Nigarançılıqdan necə qurtulaq?

Nigaranaçılıqların növləri müxtəlif olur.
Onların bəzisi təbiidir və bəzisi isə sonradan insan ruhuna daxil olmuş nigarançılıqlardır ki, onların kökünü kəsmək lazımdır.
Nigarançılıq – ruhun tarazlıq vəziyyətində olmamasıdır.
Ruh niyə tarazlıqdan çıxır? Buna səbəb çoxdur. Gündəlik mövzuların içində itib-batmaq, ali hədəfi itirmək, maddi mövzuların narahatlığı, məişət məsələlərinin təzyiqi, iş prosesində meydana gələn əsəbilik və s.
Bütün bunlardan qurtarmaq üçün, insan öz “Mən”inə qayıtmalı, hədəfini yada salmalıdır. Xatırlamalıdır ki, bu dünyaya nə üçün gəlib?
Davamı →

Allaha inam

Allaha inam insanda bir sıra müsbət təsirlər oyadır ki, onlardan bəziləri aşağıdakılardan ibarətdir:
1. İnstinktlərin (qərizələrin) normal hala salınması
2. Əxlaqi fəzilətlərin tərbiyə edilməsi
3. Qanunların icra ediləcəyinə zəmanət və ədalətin geniş yayılma amili.
Davamı →

Allaha təvəkkül – imanın ən yuxarı mərtəbələrindən biri

“Quran”da təvəkkül.
“Qurani Kərim”də Allaha təvəkkül etmək dəfələrlə qeyd olunaraq imanlı şəxslərin xüsusiyyətlərindən hesab edilmişdir:
“...Əgər möminsinizsə, Allaha təvəkkül edin! ” (“Maidə”-23 / “Tövbə”-51).
“...Gərək möminlər Allaha təvəkkül etsinlər! ” (“Ali-İmran” — 122).
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyir, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırır, onlar ancaq öz Rəbbinə təvəkkül edər. ” (“Ənfal”-2).
“Quran” nəzərindən təvəkkülün nə qədər əhəmiyyət kəsb etdiyini bildikdən sonra onun mənasını açıqlayırıq.
Ardı →