Əsli ilə düzdür

  • Kino
Bir vaxtlar sənədlərin üstündə belə qeyd olan dərkənar olurdu. “Əsli ilə düzdür”. İndi varmı?

Dünyaca məşhur İran rejissoru Abbas Kiarostaminin “Surəti düzgündür” və ya “Təsdiqlənmiş nüsxə” filmini belə də çevirə bilərik. Əgər kinonu həyatın bir surəti hesab ediriksə.

Sənət əsərlərinin orijinal və ya surəti məsələsində maraqlı mülahizələr irəli sürən kulturoloq alim James Müller qalereya saxlayan qadınla tanış olur — Qadın (Cüliyet Binoş) onu şəhər kənarındakı muzeylərə gəzməyə aparmağı boynuna götürür. Yolboyu Jeyms Müllerin irəli sürdüyü mülahizəni (“Surət orijinaldan üstündür – ya da ən azı bərabərdir”) müzakirə edən kişi və qadının ünsiyyəti nəzəri qatdan psixoloji qatadək irəliləyir. “Surət surətdir – orijinal orijinal” — deyən qadın ilə “istənilən orijinal elə surətdir” deyən kişinin mübahisəsi psixoloji müstəviyə keçir; kofe içdikləri kafedə ofisiant qadının onları ər-arvad zənn etməsi qəhrəmanlara yeni oyun təklif edir. Qadın Ceymsi ona diqqətsiz davranan, bir uşaqla qoyub tez-tez gedən yazıçı ərinin yerinə qoyur və onunla elə davranır. Ceyms gerçəkdə qadının ərinin surəti olmağa məcbur olur. Həm də bununla “istənilən orijinal surətdir” fikrini sübut edir.
Davamı →

Kiarostami ilə müsahibə

  • Kino
— Siz “Albalı dadı” filminin final epizodunu necə şərh edərdiniz? Hadisələr gecə, qaranlıqda baş verir və bilmək olmur sizin qəhrəmanınız cənab Baadinin başına nə gəlir: o sağ qalır yoxsa özünə qəsd edir? Bəs niyə filmin son kadrlarında çəkiliş qrupu ortaya çıxır, şəkillərsə videoya keçir?

— Hər şeyi yəqinləşdirmək istəmədim, eyni zamanda tamaşaçıları qaranlıqla, çıxılmazlıq hissi ilə baş-başa buraxmaq istədim. Elə buna görə də film mənimçün mahiyyətcə bitəndə, sonuna süjetlə əlaqəsi olmayan sənədli epizodlar əlavə etdim. Enerji dolu gənc əsgərlər qaçır. Ətrafda ağaclar çiçəkləyib. Qışdan sonra bahar gəlir. Həyat davam edir.
Davamı →

Yarımçıq kino - Abbas Kiarostami

  • Kino
Abbas Kiarostaminin 1995-ci ildə Kinonun Yüz İllik Yubileyi münasibəti ilə Parisdəki çıxışı

Əvvəllər kino zallarında işığın monitorun daha yaxşı görünməsi üçün söndürüldüyünü düşünürdüm. Sonra tamaşaçılara diqqətlə baxanda çox vacib bir nüansı anladım: qaranlıq izləyicinin özünü digərlərindən ayırmasını və tək qalmasını təmin edirdi. Tamaşaçı həm başqalarıyla bərabər, həm də onlardan ayrı idi.

Tamaşaçıya sinematoqrafik bir dünya göstərəndə hər kəs şəxsi təcrübələrinə söykənərək özlərinə xas bir dünya yaratmağı öyrənir. Rejissor olaraq bu yaradıcı alış-verişə inanıram, belə olmasaydı tamaşaçı da, kino da çoxdan ölərdi. Bir çox mətnlərin başlıca problemi oxucunun hekayəyə daxil olmasına imkan verməməsidir.

Hekayəsi olmayan filmlərin tamaşaçı tərəfindən o qədər də qəbul olunmadığı ilə razıyam, ancaq hekayələrin də yazılmayan cümlələrə, tapmacalardakı kimi düşündürməyə, izləyicinin doldurması üçün buraxılan boşluqlara ehtiyacı var. Ya da ki, tamaşaçıların dedektivlər kimi kəşf edə biləcəkləri ipucları olmalıdır.
Davamı →