkələrdən çıxan adamlar Xilafətin idarə olunmasında və İslam mədəniyyətinin yaranmasında iştirak etdilər. Müxtəlif xalqlardan olan alimlər, yazıçılar ərəb dilində yazıb yaradırdılar. Buna səbəb aşağıdakılardır:
1. Ərəb dili xilafətin dövlət dili idi. Dövlət işləri və məhkəmələr ərəb dilində aparılırdı;
2. Ərəb dili islam dininin, «Quran»ın dili idi. Bütün dini ibadətlər, məktəblərdə dərslər ərəb dilində aparılırdı;
3. Yunanıstanın və şərq alimlərinin əsərləri ərəb dilinə tərcümə edilmişdi;
4. Ərəb dilində yazılan əsərlər daha tez və geniş ərazilərdə yayılırdı.
Beləliklə, İslam mədəniyyəti yarandı. Bu mədəniyyətin yaranmasında Xilafətə daxil olan bütün xalqların nümayəndələri iştirak etmişdilər.


Ardı →

Ərəblər VI-IX əsrlərdə

İslam dini və Xilafətin meydana gəlməsi. Ərəblərin vətəni Asiya qitəsinin cənub-qərbindəki Ərəbistan yarımadasıdır. Ərəbistan Asiya, Afrika qitələri və Aralıq dənizinin qovuşduğu ərazidə yerləşir. Ərəblər buranı «Cəzirə Əl-Ərəb» (ixtisarla Əl-Cəzirə), türklər və farslar isə Ərəbistan adlandırırlar. Köçəri bədəvi ərəblər (çöllülər) dəvə, qoyun, at saxlayırdılar. Yazda yağışlar yağır, səhrada çoxlu ot bitirdi. Bədəvilər burada heyvanlarını otarırdılar. Oturaq ərəblər vahələrdə məskunlaşırdılar. Vahələr yeraltı suların üzə çıxdığı yerdə əmələ gəlir və səhrada yaşıllıq, su olan yerdir. Ərəbistan yarımadasının cənubunda su və yağış bol olur. Əhali əkinçilikləməşğul olur. Burada əhali sıxdır.
Bədəvilərin evləri çadırdan ibarət idi. Dəvə bədəvilərdə ən sərfəli heyvan sayılırdı. Dəvə 17 gün susuz yaşayır, 170 kiloqram yük götürür. Onu səhra gəmisi adlandırırlar. Dəvə tikan kolları ilə qidalanırdı. Bədəvinin səhrada suyu qurtaranda dəvəni öldürür, dəvənin boğazının aşağı hissəsində yerləşən tuluğundan su içirdi.
Davamı →