Avraam Linkoln

Avraam Linkoln-dahi amerikalı siyasətçi və ABŞ-ın 16-cı prezidenti. O, 1865-ci ildə ABŞ-da quldarlığın ləğvi ilə imzaladığı qətnamə ilə tarixə düşdü. Linkoln sağlığında fəaliyyəti ilə bağlı tənqidlərə məruz qalsa da, o, indiyə kimi amerikalıların ən sevimli prezidentlərindən biridir. Linkoln ucaboylu adam olub. Onun boyu 193 santimetr idi. Müasir dövrdə 193 santimetr boy qeyri-adi görünməyə bilər. Lakin XIX əsrdə yaşayan kişi üçün belə bir boya sahib olmaq nadir hal idi. Onun qoyduğu papaq isə Linkolnu daha da hündür göstərirdi. 

Pulunu şlyapasının içində saxlayardı.


Davamı →

Avraam Linkoln (ABRAHAM LINCOLN)

XIX yüzilliyin 60-cı illəri ABŞ dövləti üçün ağır sınaq dövrü olmuşdur. Burada söhbət ölkənin qarşılaşdığı hər hansı sosial-iqtisadi problemdən deyil, onun ərazi bütöv­lüyünün qorunub saxlanmasından, demokratik dəyərlərə əsaslanan, insan hüquqlarının qorunmasını özünün baş­lıca prinsipi elan etmiş bir dövlətin mövcudluğundan ge­dir. Xatırladaq ki, hələ C.Vaşinqton öz vəsiyyətnaməsində, ona məxsus qullara azadlıq verilməsini istəmişdi. 60-cı illərədək ölkə prezidentlərinin demək olar ki, əksəriyyəti qul sahibləri olsa da, onların mütərəqqi fikirliləri quldarlı­ğın əleyhinə olmuşdur.


Davamı →

Avraam Linkolundan oğlunun müəlliminə məktub

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolun oğlunu ilk dəfə məktəbə göndərən zaman müəlliminə məktubla bu cür müraciət etmişdir.

Hörmətli müəllim. Oğlumum sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin ona. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma.


Ardı →

Linkolna prezidentlikdə kömək edən 11 yaşlı qız

ABŞ-ın 16-cı prezidenti olmuş  Avraam Linkolnu, demək olar ki, hamı tanıyır.

Amma çox az adam bilir ki, ona saqqal saxlamağı  Nyu-York ştatının kiçik bir şəhərciyində yaşayan 11 yaşlı qız məsləhət görub.

15 oktyabr 1860-cı ildə ABŞ prezidenti Avraam Linkoln Qreys Bedel adlı 11 yaşlı  qızdan bir məktub alır. Bu qız Nyu-York ştatının Vestfild (Westlfield) şəhərciyində yaşayırdı və seçkilərdə Linkoln tərəfdarlarından idi. Linkolnun sifətinin çox arıq olduğunu düşünərək ona saqqal saxlamağı məsləhət görür və bunu məktubunda qeyd edir.

11 yaşlı qızın Linkolna yazdığı məktubun məzmunu belə olub:  “Mənim  4 qardaşım var. Onlardan biri seçkilər keçirilərkən sizə səs verəcək. Amma siz saqqal saxlasanız, mən digər qardaşlarımı da məcbur edərəm ki, sizə səs versinlər. Siz saqqal saxlasanız daha da təmkinli görünəcəksiz. Sifətiniz çox arıq olduğuna gorə saqqal sizi daha yaxşı göstərəcək. Saqqal bütün xanımların xoşuna gəldiyi üçün onlar öz yoldaşlarını və ya istəklilərini məcbur edəcəklər ki, sizə səs versinlər. Və beləliklə də siz prezident seçiləcəksiniz”.


Ardı →

Uduzdu, uduzdu... Və ABŞ prezidenti oldu...

Avraam Linkoln yoxsul bir ailədə dünyaya gəldi. Üstəlik, ata-anası oxumaq-yazmaq da bilmirdi. Və onun ilk imtahanı 9 yaşında anasını itirməklə başladı. Bundan sonra o dəfələrlə işsiz qaldı. Bütün bunlarla yanaşı, övlad acısı da daddı. Bəli, ağrı-acılar qarşısında Avraam Linkolnun ağladığı vaxtlar da olurdu. Nə vaxt həyatında bir maneə ilə qarşılaşsa, axşamlar tozlu cığırlarda, ağaclar və kollar arasında gəzməyi çox sevirdi.


Ardı →