Sakitləşdirən 5 ətir

Beyninizin sakitləşməsi üçün bir çox yol var. Bunlardan biri də aromaterapiya yəni ətir müalicəsidir. Ətirlərin beyinə təsirləri tədqiqatlar nəticəsində sübut olunmuşdur. Siz də sakitləşmək üçün bu ətirlərdən istifadə edin:

1. Darçın
Sakitləşmək üçün yüksək təsirə malik bitkilərdən biri darçındır. Onun həm ətri, həm çayı insana müsbət enerji verir.

2. Yasəmən
Yasəmənin sakitləşdirici təsiri vardır. Yatmadan əvvəl yastığınızın üzərinə bu bənövşəyi çiçəklərdən qoyun. Rahat yuxu yatmağınızı təmin edəcək.
Davamı →

Gəlmiş-keçmiş ən yaxşı 5 ətir

Ətir hər bir qadının sevdiyi, çox istifadə etdiyi, hətta xarakterini yansıdan bir kosmetik vasitədir. Hər il yüzlərlə növdə və adda ətirlər insanların istifadəsi üçün istehsal ounub satışa çıxarılır. Bir çox markanın və növün arasında qadınların əksəriyyətinin çox bəyəndiyi brendlər isə bir əfsanə olaraq adlarını tarixə yazdırmışdırlar. Ən çox bəyənilən bu 5 ətir brendinin hansılar olduğunu, onların yaranma tarixlərini və tərkiblərini sizə təqdim edirik.

Chanel No 5-Coco Chanel
Dünyanın ən məşhur ətri. Heç bir ətir bu qədər tanınmadı və sevilmədi. Coco Chanel 1921-ci ildə bu ətri satışa çıxardığı zaman qadın kimi qoxan bir ətir hazırlamaq istədiyini və buna nail olduğunu demişdi. Tərkibində yasəmən, səndəl ağacı, əmbər kimi bitkilər olan bu ətir fərqli qoxuları qarışdıran ilk ətirdir. Bundan əvvəlki ətirlərdə yalnız bir çiçək qoxusundan istifadə edilirdi.
Davamı →

Ətirlər haqqında məlumat

Ətir – bu sözdə çoxlu emosiya, hiss, əhval-ruhiyyə, intizar, ümid və arzular var. Ətir insanın əhval-ruhiyyəsini ötürür, onun xasiyyəti, temperamenti, həyat tərzi, zövqləri və üstünlükləri haqqında bizə məlumat verir. Böyük Pablo Pikassonun qızı dizayner Paloma Pikasso təsadüfi olaraq deməyib ki, “ətir – şəxsiyyətin avtoqrafıdır”. “Estée Lauder” Korporasiyasının böyük vitse-prezidenti Evelin Lauder isə öz növbəsində belə hesab edirdi: “Qoxu qadın haqqında hətta onun müəyyən səbəblər və ya düşüncələrdən özü barədə deyə bilmədiyini söyləyir”. Bir çox insan bütün həyatını daim arzuladığı ətir axtarışında keçirir. Ətrin seçimi mövzusuna çoxsaylı kitab, mümkün məqalələr, təlimlər həsr edilib! Fransız ətriyyatçısı Romano Ricci ətirlərin köməkliyi ilə kişiləri valehetmənin yollarını açıqlayıb: «Mən düşünürəm ki, hər bir qadının müxtəlif cəhətləri var. Bunu göstər müəmmalı ol. Bir görüşə incə və məsum ətir vuraraq get, növbəti görüşə isə hissiyyatlı və cəzbedici parfüm seç. Bu çox maraqlıdır və insanı həyəcanlandırır.”
Davamı →

Stressi sakitləşdirən ətirlər

Özünüzü stressli hiss etdiyiniz zamanlarda lavanta, limon, mango ya da digər xoş ətirli bitkilərin köməyiylə stressdən uzaqlaşa bilərsiniz .

Yapon elm adamları, bəzi ətirlərin gen hərəkətliliyini və qanın kimyasına təsir edərək stress səviyyəsini azaltdığını qarşıya qoyan ilk elmi dəlilləri ortaya çıxardılar. Bu tədqiqat Journal of Agricultural and Food Chemistry adlı jurnalda nəşr olundu.

Yeni araşdırmaya görə, Akiio Nakamura və qrupu, insanların qədim zamanlardan üzü bəri stressi azaltmaq, depressiya ilə başa çıxmaq və yuxu keyfiyyətini artırmaq məqsədiylə bəzi bitkilərin ətirlərini istifadə etdiklərini ifadə etdi.


Ardı →

Ətriniz sizdən danışır

Zövqlü insanı tamamlayan əsas vasitələrdən biri də onun istifadə etdiyi ətirdir. Çeşidli parfümlərin gözəl qoxu yaratması müsbət hal sayılsa da onun mənfi cəhətləri də var. Əvvəlcə onların yaranma tarixinə bir nəzər salaq. Ətirlərin tarixi çox qədim zamanlara gedib çıxır. Bu barədə ilk məlumatlar qədim Misir papiruslarında verilib. Sonralar Romada, Ərəbistanda hazırlanmağa başlayıb. Bunlar tüstü formasında hazırlanan ətirlər olub. Qısa zamanda isə ağ maye halında hazırlanmağa başlayıb. Vaxt keçdikcə ətirə olan tələbat artdı və bundan, daha çox, yüksək təbəqənin insanları istifadə etməyə başladı. Günümüzdə ətirsiz insan, xüsusən də qadın təsəvvür etmək mümkün deyil.


Ardı →

Qadını tanıdan ətir

Bəzən bir qadını tanımaq üçün hansı ətiri istifadə etdiyini bilmək yetərli olur. 

Psixoloqların da təsdiq elədiyinə görə, qadının hansı ətiri sevməsi birbaşa onun xarakteri ilə bağlıdır. Məsələn, şərq ətirlərinə üstünlük verən qadınların həyatda əsas məqsədi özünü sevdiyi kişinin  ömründə bəzəyə çevirməkdir. Bu, eyni zamanda qadının maddi müstəqilliyinə də mane olmur.  Şərq ətirlərinə üstünlük verən qadınlar risqi dəyərləndirən, problemi bütün aspektlərdən qiymətləndirən, bəzən bir andaca tərsinə qərarlar verənlərdir. Belə qadınların intuisiyası güclü olur. 

Çiçək ətirlərini sevən qadınlar başladıqları işi sona çatdıran, «dağı dağ üstə qoymağa» çalışan tipə aiddirlər. Şirin çiçək ətrini sevənlər hər şeyi əvvəlcədən planlaşdırmağı sevirlər, bir az da həyəcanlıdırlar. 

Nəfis çiçək ətirlərinə üstünlük verənlər təbitən optimistdirlər. Amma onların arasında həyatlarına çatışmayan pozitivi daxil etmək istəyənlərə də rast gəlinir.  

Dəniz qoxulu ətirlərə işgüzarlar üstünlük verirlər. Onlar adətən səbirli, hiyləgərdirlər, hamı ilə dil tapmağa çalışırlar, həyata təbəssümlə baxırlar. Onların geniş çevrəsi möbvcuddur. 
Ağac ətirlərini bəyənənlər bir az eqoist, cəmiyyətdən seçilmək arzusunda olurlar. Belələri məntiq evliliyinə üstünlük verir. Yəni nikaha sevgiyə görə deyil, əksər hallarda pul kisəsinin qalınlığını göz önünə gətirərək girirlər. 

Kirşan ətirlərinin həvəskarları incə, küsəyən və şıltaq xanımlardır. Onlar zərif, hiyələgər, öz istədiklərinə çatan qadınlar sırasındadırlar. Paradoksal cəhət budur ki, onlarla nə qədər ünsiyyətdə olursansa, onları bir o qədər tanımadığına əmin olursan. Bunlar əsl ətir pərəstişkarlarıdır. Bəzi qadınlar xəzlə özlərinə «sipər» çəkirlərsə, bu qadınların psixoloji silahı da onların ətirləridir. 

Giləmeyvə ətirlərini xoşlayan qadınlar kişilərin hissləri ilə oynamağı, ərköyünlük etməyi sevirlər. Onlar impulsiv, öz bildikləri kimi hərəkət etməyi xoşlayan, başqalarının sözlərini qulaqardına vuran, məsuliyyəti digərlərinin  çiyinlərinə qoymaq arzusunda olanlardır. Belələri caduya, bədnəzərə də inanırlar. 

Tünd ətirləri sevən qadınlar üçün keyfiyyət əsas göstəricidir. Onlar həyatdan nə istədiklərini bilən, çətinliklərin öhdəsindən gəlməyi bacaran, keçmişlə yaşamadıqları üçün yaşlarından gənc görünən xanımlardır. Ürəklərinin dərinliyində uğura inanır, energetik və nikbin əvhal-ruhiyyəli, əksər hallarda da yükü öz çiyinlərinə götürürlər. 

Mütəxəssilər əmin edirlər ki, ətirin qoxusu ilə özü kimi başqalarının da xarakterinin incəliklərini çözmək mümkündür. 

Sonda tanışlıq üçün oxuculara bəzi məşhur ətir brendlərinin hansı qoxu kateqoriyasına aid olmasını bildirən siyahını təqdim edirik: 

Şərq ətirləri: Belle d'Opium, Yves Saint Laurent; Dior Addict, Dior; Vanille Ambre, Comptoir Sud Pacifique; Shalimar, Guerlain; Amarige, Givenchy.
Çiçək ətirləri: J'Adore, Dior; Beautiful, Estee Lauder; Bulgari pour Femme, Bulgari; L'Air du Temps, Nina Ricci; Chanel №5, Chanel; Light Blue, Dolce & Gabbana.
Nəfis ətirlər: Happy, Clinique; L'Eau d'Issey, Issey Miyake; L'Eau par Kenzo, Kenzo; Cool Water, Davidoff; Women, DKNY.
Ağac qoxulu ətirlər: Wood Wood, Comme des Garcons; Dry Woods, Jo Malone; Feminite du Bois, Shiseido; Premier Figuier, L'Artisan Parfumeur; Vetiver, Etro.
Kirşan qoxulu ətirlər:  Love, Chloe; Noa, Cacharel; Iris Poudre, Frederic Malle; Hiris, Hermes; FlowerbyKenzo, Kenzo.
Giləmeyvə ətirləri: Be Delicious, DKNY; Hippy Fizz, Moschino; Sunset Heat, Escada; Mango Manga, Montale; Mure & Musc Extreme, L'Artisan Parfumeur.
Tünd ətirlər: Gucci by Gucci; Miss Dior Cherie; Chypre Rouge, Serge Lutens; Eau du Soir, Sisley; Iris Nobile, Acqua di Parma.
Əgər indi  sizi «ona hansı ətiri hədiyyə edim?» sualı narahat edirsə, onda onun xasiyyətini düşünərək addım atın, onu tanıyın və birlikdə xoşbəxt olmağa çalışın.

Firəngiz Ağalar



Davamı →

Ətirlərdən istifadə

ətirlərdən istifadəƏtir alarkən bədəninizə uyğun olanını tapmaq lazımdır. İkinci mühüm olan isə ətirdən isitifadə edə bilməkdir.

Gözəl və baxımlı qadın ola bilərsiniz, ancaq xoş ətir saçmaq başqa bir şeydir. Bəzən heç təsirləndirə bilməyəcəyinizi düşündüyünüz kişiləri belə qoxunuzla təsiriniz altına sala bilərsiniz. Amma ətirdən istifadə etməyin də özünəməxsus üsulları var. Bunlar aşağıdakılardır:

-Tərləyəndə ətirdən istifadə etməyin.

-Ətiri bədəninizə 20 sm uzaqlığdan səpin. Beləliklə ətiri daha geniş bir sahəyə yaymış olacaqsınız.

-Qulaq arxası və biləklərə səpilən ətirlər daha təsirlidir. Çünki bu hissələr daha çox isindikləri üçün qoxunun yayılması daha çox olur.
Ardı →

Ətirlər haqqında 10 qayda

1-Düzgün ətiri necə tapmaq olar?
Bir ətir almağın ən yaxşı zamanı səhər saatlarıdır. O müddətdə hələ qoxu hiss etmə duyğusu oyanıq olur və gündəlik qoxular hələ havaya qarışmır. Belə ki,üç iyləmədən sonra fərqi ayırd etməkdə çətinlik çəkilir. Buna görə ekspertlər qoxu duyğunuzu təmizləmənin ən yaxşı yolunun təzə bir qəhvəylə mümkün ola biləcəyini ifadə edir. Qəhvə aroması digər bütün qoxuları yox edir və sonrakı seçiminiz üçün sizə yenidən fürsət yaradır. Sınadığınız ətiri əl biləyinizin içində deyil eyni zamanda yanınızda daşıya biləcəyiniz sınaq çubuqlarından iyləyin. Beləliklə aralarından seçki edə bilmədiyiniz fərqli qoxuları evdə yenidən test etmə imkanı tapa bilərsiniz.


2- Ətir nə vaxt və necə istifadə edilməli?
Ekspertlərə görə, ətirin ən ideal sürtülmə zamanı duş sonrasıdır. Sürətli qan dövranı səbəbindən bədən istiliyi, qoxunun dəriyə daha qalıcı bir şəkildə alınmasını təmin edir və ətirin dəyişməsinin qarşısını alır. Əl biləyinə sürtülən ətir isə ovuşdurmanın təsiriylə molekulları zərər gördüyü üçün qoxu funksiyasını itirir. Estee Lauderin ətir vurmaqla əlaqədar əfsanəvi bir üsulu var; qoxunu əvvəl havaya sıxırsız və daha sonra yaranan qoxu buludunun altında durun...

3- Ətirin ən qalıcı olduğu bölgələr?
Qoxunun qalıcılığını uzadan ən ideal bədən bölgələri arasında gicgahlar, iki sinə arası və biləkdir… Bədənin bu ifadə olunan bölgələri qan damarlarının dəriyə ən yaxın olduğu yerlərdir və bu bölgələrdə istilik daha yüksək olur. Bu da qoxunun bu bölgələrdə mükəmməl şəkildə bədənə hopmasını təmin edir. Qulaq arxasına qoxu sürmə vərdişini dərhal dəyişdirin! Çünki bu bölgədə dəri daha çox yağ çıxarır, o da qoxuyla bir araya gəldikdə qoxusunun dəyişməsinə gətirib çıxarır.

4- Ətir harada saxlanmalı?
Hamımızın ətirlərimizi sərgiləməyi ən sevdiyimiz yerlərdən biri vanna otağıdı. Ancaq bu işıqlıq, isti və nəmli mühit, ətirin ömürünü qısaldır. Ən yaxşısı qapağı bağlı olaraq nəmsiz, sərin və qaranlıq bir yerdə, məsələn şkafda ya da siyirtmədə saxlamaqdır. Hətta soyuducular da ətirlər üçün ideal yer olaraq tövsiyə edilir.

5- Qoxuları qarışdıra bilərikmi?
Bir neçə fərqli qoxunun eyni anda istifadə edilməsi, yüngül bir uyğunzuluq yarada bilər. Başqa sözlə hər ətirin öz funksiyası var. Bununla əlaqədar olaraq zərər görər və ortaya pis qoxular da çıxa bilər. Ətirlərinizi qarışdıraraq istifadə etmək istəyirsinizsə, heç olmasa eyni qoxu ailəsindən olmalarına diqqət yetirin.

6- Niyə ətirlər hər bədəndə fərqli iy verər?
Ətirlər spirt, aromatik yağ və sudan meydana gəlməkdədir. Bu yağlar cildlə təmasda olanda hər bədən tipinə görə fərqli reaksiya göstərir. Bir bədəndə yüngül digər bədəndə güclü reaksiyalar da fərqli şəkildə iy vermələrinə səbəb olur.

7- Gün içində ətiri dəyişdirmək mümkündürmü?
Deyirlər ki,bunun üçün əvvəldən mütləq duş alınmalıdır.Duş almaq ətir dəyişdirmək üçün mütləq deyil. Qoxular təxminən dörd saat içində funksiyalarının böyük qisimini itirdiklərindən, bu müddətdən etibarən başqa qoxu istifadə etmənizdə qorxu olmayacaq.

8- Hansı qoxu nə vaxt istifadə edilməli?
Ağır, oriental qoxular xüsusi gecələrdə xoş olsalar da, bir iş yeməyi üçün çox tünd ola bilər. Başqa sözlə gün nə qədər erkən başlarsa, ətir də o qədər yüngül olmalıdır. Gecənin irəliləyən saatlarında isə daha ağır qoxular istifadə edə bilərsiniz.

9- Bir qoxunun qalıcılığı nə qədərdir?
Prinsip; bir ətirin spirt tərkibi nə qədər çoxdursa qalıcılığı da o qədər uzundur. Saf bir ətirin qoxu konsentrasiyası yüksəkdir, ancaq aşağı spirt nisbətinə sahib qoxuların ən geci altı ay içində istifadə edilməsi lazımdır. Eau da parfum və eau da toilette, spirt nisbəti sıx qoxular olduğundan üç ilə qədər saxlana bilər. Əgər ətirinizin qoxusu və rəngi dəyişmişsə edəcəyiniz tək şey onu atmaqdır.

10- Ətirin bədəndəki qalıcılığı necə təmin edilər?
Ətirin qalıcılığı dərinin tipi ilə yaxından əlaqəlidir. Quru cildlər qoxunun aromatik tərkibini yağlı cildlər qədər yaxşı mühafizə edə bilməz. Buna görə ətir sınayarkən, dərinizin kiçik bir bölgəsinə yüngül yağlı və qoxusuz bədən losyonu sürtüb ətiri bunun üzərinə fısqırdın.
Davamı →