Kim Leylaya aşiq, kim Mövlaya aşiq

  • Sevgi
Əlimizdə, ovcumuzda nə varsa, hər birisinin öz təyinatı var.
Heç nə boş yerə yaradılmayıb. Əllərin qarşısına qoyub buğum-buğum barmaqlarına baxdıqda nələr keçir adamın ağlından. Nə qədər də mükəmməldir, hər işə yarayır, qələm də tutmaq olur, yerdən daş götürüb qonşuya atmaq da. Yəni hər şeyin yaxşıdan pisə qədər bir çox sahələrdə işə yaramaq imkanı olsa da hər halda təyinat yaxşıyadır.

Demək, əl qonşuya daş atmaq üçün deyil, hərdən bunu eləsək də. İnsana verilən sevgi hissi Yaradanı tanıyıb sevmək üçündür. Təbii ki, ətrafımızdakı gözəllikləri sevmək bizim fitrətimizdən gəlir. Biz insan olaraq belə yaradılmışıq, hər şeyin gözəlinə, göyçəyinə mükəmməlinə sahib olmaq istəyirik. Amma bəzən Leyli üçün yola çıxıb Mövlaya qovuşmaq da var.

Əslində Leyli üçün çıxdığın yol səni Mövlaya aparmırsa, nə o yol bir yoldur, nə o duyğu bir sevgidir. Məcnun Leyli üçün səhraya düşdü, amma heyvanlar arasında aylı gecələr keçirəndən sonra bu sevginin onun ruhunu sıxdığını hiss etdi və anladı ki, hər bir fani kimi Leyliyə də tuşlanmış duyğu elə onun özü kimi fanidir.

İnsan ruhu ancaq Əzəli və Əbədi olanı sevməklə ölümsüzlük qazana bilir. Yəni Əbədi olana tuşlanmış sevgi o duğyu yükünü daşıyanı da əbədiləşdirir. İnsan fitrəti elə yaradılıb ki, bu dünyada onu bürüyən hər gözəllik, hər şirinlik sabah mütləq onu təmin etməyəcək. İnsan ruhunun alarkən tam təmin olunduğu mükafat Cənnətdir. O ünvana insanın əbədi səadəti deyilməsi də yəqin ki, elə bununla bağlıdır.
Davamı →

Ən ağlamalı sevgi nağılı

  • Sevgi

Qədim zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər gülərmişlər. Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar. Amma ondan qabaq hələ oğlanın 5 il müddətinə xaricə getmək məsələsi ortaya çıxır. Oğlan fikirləşir, fikirləşir, axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir:

'Sevgilim, 5 il bilirsən ki az müddət deyil.Çox şey ola bilər 5 ilə. Bilmirəm, bəlkə sən mənə olan sevgindən vaz geçəcəksən, bəlkə də mən, bəlkə də hər ikimiz. Bəlkə də zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək, bilmək olmaz.' Bu an qız oğlanın sözünü kəsərək 'Mən səni ömrümün sonunadək sevəcəm'-deyir.Oğlan cavabında 'Gülüm, heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə bilməz. Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən. Bu, sadəcə olaraq sənin indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm, ama həqiqətən də 5 ilə sevgi qalarmı bir birimizi görməsək, onu nə yazıq ki heç birimiz deyə bilmərik. İndi mən sənə söz verim ki 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik. Sən də evdəcə otur məni gözlə, hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin. Mənimsə 5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki onda biz evlənməyəcəyik…


Ardı →

Real hadisələr üzərində qurulub

  • Sevgi
Bir avtobus dayanacağında qarşılaşmışdılar ilk dəfə. Biri Tibb Universitetində oxuyurdu, digəri Memarlıq və İnşaat Universitetində. O ilk qarşılaşmadan sonra bir daha, bir daha və bir daha görüşə bilmək üçün hər dəfə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər.
Gənc idilər, çox gənc… Bir-birləri ilə danışacaq cəsarəti tapmaları vaxt aldı, amma nəhayət bacardılar.
slində heç biri hər səhər avtobusa mindikləri tərəfdə yaşamırdılar. Oğlan dostugildə qaldığı üçün həmin dayanacaqdan minmişdi, qız ısə isə bacısı gildə. Sırf bir-birlərini görə bilmək üçün hər səhər tezdən evlərindən çıxıb şəhərin taaa o başından həmin dayanacağa gəldiklərini gülə-gülə bir-birlərinə etiraf etdilər bir gün…
Ardı →