Ümumdünya Diabet Günü

14 noyabr — Ümumdünya Diabet Gününün təsis olunması həkim Frederik Bantiçin adı ilə bağlıdır. O, 1921-ci ilin oktyabrında öz tələbəsi Çarlz Bestlə birlikdə ilk dəfə şəkərli diabet xəstəliyinin müalicəsi üçün insulin preparatını kəşf etmişdir. 14 noyabr bu böyük alimin doğum günüdür. Məhz onun şərəfinə Beynəlxalq Diabet Federasiyasının (İDF) və Ümumdünya Səhiyyə Təşkilatının (WNO) qərarına əsasən 14 noyabr 1991-ci ildən etibarən Ümumdünya Diabet Günü kimi qeyd olunur.

Bu tarixi günün beynəlxalq səviyyədə qeyd olunması diabet xəstəliyinin problem və qayğılarını üzə çıxarır. Hazırda dünyada 194 milyon nəfər şəkərli diabetli xəstə var. Hər on ildə bu say 2 dəfə artır. 2005-ci ilədək Azərbaycanda 60000 nəfərə yaxın şəkərli diabetli xəstə rəsmi olaraq qeydə alınıb. Bir o qədər də insanın qeydiyyatda olmaması güman edilir. Şəkərli diabet təkcə tibbi problem deyil, o həmçinin sosial, iqtisadi, psixoloji və hüquqi problemlərin də meydana çıxmasına səbəb olur. Bu problemlərin hər birinin vaxtında həlli minlərlə insanın yararlı insan kimi həyata, cəmiyyətə qaytarılması, neçə-neçə sınıq qəlbin sevinməsi deməkdir. Şəkərli diabetlə xəstə insanlara hamı və hər kəs həm mənəvi, həm də maddi dəstək olmalı, onların problemlərinə qayğı ilə yanaşılmalıdır. 
Ardı →