Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir. 

1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya müsəlman şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.


Davamı →

Əhməd bəy Ağaoğlu kimdir?

Azərbaycanda türkçülük hərəkatı ideoloqlarından biri. Görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim Əsilzadə ailəsində anadan olmuşdur valideynləri Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın nəslindəndir. İlk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında almışdır. Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olmuş, lakin təhsilini yarımçıq qoymuş, Parisə gedərək, hüquq məktəbini və Sorbonna Universitetini bitirmişdir. Burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirmişdir. Bunun ardınca müxtəlif məcmuələrdə digər yazıları da dərc olunmuşdur. Əhməd bəy Ağayev 1892-ci ildə, 23 yaşında Londonda keçirilən Beynəlxalq şərqşünaslıq konqresində "Şiə məzhəbinin mənbələri" mövzusunda məruzə etmiş, məruzə konqresin qərarı və Kembric Universitetinin vəsaiti ilə bir neçə Qərb dillərində dərc olunmuşdur.

Davamı →

Mirzə Cəlilin rus dilinə münasibəti

XIX əsrin ikinci yarısından etibarən Azərbaycan ədəbi dilinə rus-Avropa mənşəli sözlərin daxil olması geniş vüsət aldı. Proses Çar Rusiyasının həmin əsrdən hətta bir əsr qabaq cənubi Qafqazı öz imperiyasının tərkibinə daxil etmək istəməsi ilə başlandı. I Pyotrun Qafqaz siyasəti və planları uzunmüddətli oldu və bu coğrafiyanın Rusiyaya ilhaq edilməsi təqribən 100 illik periodda tamamlanmış oldu. “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələri ilə Qafqaz və bizim üçün isə ən acınacaqlısı olan şimali Azərbaycan Çar Rusiyasının sərhədləri daxilinə çevrildi. Sonrakı proses isə məlumdur… imperiya siyasəti: parçala, hökm sür.

Davamı →

Türkmənçay müqaviləsi

I MADDӘ
Bütün Rusiya imperatoru hәzrәtlәri vә İran şahı hәzrәtlәri arasında, onların vәrәsәlәri vә taxt-tacın varislәri, onların dövlәtlәri vә qarşılıqlı surәtdә tәbәәlәri arasında bundan sonra әbәdi sülh, dostluq vә tam razılıq olacaqdır.

II MADDӘ
Bütün Rusiya imperatoru hәzrәtlәri vә İran şahı hәzrәtlәri hörmәtlә qәbul edirlәr ki, razılığa gәlәn yüksәk tәrәflәr arasında baş vermiş vә indi xoşbәxtlikdәn qurtarmış müharibә ilә Gülüstan traktatının qüvvәsi üzrә qarşılıqlı tәәhhüdlәr dә başa çatmışdır; onlar göstәrilәn Gülüstan traktatını Rusiya vә İran arasında yaxın vә uzaq gәlәcәyә sülh vә dostluq münasibәtlәri qurmalı vә tәsdiq etmәli olan indiki şәrtlәr vә qәrarlarla әvәz etmәyi zәruri hesab etdilәr.

III MADDӘ


Davamı →

Gülüstan müqaviləsi

1813-cü ilin 12 oktyabr tarixində imzalanan birinci müqavilə ilə Azərbaycan Rusiya ilə İran arasında bölündü. 

Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir. 1812-ci ildə Napoleonun Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır. Bu hallar İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir. 1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.


Davamı →

Halqa əməliyyatı

Azərbaycan tarixinin yaxın keçmişində — son Qarabağ savaşında yaşanmış bir çox hadisələr var ki, onların üzərində bu gün də qalın qara pərdə qalmaqdadır.
Bu silsilədən növbəti yazı Göygöl rayonunun (keçmiş Xanlar) Çaykənd kəndində aparılmış əməliyyatla bağlıdır.

Davamı →

Azərbaycan tarixçiləri Sovet iranşünaslarına qarşı

Azərbaycan milli tarix nəzəriyyəsi İranın adət edilmiş tarixşünaslığına meydan oxuyur. Azərbaycan milli tarix nəzəriyyəsi İranın adət edilmiş tarixşünaslığına meydan oxuyur. 1937-ci ildən etibarən, Bakıdakı Azərbaycan Sovet tarixçiləri ölkənin territorial tərifinə əsaslanan Azərbaycan milli tarixi və kimliyini formalaşdırmağa başladılar. Bu yanaşma İosif Stalin tərəfindən dəstəklənirdi. 1940-cı illərdə bu narrativ  Midiya kimi “iranlı” olaraq bilinən komponentlərlə də zənginləşdirildi.

Davamı →

Qazan xanın islahatları

Hülakü hökmdarı Qazan xanın adı tariximizdə böyük islahatçı kimi qalmışdır. Qazan xan hakimiyyətdə olduğu qısa vaxt ərzində (1295-1304) dövlət idarəetmə sisteminin və cəmiyyət həyatının demək olar ki, bütün sahələrində islahatlar keçirmişdi.

Qazan xan hakimiyyətə gələn kimi ilk olaraq dini islahat keçirtdi və 1295-ci ildə əyanları və ordusu ilə birlikdə İslam dinini qəbul etdi. O, öz türk adma müsəlman adı da əlavə edərək Mahmud oldu. İslam beşinci ulusun -Hülakülərin rəsmi dövlət dininə çevrildi. Bu, Qazan xan tərəfindən atılmış çox ağıllı bir addım idi, çünki Hülakü dövlətinin ərazisində yaşayan əhalinin əksəriyyəti müsəlman idi. Ondan qabaqkı Hülakü hökmdarları (elxanlan) ölkədə yaşayan xristianlara, bütlərə və şamançılığa inanan monqollara daha çox qayğı və diqqət göstərirdilər. Halbuki onların sayı çox az idi.


Davamı →

Monqolların Azərbaycanda örüş, torpaq və vergi siyasəti

Örüş sivasəti. Monqolların Azərbaycana üç yürüşü Vətənimizə böyük iqtisadi dağıntılar gətirdi və kütləvi insan qırğınları ilə nəticələndi. Köçəri həyat tərzi keçirən və bütpərəstliyə ibadət edən monqol əyanları və döyüşçülərini tutduqları ölkələrin oturaq əkinçilik təsərrüfatı, sənətkarlığı və şəhər həyatı, xüsusilə dinc əhalisi qətiyyən maraqlandırmırdı. Tutulan torpaqların monqollar üçün yalnız örüş yeri-yaylaq və qışlaq kimi əhəmiyyəti var idi. Tarixdə monqolların həyata keçirdiyi belə günəmuzd siyasət “örüş siyasəti” adlanır.


Davamı →

Monqol yürüşləri və onlara qarşı mübarizə

XIII yüzilliyin 20-ci illərində Vətənimiz Azərbaycan yeni bir xarici hücum təhlükəsi ilə üz-üzə qaldı. Monqolların ilk yürüşü Eldənizlərin idarə etdiyi Azərbaycan dövlətinin zəiflədiyi dövrə düşdüyündən ölkəmizə böyük dağıntılar, xalqımıza isə böyük fəlakət gətirdi. Tarixi qaynaqlara və o dövrün tarixçisi İbn əl-Əsirə görə türklərə yaxınlığı ilə seçilən, hətta qıpçaqlarla eyni cinsdən olan monqolları 1206-cı ildə Çingiz xan tatar ulusları ilə birlikdə bir dövlət halında birləşdirmişdi. Çingiz xanı döyüş bacarığı və idarəetmə anlayışına görə məşhur Hun-türk hökmdarı Mete xaqana bənzədirdilər. Türk köklü uyğurlar da onun dövlətində yer almışdılar. Təsadüfi deyil ki, Çingiz xan dövlətin bütün maliyyə və divan işlərini uyğurlara tapşırmışdı. Uyğur türk dili uzun bir müddət Böyük Monqol dövlətinin divan-dövlət dili olmuşdu.


Davamı →