Avraam Linkolundan oğlunun müəlliminə məktub

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolun oğlunu ilk dəfə məktəbə göndərən zaman müəlliminə məktubla bu cür müraciət etmişdir.

Hörmətli müəllim. Oğlumum sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin ona. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma.


Ardı →

Tarixdə maraqlı sui-qəsdlər

Sui-qəsdlərin tarixi də insanlıq tarixinin yaşı ilə ölçülür. İlk sui-qəsdi həyata keçirən isə qardaşını öldürən Qabildir. “Brut sən də?” ifadəsi ilə tanıdığımız Roma imperatoru Yuli Sezar da sui-qəsdin qurban olub. Tarixdə bu cür sui-qəsdlərin sayı onlarladır. Onların bəziləri isə tarixin gedişatını da dəyişdirə biliblər. Türkiyənin “Bu gün” qəzeti bu cür bir neçə sui-qəsd haqqında məlumat verib. Maraqlıdır ki, qəzet 2007-ci ildə Türkiyədə öldürülüən erməni əsilli jurnalist Hrant Dinki də bu sıraya aid edib.


Ardı →

Oğlumun müəlliminə (Linkoln)

Öyrənməsini lazım bilirəm; bütün insanların dürüst və təmizqəlbli olmadığını… Lakin bunu da öyrət ona; hər alçağa qarşılıq bir qəhrəman, hər özünü fikirləşən siyasətçiyə qarşılıq özünü yaddan çıxaran bir lider var.
Hər düşmənə qarşılıq bir dost da olduğunu da öyrət ona! Uzun vaxt alacaq bilirəm, ancaq öyrədə bilsən, qazanılan bir dolların, tapılan beşindən daha dəyərli olduğunu öyrət. İtirməyi öyrənməsini öyrət!.. Və həm də qazanmaq sevincini, qısqanclıqlardan uzağa apar onu…
Ardı →

Ölüm ayağında Linkolnun son istəyi

İstifadəçi Cavidin albomundakı bu şəkli gördükdən sonra bu hadisə ilə bağlı bildiyim kiçik bir məlumatı sizinlə bölüşmək qərarına gəldim.


Abraham Linkoln ölüm ayağında


Deyl Karnegi yazırdı: “Mən 10 il Avraam Linkolnun həyatını öyrənmiş və “Naməlum Linkoln” adlı kitabını yazmışam və üzünün köçürülməsinə 3 il vaxt sərf etmişəm. Hesab edirəm ki, Linkolnun şəxsiyyətini və ailə həyatını mümkün qədər dəqiq və ətraflı öyrəndim”.


Avraam Linkoln 1865-ci il aprelin 15-də səhər Butun ona atdığı güllə ilə ağır yaralandı. Linkoln Ford teatrı ilə üzbəüz yerləşmiş otaqlardan birində ölüm ayağında yatırdı. Çarpayı üzərində Roza Bonyorun məşhur “At yarmarkası” rəsminin ucuz reproduksiyası asılmışdır. Hərbi nazir Stenton can verən Linkolnun çarpayısı önündə dedi: “Burada dünyanın nə vaxtısa gördüyü ən qüsursuz rəhbəri yatır”.


“Arvadımı yanıma buraxmayın”. Linkolnun bu xahişinə səbəb nə idi?


Ardı →