Bir atəş — bir ölü əsgər - Simo Häyhä

Fin Simo Hyayuhya  (Simo Häyhä) tarixin ən yaxşı snayperlərindən biri hesab olunur. 75 il əvvəl başlayan sovet-fin müharibəsinin gedişində o, 500-dən çox Qırmızı Ordu əsgərini güllələyib. Simo Hyayuhya işə hələ günəşin ilk şüalarının görünməsindən çox əvvəl hazırlaşırdı. Fin atıcı patronları bir-bir yoxlayır, bundan sonra səliqə ilə tüfəngin sandıqçasına yerləşdirirdi. Sandıqça dolanda Simo hər şeyi bir daha yoxlayırdı. Axı cəmi bir səhv onun sonunu gətirə bilərdi. Lakin hər şey planlaşdırıldığı kimi gedirdi. O, başqalarına ölüm gətirirdi.   Finlərin fikrincə, Simo qəhrəmandır. 1939-cu il, avqustun 24-də Hitlerlə Stalin arasında qarşılıqlı hücum etməmə haqqında müqavilə bağlananda və Almaniya ilə SSRİ müttəfiq olanda Finlandiya SSRİ-nin maraq sferasına daxil idi. 1939-cu il, noyabrın 30-da Qırmızı Ordu Finlandiyaya hücuma keçdi. Qış müharibəsi qısamüddətli və qanlı oldu. Qoşunların sayına görə ümidsiz şəkildə geridə olan Finlandiya  sovet əsgərlərinin hücumunu dayandırmaq üçün Simo kimi əsgərlərə ümid edə bilərdi. Simo onlar üçün ağ ölüm idi. Demək olar ki, 100 gün ərzində — müharibənin gedişində o, heç bir snayperin öldürə bilmədiyi qədər əsgər öldürmüşdü.
Ardı →

Eroinin tibbi tarixi

Bu gün dünyada ağ ölüm olaraq qəbul edilən eroin sən demə xərçəngə qarşı bir dərman vasitəsi niyyəti ilə istehsal olunduğunu bilirdinizmi?
1987-ci ildə Almaniyadakı Bayer laboratoriyasında xərçəng xəstəliyi ağrılarına qarşı ağrıkəsici kimi istehsal olunan eroin hidroxlorun istifadə edənlərin sonradan dəli kimi apteklərə xəstəxanalara hücüm edərək yenə eroin istəmələri nəticəsində dəhşətli əlavə təsirləri ortaya çıxmağa başladı. Bunu görən həkimlər eroinin reseptini yazmağı dərhal dayandırdılar. Lakin artıq gec idi.
Eroinin ilk adını alması da maraqlıdır. Eroinin ilk yaradıcılarından biri bu dərmanın keyfiyyətini öz üzərində yoxlayan zaman onun dediyi: (I feel like a hero) Özümü qəhrəman kimi hiss edirəm kəlməsindəki hero-qəhrəman sözü eroinin adı üçün zəmin yaradıb. Nəticədə o vaxtdan günümüzə qədər bir müddətdə eroin din, dil, irq fərqi qoymadan öz qəhrəmanlarını yaratmağa davam edir.
Eroinin ixtiraçısı Dr.Felix Hoffman həm də Aspirinin ixtiraçısı sayılır. Eroini axırıncı dəfə I dünya müharibəsi zamanı qanunu olaraq yaralı əsgərlərin ağrılarını kəsmək üçün istifadə etmiş ondan sonrada tibb dünyasından bir dərman kimi çıxartmışlar


Davamı →