Və mən yetim qalmışam-qadından yetim...

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!

Ramiz Rövşən


Məzarının baş ucunda oturmuşam… Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.


Ardı

Evlilikdən sonra

İlk günün səhəri bir-birini yataqdan qalxdıqları halları ilə görən qadın və kişi ilk peşmanlıq duyğularını hiss edirlər. Eyni evin içində yaşamağa başladıqdan sonra bir-birlərinin daha əvvəl bilmədikləri dəyişik vərdişlərinə və şəxsiyyətlərindəki anormallıqlara şahid olurlar. Daha əvvəl gözlərində böyütdükləri bu insan zamanla dəyərini itirir və bu vəziyyət qısa müddətdə aralarında soyuqluq yaranmasına səbəb olur. Daxildə bəslədikləri bu mənfi duyğular zaman keçdikcə artaraq davam edir. Aradakı sevgi anlayışı səthi olduğundan, bir müddət sonra sevgi zənn edilən duyğuların zəruri bir vərdiş halına çevrildiyini görürlər.

Ardı

Həyat yoxsa həbs yoldaşı?

Qadınla kişi bir ruhdan yaranıb və Allah qarşısında bərabərdirlər. Ailə həyatında da bütün işlər aralarında paylanır. Əks halda,normal ailədən söhbət gedə bilməz. Tez-tez eşidirsən ki,deyirlər, ailənin xoşbəxtliyi əsasən qadınlardan asılıdır. Bu bir həqiqətdir. Həqiqətən də qadından çox şey asılıdır.


O,GÖZƏL OLMALIDIRMI?
Hər bir normal kişi özünə xoşbəxt ailə arzulayır. Təbii ki, bunu təmin edə biləcək həyat yoldaşı istəyir. Danılmaz həqiqətdir ki, əksər kişilər qadında gözəllik axtarır: ancaq qızın əxlaq, mənəviyyat və müdrikliyinə də xüsusi önəm verilməlidir. Əlbəttə, qızın xarici görünüşü də əhəmiyyətlidir. Məhəmməd Peyğəmbər (s.ə.s) kişilərə evlənməmişdən öncə qadını görməyi tövsiyyə edib. Bir nəfər Peyğəmbərə bir qıza elçi göndərdiyini bildirdikdə, Allah rəsulu ona deyir: «Sən onu görmüsən?». Kişi onu görmədiyini söyləyəndə isə Peyğəmbərimiz (s.ə.s) deyir: «Onu gör! Çünki aranızda sevgi və uyğunluq olması xeyrinizədir».



Ardı

Ər-arvad münasibətləri

İnsan həmişə başqalarının yanında özünü alicənab, nəzakətli və çox mədəniyyətli aparır. Cəmiyyət arasına çıxanda gözəl və yumşaq sözlərdən istifadə edir, mədəniyyətli davranır, gülümsəyir, istədiyi bir şeyi xahiş edir, üzr istəyir və sairə. O həmçinin başqalarının qarşısında gözəl görkəmdə və yaxşı ətirli görsənməyə çalışır. İnsan əsəbləşəndə və ya qəzəblənəndə öz hirsini boğmağa və hər şeyi sülh yolu ilə həll etməyə çalışır. İnsan, cəmiyyətdə əlaqələri kəsilməsin deyə bəzən öz hüquqlarından da imtina edir. Ali mədəniyyət, gözəl əxlaq və nəzakətli davranış insanlar arasında xoş əlaqələr və məhəbbət yaradır. Bütün bunları cəmiyyətdə edən insan, istər ər olsun, istər arvad, evdə də bir-birlərinə qarşı bu cür davranmalıdırlar.

Ardı

Kişini qadına bağlamağın yolları

1. Qadının kişiyə qarşı ən təsirli halı şirin dili, gülər üzü,təbəssümü, könül alması və sıxıntılarını paylaşmasıdır. Ən əsası əri üzünə baxdıqda könlü açılmalı və bir anda bütün yorğunluqlarını atmasıdır.

2. «Səninlə birlikdə olarkən özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm»kimi sözləri yeri gəldikcə dilə gətirin. Həyat yoldaşınızı sizinlə zaman keçirməyi onun üçün zövqlü bir hala gətirin.

3. İmkanlarınız daxilində süfrənizi bol edin. Kişini evə bağlayan vacib səbəblərdən biri də sevdiyi yeməklərin süfrədə olmasıdır. Yeməkdən sonra çay, qəhvə və çərəzləri əksık etməyin ki, qarnı doyar-doymaz gözü ayaqqabısında qalmasın.

Ardı

Xoşbəxt ailə olmaq üçün

Təcrübələr nəticəsi, alim və psixoloqların ailə xoşbəxtliyi üçün təsbit etdikləri bəzi prinsipləri birlikdə xatırlayaq:


1) Qısa ayrılıqlar, ailədəki bağları gücləndirə bilər. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb ola bilər. Uzun ayrılıqlardan uzaq durmaq lazımdır.

2) Xoşbəxt bir ailə  birliyi üçün tərəflər bir-birinin psixologiyasını, quruluş və xarakterlərini yaxşı tanımalıdır. Ancaq bu şəkildə ailənin dağılmasından, söz-söhbətdən uzaq qalına bilər.

3) Heç bir anlaşılmazlığın uzun, davamlı olmasına fürsət verilməməlidir. Ən qısa zamanda şirinliyə bağlanmalıdır.

4)İstər köhnə nişanlısı, istər əvvəlki yoldaşı olsun, keçmiş təcrübə və xatirələrdən danışmaq doğru olmaz.

5) Həddindən artıq idealist olulnmalıdır, normal yaşamalı və qarşı tərəfdən möcüzələr gözlənilməməlidir.

6) Yoldaşlar, sevgilərini hər vəsiləylə bir-birlərinə ifadə etməlidirlər.

7) Kədərə təslim olmamağa çalışılmalı; həyata davamlı ümidlə baxılıb və gülər üzlü olunmalıdır.



Ardı

Müdrik qadınlara psixoloq məsləhəti

Sirr deyil ki, qadınlar xüsusi cazibə qüvvəsinə malikdirlər. Bu qeyri adi bacarığı ilə hər bir qadın sevgilisini ovsunlaya bilər. Bu gün Sizə bir neçə məşhur “qadin hiylələrini” təqdim edirik

1. YOLDAŞINIZ ÜÇÜN DAIM SIRLI, ƏLÇATMAZ OLUN.

Adətən, bir neçə illik evlilikdən sonra qadın yoldaşından əminlik hiss edib rahatlaşır. Özünə qarşı əvvəlki kimi tələbkar olmur. Görkəminə bir o qədər əhəmiyyət vermir, ümumiyyətlə, sevgilisi üçün adiləşir.

Ardı

Qadınlara 10 məsləhət

1620-ci ildə poznanlı İshaq Ben Elyakin öz qızı üçün kiçik bir kitabça yazdı və tezliklə bu kitabça yəhudi qadınlar arasında məşhurlaşdı. «Mərhəmətli qəlb» adlanan bu kitabçada yaxşı arvada on nəsihət və başqa məsləhətlər vardı. Biz bu nəsihətləri nümunə kimi ona görə veririk ki, xanımlarımız ayrı baxış nöqtələrindən də özlərini görə bilsin.

1. Ərin hirslənəndə, ehtiyatı əldən vermə. Bu zaman nə şən, nə də öcəşkən ol. Gülümsə və sakit danış.
2. Ərini yemək gözləməyə məcbur etmə. Aclıq qəzəbin atasıdır.
3. Ərin yatanda, onu oyatma.
4. Onun pulları ilə ehtiyatlı ol. Pulla bağlı işlərini ondan gizlətmə.
5. Heç vaxt onun sirlərini açma. Əgər lovğalanırsa, bunu gizli saxla, üzünə vurma.
6. Onun düşmənlərini bəyənmə və dostlarına nifrət etmə.
7. Ona etiraz etmə və öz məsləhətinin onunkundan yaxşı olduğunu israr etmə.
8. Ondan mümkün olmayanı gözləmə.
9. Onun xahişlərinə diqqətlə yanaşsan, sənin kölən olar.
10. Onun xətrinə dəyən heç bir söz demə. Sən onunla çar kimi rəftar etsən, o sənə çariça kimi münasibət bəsləyəcək.