Antuan de Sent-Ekzüperi

Antuan de Sent-Ekzüperi — məşhur fransız yazıçısı. O, 1900-cu ildə Fransanın Leon şəhərində anadan olub. «Balaca şahzadə», "İnsanlar planeti" və başqa əsərlərin müəllifi. Uşaq vaxtı anasından eşitdiyi nağıllar onu ədəbiyyata bağlayır. Amma yazıçı ömrünün çox hissəsini yazı masası arxasında deyil, səmada keçirib. Belə ki, Ekzüperi dövrünün məşhur təyyarəçilərindən biri olub. Təyyarəyə böyük marağı əsgərlik illərində yaranır. 1923-cü ildə ilk dəfə aviaqəzaya uğrayaraq kəllə-beyin travması alır. Odur ki, bir müddət peşəsindən uzaq düşür. Parisə yerləşən Ekzüperi yazıçılıqla məşğul olur. Yazılarından uğur qazana bilmədiyinə görə müxtəlif işlərə əl atır: maşın satır, kitab mağazasında satıcı işləyir.

II Dünya müharibəsi başlayanda hərbi təyyarəçi kimi əməliyyatlarda iştirak etməyə başlayır. Dostları, doğmaları bunun həyat üçün təhlükəli olduğunu Ekzüperə söyləsər də, daha çox yazıçı, jurnalist kimi uğur qazana biləcəyinə inandırmağa çalışsalar da onu fikrindən döndərə bilmirlər. Sent Ekzüperi bir neçə hərbi uçuşlarda iştirak edir və hətta «Hərbi xaç» mükafatına layiq görülür. Lakin Fransanın məğlubiyyətindən sonra Nyu-Yorka köçür.
Davamı →

Balaca şahzadə | Ekzüperi

Yəqin ki, dünyada elə bir adam tapılmaz ki, fransız yazıçısı Antuan de Sent-Ekzüperinin qəhrəmanı Balaca şahzadəni tanımamış olsun. Bu ibrətamiz nağıl, yazıçının uşaqlıq xatirələri və yaşadıqlarını əlavə elədiyi avtobioqrafik pritça fransız dilindən ən çox çevrilən və oxunan kitab hesab olunur.

Kitabın qəhrəmanı başqa planetdən gəlsə də əbədi olaraq qəlblərimizə köç edib. 

“Balaca şahzadə”dən sitatlar
Belə bir dəyişməz qayda var: səhər durdun, yuyundun, özünü qaydaya saldın, dərhal planetini qaydaya sal.

Mənim sirrim budur, o çox sadədir: iti görən ancaq ürəkdir. Ən vacib olanı gözlərlə görmək olmur.

Ancaq və ancaq düz getsən, uzağa gedə bilməyəcəksən.

Çiçəklərin nə danışdıqlarını dinləmək lazım deyil. Sadəcə onlara baxmaq və qoxulamaq lazımdır.

Böyüklər kimi olmaqdan qorxuram, onlara rəqəmlərdən başqa heç nə maraqlı deyil.

Uşaqlar böyüklərə qarşı olduqca mərhəmətli olmalıdırlar.

Kəpənəklərlə tanış olmaq istəyirsənsə iki-üç tırtıla da dözməlisən.

Çox kədərli olanda günəşin qürub etməyinə baxmaq kömək edir.
Ardı →