Əxlaqi degenerasiya

Bu yazımla dövrümüzdə baş alıb gedən əxlaqi degenerasiya, onun səbəbləri və bu bəladan xilas olmaq üçün düşündüyüm subyektiv çıxış yollarını sizlərə təqdim etmək istəyirəm.

Son dövrlər əxlaqi degenerasiya ən yüksək həddə çatıb. Səbəb nədir? İnsanların özlərini tam müstəqil və məsuliyyətsiz hesab etmələri… Artıq  iş o yerə gəlib çatmışdır ki, insanlar əxlaqsızlığı müasirlik, müstəqillik kimi qələmə verirlər. Bir neçə on il bundan əvvəl insanların ağızlarına belə almağa çəkindikləri şeylər təəssüflər olsun ki, artıq normal qəbul edilir. Edilən əxlaqsızlıqlar cəmiyyətin hər təbəqəsinə, xüsusilə də saf gənclərə müasirlik və mədəniyyət kimi təlqin olunur. Kişilərin özlərini qadın kimi aparmaları, qadın üslubu ilə geyinmələri və qadın kimi danışmaları bu təlqinin nəticəsidir. Ya da evlilikdən kənar qeyri-qanuni münasibət, narkotik maddə istifadə etmək məşhurlar tərəfindən “dəbə” mindirilmişdir. Savadsız insanlar da bu şəxsləri özlərinə örnək götürüb onların danışıq və geyim tərzindən tutmuş həyat fəlsəfələrinə qədər hər şeylərini təqlid edirlər. Cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq örnəklərini daha ətraflı şəkildə təhlil edərək  onların səbəblərini və hansı üsullarla qarşısının alınacağını təqdim etmək istəyirəm.

 

Birinci bəla: Narkomaniya

Bugün narkobiznes virus kimi bütün dünyada sürətlə yayılır. Bəzi insanların və ya qrupların sırf pul qazanmaq istəyi insanları məhz narkomaniya bataqlığına sürükləyir. Lakin təkcə səbəbkarları qınamaq doğru deyil. Çünki hər kəsə Allah istifadə etmək üçün ağıl və şüur vermişdir. Bir insan narkotik maddənin zərərlərini bilə-bilə qəbul edirsə deməli, bu onun iradəsizliyinin və şüursuzluğunun nəticəsidir. Hər kəs bilir ki, narkotik maddə insanın səhhətinə çox zərər vurur. Eynilə zəhər kimidir. Beyin və sinir sistemini sıradan çıxarır. Dəlilik,  tez qocalma, şüur və hafizəni itirmə,  yuxusuzluq və qarabasma narkotik istifadəçilərini rahat buraxmır. Narkotik maddə istifadə edən insanın sosial həyatı da məhv olur. İşləyib pul qazanması, ehtiyaclarını təmin etməsi get-gedə çətinləşir. Bir tərəfdən də, narkotik maddə almaq üçün pul tapmalıdır. Buna görə də narkomanların əksəriyyəti oğurluq, fırıldaqçılıq, cinayət törətməklə, qanuna zidd üsullarla pul tapmağa çalışırlar. Bugün narkobiznesi və istifadə şəklini aradan qaldırmaq üçün istifadə edilən üsullar heç də həll yolu gətirmir. Narkomanları məcburi xəstəxanalara yerləşdirirlər, müalicə etməyə çalışırlar. Yaxud da həbs edirlər. Bir müddət sonra şəxs xəstəxana və ya həbsdən çıxanda yenə köhnə vərdişinə “qaldığı yerdən” davam edir. Narkotik istifadəçisini düşdüyü bataqlıqdan xilas etməyin tək yolu ona iradə qazandırmaqdır. Bir insana sarsılmaz iradə verən şey səbir, təmkin və sevgi ilə ona verilən dəstəkdir.

 
Ardı →

Fahişələrin həyatı

Fahişələr necə yaşayır? Fahişələrin həyatı necə olur? Bordel(fahişəxana) nə cür olur? Bu suallar yəqin ki çoxlarını maraqlandırır. Bu sualların cavabını bilmək üçün şəkillərlə qədim sənət sahiblərinin həyatına nəzər salaq.


Amerikada Nevada ştatında fahişəxanalar var. Xüsusilə «Moonlite BunnyRanch» bordeli çox məşhurdur.Uşaqlar bu şəkillərə baxmasa yaxşıdır.


Yeni müştəri gələndə fahişəxana işçisi zəngi çalır və içəridə olan qızlar seksual alt geyimlərində çıxıb qonağı qarşılayır. Mama Roza rolunu oynaayan madam Syuzet müştərini qarşılayır:



Ardı →

Bu günkü gəncliyimiz və "internet aləmi"

Kompyuter qarşısında olana qədər,daha dəqiq desək internet aləminə qoşulana qədər bir o qədərdə bu məkandan xəbərim yox idi.Yəni çoxları burda avaraçılığın baş alıb getdiyini mənə deyirdi.Ancaq mən bir o qədərdə başa düşmürdüm.Bir dəfə mənə yaxın olan bir insan demişdi ki,internetin yaxşı tərəfləri də var,pis tərəfləri də.İstifadə edəndən sonra özüm həqiqətən bunun şahidi oldum.Düzdü yaxşı tərəfləri çoxdur.Lakin zaman keçdikcə gördüm ki,pisliklər baş alıb gedir.
Ardı →

əxlaqsızlığa son

Mən sizinlə bu gün son illər ölkəmizdə geniş vüsət alan əxlaqsızlıq, fahişəlik və buna bənzər bir çox azğın, mintalitetə zidd əməllər haqqında danışmaq istəyirəm. Bu kimi əməllər demək olar ki dünyanın hər yerində pis, azğın əməllər kimi qiymətləndirilir. Lakin bizim ölkəmizdə bu kimi əməllər qətiyyən yol verilməzdir.Əvvəla 1-ci səbəb odur ki biz müsəlman ölkəsində yaşayırıq 2-cisi isə bizim milli mintalitetimiz buna yol vermir. Amma nəinki islam dinində hətta xristianlıq və yəhudilikdə də bu işlər ciddi şəkildə tənqid olunurlar.
Davamı →