İosif Brodski

Rus şairi və esse ustası İosif Brodski (1940-1996) Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Onun milliyyətcə yəhudi olan valideynləri bir neçə dil bilən ziyalı insanlar olmuşlar.

1947-ci ildə orta məktəbin 1-ci sinfinə gedən Brodski sonra bir neçə məktəb dəyişir. Dördüncü sinfi bitərən İosifə sinif rəhbəri belə bir məzmunda xasiyyətnamə verir: «Bu uşaq xarakterinə görə inadkar, sarsılmaz, həm də tənbəldir. Yazılı ev tapşırıqlarını ya çox pis yerinə yetirir, ya da ümumiyyətlə yerinə yetirmir.

Dəftəri dərsə aidiyyatı olmayan qeydlər və rəsmlərlə doludur. Bunlara baxmayaraq, qabiliyyətlidir, əlaçı da ola bilər, lakin cəhd göstərmir». Yeddinci sinfi bir neçə «iki» ilə «başa vuran» gələcəyin şairi təhsilini axşam məktbinə dəyişir və azad dinləyici kimi universitet mühazirələrində iştirak edir. Sonda o, sərbəst mütaliə hesabına geniş erudisiyalı bir şəxsə çevrilir. Qısa bir vaxtda ingilis və polyak dillərini dərindən mənimsəyir, latın, italyan və fransız dilində mətnləri çətinlik çəkmədən oxuyur.
Davamı →

Brodskinin ehkamları

İosif Brodskinin 1988-ci ilin dekabrında Ann-arbor stadionunda, Miçiqan universitetinin tələbələri qarşısında söylədiyi bu nitqi “dünyanı dəyişən nitq” adlandırırlar.

Həyat – çoxlu qaydaları olan, lakin hakimsiz bir oyundu. Biz daha çox müşahidə edərək bu oyunu oynamağı öyrənə bilərik, nəinki hansısa kitabı, məsələn, İncili oxuyaraq. Buna görə çoxlarının vicdanla oynamamağı, çoxları qalib gəlməyi, çoxları da uduzmağı təəccüblü deyil.

Istənilən halda əgər bura Miçiqan universiteti, mənim tanıdığım Miçiqan ştatının Ann-Arbor şəhəridisə, onda əminliklə demək olar ki, siz – bu universitetin məzunları — Müqəddəs kitabla daha az tanışsınız, nəinki on altı il əvvəl mən bu meydana ilk dəfə ayaq basmağa cəsarət eləyəndə o tribunada oturanlar.

Davamı →