Çempion Aleksandr Alyoxin

1946-cı ilin mart ayının 24-də Portuqaliyanın Eştoril şəhərinin “Park” otelində kişi meyidi aşkar edildi. Ölüm, bu naməlum insanı qəribə vəziyyətdə yaxalamışdı. O, qarşısında şahmat taxtası, kresloda oturmuş vəziyyətdə tapılmışdı. Polis zorakılıq əlamətləri müşahidə olunmayan meyidi ekspertizaya göndərdi. Ekspertlər ölümün səbəbini asfiksiya, udlaqda ilişmiş tikədən boğulma ilə izah etdilər.
Dünya tarixinin ən dahi şahmatçılarından sayılan, birinci rus dünya çempionu Aleksandr Alyoxin, ömrünü sonadək həsr etdiyi işinə sadiq qalaraq, şahmat taxtası arxasında vəfat etdi.
Davamı →

Aleksandr Alyoxin | Dahi şahmatçının həyatı

Tacı heç kimə vermədən həyatla vidalaşan yeganə dünya çempionu Aleksandr Alyoxin 1892-ci il oktyabrın 31-də Moskva şəhərində anadan olub. Dördüncü dünya çempionu olan Alyoxin bu titula 1927-35 və 1937-46 cı illərdə sahib çıxıb. Rusiyalı şahmatçı «gözübağlı» oyunda dünya rekordçusu sayılır. L. İ. Polivanov adına klassik gimnaziyanı bitirən (1901-10) şahmatçı ardından İmperator hüquq məktəbində (1911-14) təhsil alıb. Hüquq məktəbini bitirən Alyoxinə titullu məsləhətçi rütbəsi verilib. Bu amil onun yüksək şahmatçı keyfiyyətlərindən xəbər verirdi.
Alyoxin şahmatda ilk addımlarını 7 yaşında atıb. O, 12 yaşından etibarən şahmata ciddi münasibət bəsləməyə başlayıb. Alyoxinin beynəlxalq aləmdə debütü 1908-ci ilə təsadüf edib. İlk beynəlxalq turnirdə 4-5-ci yerləri bölüşüb. Qrossmeyster qismində qatıldığı ilk beynəlxalq yarış isə 1914-cü ildə Manheymdə olub. Lakin turnir 11-ci turdan sonra yarımçıq dayandırılıb. Buna səbəb I dünya müharibəsinin başlamasıdır. 16 yaşında M. İ. çiqorinin xatirəsinə həsr olunmuş ümumrusiya turnirinin qalibi adını qazanan Alyoxinə maestro titulu verilib.
Davamı →

Aleksandr Alyoxin

MƏĞLUBEDILMƏZ ÇEMPION


«Şahmatla yanaşı mən öz xarakterimi tərbiyə etmişəm. Şahmat ən əvvəl obyektiv olmağı öyrədir. Həyatda olduğu kimi, şahmatda da səhvlərini və çatışmazlıqlarını başa düşdükdən sonra böyük usta olmaq mümkündür».
A. Alyoxin.


Dahi rus şahmatçısı A, Alyoxinin şahmat tacına yiyələnməsi şahmat tarixində ən parlaq səhifələrdən biri olmuşdur. O 1892-ci il noyabrın 1-də Moskvada anadan olmuşdur. Şahmatla uşaq yaşında ikən tanış olmuş və həmin vaxtdan başlayaraq onun cazibəsindən çıxa bilməmişdir. Alyoxin uşaqlıqdan təmizkar və əməksevər idi. Onun uşaq yaşlarında oynadığı görüşlərin gedişləri yazılmış dəftəri indi də saxlanılır. O, yazışma ilə oyuna da xeyli vaxt sərf edirdi. Variantları bir qayda olaraq yaddaşında hesablamağa çalışırdı.


Ardı →