əvəzliyin növləri | Axtarış | Kayzen 

Türk diliŞəxs əvəzlikləri

ŞƏXS ƏVƏZLİKLƏRİ

Türk dilində şəxs əvəzlikləri aşağıdakılardır:

 

TƏK

CƏM

1-ci şəxs:

ben — mən

biz — biz

2-ci şəxs:

sen — sən

siz — siz

3-cü şəxs:

o-o

onlar — onlar

Ardı

Azərbaycan diliƏvəzlik

İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir.
Məsələn: Anar əlaçı şagirddir. O, beşinci sinifdə oxuyur. Sinfimizdə əlaçı şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Günay birinci sinifdə oxuyur. Günay neçənci sinifdə oxuyur? Müəllim təmkinlə danışırdı. Müəllim necə danışırdı? və s. Bu cümlələrdəki o, həmin, neçənci necə əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfinyerində işlənmişdir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.

Əvəzliyin quruluşca növləri

Əvəzliklərin çoxu quruluşca sadədir. Məsələn: mən, biz, onlar, bu, həmin və s. Biri, birisi, kimsə əvəzlikləri düzəltmə;kim isə, heç kim, heç nə və s. əvəzlikləri isə mürəkkəbdir (tərkibi əvəzliklərdir)

Ardı