Müəllif: f.e.f.d.,dos.Şəmil Sadiq
Azərbaycan dili ilə bağlı ölkə rəhbərliyinin müxtəlif zamanlarda müxtəlif fərmanlarının olmasına baxmayaraq, Azərbaycan dilinin inkişafını təmin edən ən ali qurum olan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu dilin inkişafını nəinki təmin edə, heç izləyə də bilmir. Dilin inkişafını öz arxasınca aparmalı olduğu halda, dildən dəfələrlə geridə qalır desək yanılmarıq.
Artıq nə deməyə, nə də yazmağa gərək var, Azərbaycan dili zəngin dillər içərisində önəmli yerlərdən birini tutur. Azərbaycan dilinin kökü, ana xətti, genetikası o qədər möhkəmdir ki, əsrlərlə işğala məruz qalmasına, təcavüz olunmasına baxmayaraq, bu gün də ayaqda məğrur durub. Amma təəssüflər olsun ki, dilçilik elmimiz bu məğrurluğun arxasında dura bilmir.
Dilin zənginləşməsi bu gün birbaşa televiziya və mətbuat orqanlarının fəaliyyəti ilə bağlıdır. Sözsüz ki, bu inkişafda bədii ədəbiyyatın rolunu kənara qoymaq olmaz. Bunun üçün də hər kəs yazıçı və jurnalistlərin ədəbin dilin nomralarını pozmasını görür, ağız dolusu təndiq də edir. Təbii ki, bu tənqidlərimiz haqlıdır. Zövqsüz verilişlərə baxmaq gözlərimizi ağrıtdığı kimi, kobud şəkildə pozulan dil normaları isə qulaqlarımız yaralayır. Televiziyaların simasını təşkil edən xəbər proqramlarında belə həmin sözünühə`min, başqa sözünü ba`şqa, Paris sözünü Pa`ris, Azərbaycan sözünü Azə`rbaycan kimi tələffüz edilir. Son zamanlar Türkiyə türkcəsinin diksiyasına uyğun bütün sözlərin vurğusunun sonda deyilməsi dili bilməyən insanları belə əsəbləşdirir, özündən çıxardır.
Ardı →