Zərdüşt dini

Ariyayilərin İran ərazilərinə daxil olmasından bir neçə əsr keçməsindən sonra bu xalqın nümayəndələri yavaş-yavaş şəhər yaşayış tərzinə keçdi və bu da onların dünya görüşlərinə güclü şəkildə müsbət təsir göstərdi.
O zamanlar islahatçı insan meydana çıxdı, İranlıları yeni bir dinə dəvət etdi və Muğan dinini rəqabət meydanından çağırdı. Özünü yaxşılıq və aydınlıq Tanrısının elçisi kimi qələmə verən bu islahatçı peyğəmbərin adı Zərdüşt idi. O, öz dinini Ahura Mazdadan kəsb etməsini və dünyanı qaranlıqdan xilas edərək yaxşılığa və aydınlığa doğru aparacağını iddia edirdi.
Zərdüştlər məcus, Gəbr və Parsi adları ilə tanınırdılar. Məcus sözü yalnız bir dəfə Qurani-Kərimin Həcc surəsinin 17-ci ayəsində tövhidi dinləri qeyd etdikdən və müşriklərə işarə etməmişdən öncə mövcuddur. İslam alimlərinin əksəriyyəti Məcusları kitab əhli kimi qəbul edirlər və bu barədə bəzi hədislər də mövcuddur. “Gəbr” sözü Süryani dilində kafir mənasını daşıyır və “Zərdüşt” sözü hindistan zərdüştlərinə aid edilir. Zərdüştlük dini təxminən eradan bir əsr öncə bəzi dəyişikliklərə uğradı və bu dəyişilmiş formanı Məzdayəsna adlandırırlar. Məzdayəsna tərcümədə “Məzdaya sitayiş” mənasını verir.
Davamı →

Zərdüştilik

Zərdüştilik dünya vəhy dinlərindən ən qədimidir və çox güman ki, onun bəşəriyyətə birbaşa, yaxud dolayısı ilə təsiri başqa dini etiqadlardan daha çox olmuşdur. Bir çox tədqiqatçının hesab etdiyi kimi, zərdüştilik e.ə. 2-ci və 1-ci minilliyin ayrıcında meydana gəlmişdir. Bu monoteist dinin banisi Zərdüşt ideologiya tarixində ilk dəfə olaraq, dini formada olsa da, sosial Şər problemini qaldırmış, qətiyyətlə Xeyirlə Şəri bir-birindən ayırmış və fərqləndirmiş, bu kateqoriyaların qarışıq salınmamasını tələb etmişdir. Zərdüşt sosial Şər ilə mübarizənin mümkünlüyünü, bu mübarizədə hər kəsin öz seçimi olduğunu elan etmişdir. O, ilk dəfə olaraq dünyanın yarandığı andan axirət gününə kimi bir istiqamətdə xətti inkişaf etdiyini göstərmiş (bu isə Zərdüştdən əvvəlki hind-Avropa dinlərinə məlum deyildi), Xilaskarın gəlişini və ölülərin cismən dirilməsini, o dünyada möminləri cənnət, günahkarları isə cəhənnəm əzabları gözlədiyini moizə etmişdir.
Davamı →

“Avesta” tarixi mədəniyyət abidəsi kimi

Avesta Azərbaycanda, İranda, Orta Asiyada, Əfqanıstanda və Hindistanda geniş yayılmış Zərdüştlük dininin (daha sonralar həm də Atəşpərəstliyin) müqəddəs kitabı olmuşdur. Kitab bir neçə dəfə məhv edildiyindən dövrümüzə tam şəkildə çatmamışdır.
Zərdüştilik ənənəsinə görə, «Avesta»nın əski əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı Aleksandr tərəfindən yandırılmışdır.
Davamı →

"Avesta" Həqiqətləri


«Doğrusu odur ki, Zərdüşt Azərbaycandandır» 


Əbu Reyhan Biruni

«Avesta» və bu barədəki gizlinlər və acımasız saxtakarlıqlar haqqında danışmazdan əvvəl Zərdüşt peyğəmbərin özü haqqında da məlumat vermək lazım gəlir. Əslində Zərdüşt haqqında kifayət qədər yazıldığından bunun üzərində çox durmamaq da olar. Zərdüşt Peyğəmbərin haradan olması məsələsinə qədim və orta əsr tarixçilərinin baxışları isə maraq doğurduğundan bunun üzərində qısaca da olsa dayanmağı lazım bildik. Yuxarıda da qeyd etdiyimiz kimi, Babil tarixçisi Berossa göre, kutilerin 21 şah sülaləsi midiyalı olub ve onların içinde Zərdüşt də var. Əbu Reyhan Biruni və 9-cu əsr tarixçisi Əhməd Bəlazuri Zərdüştün ana vətəninin Azərbaycan olduğunu yazır. Yaqut Həməvinin (1179-1229) də bu barədə yazdığı qeydlər çox maraqlıdır: «Şiz Azərbaycanda nahiyədir. Deyilir: məcusların peyğəmbəri Zərdüşt buralıdır. Bu nahiyənin qəsəbəsi Urmiyədir». Və ya Qütbəddin Şiraziyə (1236-1311) müraciət edək. O, zərdüşt peyğəmbəri öz əsərində belə xatırladır: «görkəmli filosof, kamil imam Zərdüşt Azərbaycani…».
Ardı →