Mən – rezin dəyənək

Mən rezin bir dəyənəyəm! Özüm də Amerika əsilliyəm. Mənə qədər Amerikadan buralara ən əvvəl demokratiya gəlmişdi, sonra cip, dalınca da dəyənək, yəni mən. Ciplə dəyənək, biz ikimiz demokratiyanın açtığı cığırla gəldik.

Mən rezin bir dəyənəyəm! Buralara amerikan köməyilə, amerikan alicənablığından gəldim. Ruha girmədim, quyruqda dolandım, buyruq oldum. Hər yerdə sıxıntı olur, olacaq. Avtomobil şini, ehtiyat hissələr qəhətə çıxsa da, mən əl altındayam. Mənim sıxıntım çəkilmədi, bol bol ehtiyacı qarşıladım.

Mən rezin bir dəyənəyəm! Burada heç köhnədən diş fırçası yox idi, onun yerinə taxta diş çöpləri istifadə edirdilər. Mən gəlməmişdən də yerimə var idi, amma fil sinirini polislər deyil, xalq istifadə edirdi, xalqın fil siniri tətbiqinə qadağa qoyuldu. İndi fil sinirinin yerinə mən keçdim.

Mən rezin bir dəyənəyəm! Üzüm qaradır. Yumşaq görünürəm, amma yumşaqlığıma aldanmayın. Məndən əvvəl mənim əvəzimə istifadə etdikləri meşə odunu, zoğal çubuğu mərhəmətə gəlir, qırılır, mən əsla qırılmaram. İkiüzlü siyasətçi kimi üzüm həm qara, həm də yumşaqdır. Əyilib bükülürəm, amma heç bir zaman qırılmıram.

Mən rezin bir dəyənəyəm! Özünü tanımayanlara, yerini göstərib özlərini tanıtdırıram, özümü də… Mənim yerim polislərin beli və əlidir! İş görməyən vaxtlarda, qıvrılıb qara əfi ilan kimi qapı arxasında mismarda quyruğumdan asılı dururam.


Ardı →

Qəhvə və Demokratiya

İki şey var ki, onlar yurdumuzda yetişmir. Biri qəhvə, biri demokratiya. İkisi də bizə xaricdən gəlir. Nə etdiksə yurdumuzda qəhvə yetişdirə bilmədik. Vətənimizin torpağı, havası, suyu qəhvə yetişdirmək üçün əlverişli deyil.

Demokratiyaya gəldikdə isə…
Sözün düzü, onun yetişməsi, inkişaf etməsi üçün əlimizdən gələni etdik. Tariximizə baxsanız, təxminən yüz il əvvəl yurdumuza demokratiyanın toxumları səpilib. Biz illərdir

— Demokratiyamız filiz verdi;
— Gənc demokratiyamız;
— Demokratiyanın cücərtiləri… deyib durmuşuq.

Şükür yetiştirənə, neçə ildir demokratiyanı güc-bəla ilə bu boya gətirdik, bir cücərti oldu.

Yüz ildir bu demokratiya üçün sərf etdiyimiz gücü qəhvə yetişdirmək üçün istifadə etsəydik,  bu gün məmləkət balta girməmiş qəhvə meşəsinə dönərdi.

Zamanında lazım imiş, bilməmişik. Qəhvə toxumu əkmək əvəzinə demokratiya toxumu əkmişik. İndi isə olanlar göz qabağındadır.


Ardı →

Quldurlar

Qazıgöy körpüsündə gənc bir qadın:

— Ay haray!.. Çantam, çantam! Tutun, qaçır!!! – deyə bağırdı.

Qələbəlik bir-birinə qarışdı. Yalın ayaq qaçan bir oğlan körpü pilləkənlərini üç-üç atıla-atıla qaçırdı.

Gənc və gözəl qadın isə sağa-sola dönərək:

— Nə olar ki, onu tutsanız! – deyə yalvarırdı.

Oğru qaçıb gözdən itəndən beş dəqiqə keçməmişdi ki, gənc bir polis, əli çantanı oğurlamış oğrunun çiynində oraya gəldi.

— Çanta kimindir?

Bu qara, təptəzə, böyük bir çanta idi. Gənc və gözəl qadın sevinclə qələbəlik içindən çantaya tərəf atıldı.

— Mənimdir… Sizə çox təşəkkür edirəm.


Ardı →

İnqilab olub

Rəcəb dayı skamyanın üstündə bardaş qurub oturmuşdu. O, iyirmi gündə ən azı iyirmi dəfə danışdığı hekayəsini yenə də şirin-şirin nəql edirdi. O, danışa-danışa, bir əli ilə saqqalını tumarlayır, o biri əli isə cırıq corabından çıxan barmaqlarını ovuşdururdu.

Qəhvəxanadakılar hərdənbir mənimlə zarafatlaşırdılar. İyirmi gün bundan əvvəl məni bu kəndə müəllim göndərmişdilər. Mən kəndə gəlib gördüm ki, burada məktəb yoxdur. Sonra məsələ aydın oldu ki, məni məktəbi olan bir kənd əvəzinə səhvən buraya göndəriblər. İndi yəqin ki, o kənd müəllim, müəllimi olan bu kənd isə məktəb gözləyir. Kəndlilər də elə bilirlər ki, bu səhvi mən etmişəm. Ona görə də mənə sataşıb gülürdülər. Özümü elə aparırdım ki, guya onların məni dolamalarını başa düşmürəm. Bu onların daha da xoşuna gəlirdi.

Mənə kərpic divarının bir tərəfi uçmuş kənd məscidinə bitişik bir otaq vermişdilər. Ora yatandan-yatana gedirdim. Qalan vaxtım isə divarları hisdən qapqara olmuş qəhvəxanada keçirdi. Yolları qar basdığı üçün kənddən gedə bilmirdim.Bu kəndlilər yaman çox danışan adamlar idi. Hər sözün başında ya atalar məsəli çəkir, ya da ibarəli ifadə işlədirdilər. O deyir, bu deyir, sanki atalar məsəli çəkmək yarışına çıxıblarmış kimi durmadan, hey danışırdılar.
Ardı →

Ah biz eşşəklər

Bu hekayə, yurdumuzda mətbuat və söz azadlığının yalnız kağız üzərində bir suvenir kimi qoyulduğu, ziyalılarımızın susdurulduğu bu günlərdə, xalqı bu vəziyyətə gətirənlərə və həqiqəti ancaq çətinə düşəndə deməyə çalışan, lakin, artıq danışmağa da imkanı olmayan «qara” ziyalılara həcv kimi yazılmışdır

Biz eşşək milləti də, qədim zamanlarda siz insan milləti kimi danışırmışıq. Bizim də özümüzə xas bir dilimiz var imiş. Danışığımız, mahnı kimi gözəl və yumşaq imiş, qulağa çox xoş gəlirmiş. Necə də gözəl danışıb, türkülər oxuyarmışıq. Eşşəkcə; yumşaq, şirin, və ahəngdar dil imiş. Biz eşşək milləti əvvəllər indiki kimi anqırmamışıq, sonradan belə olub.

Bilirsiniz ki, indi bütün istəklərimizi, hisslərimizi, kədərimizi, sevinclərimizi, fikirlərimizi, bir-birimizə və siz insan ağalarımıza anqıraraq başa salmağa çalışırıq. Anqırmaq nədir? „Aaaa-ii, aaa-ii“ arxa-arxaya bir qalın, bir incə, ağızdan iki hecalı səs çıxartmaq. Anqırmaq, bax budur… Bizim o zəngin dilimiz, indi qala qala, bu iki hecalı tək sözə qaldı. Bir varlıq, bütün hisslərini tək sözlə necə izah edə bilər ?! Necə olub ki, o varlı dil,bir ölü dilə çevrilib, sonra biz eşşəklər anqırmağa başlamışıq, heç maraqlı gəlir? Əgər gəlirsə, danışım. Qısacası, bizim dil tutulub, lal olmuşuq. Qorxunc bir hadisə ilə ağlımız başımızdan gedib, dilimiz tutulanda da, eşşəkcəni bütünlüklə unutmuşuq. O gündən sonra, yalnız anqıraraq, iki uzun heca ilə hisslərimizi başa salmağa çalışırıq.Biz eşşəklərin dilinin tutulması çox köhnə bir hadisədir.
Ardı →

Uçuruma gedirik

Çayxanada “şap” deyə, sillə səsi eşidildi. Nərd, domino, kart oyunu dayandı, danışıq səsləri kəsildi. Başlar səs gələn tərəfə çevrildi. Şilləni yeyən yekəpər biri idi. Şillə vuran isə əksinə, arıq, sısqa, balaca idi. Nəhəngin sol yanağında sısqanın barmaqlarının izi hələ də qalmışdı. Polis belə, bəli, polis belə bu barmaq izindən kimin vurduğunu asanlıqla aydınlaşdıra bilərdi.

Çayxanadakılar nəhəng kişinin bu sısqanı altına alıb, əzəcəyini zənn etdilər, amma belə olmadı.

Yekəpər “şikayətçiyəm” – deyə, bağırdı.

Heç kəsdən səs çıxmadı. O, daha sonra:

“Hamınız gördünüz” -deyib, boyu çiyinlərinə belə çatmayan sısqaya “getdik bölməyə” deyə, səsləndi. Sısqa əhəmiyyət vermədi.

Yekəpər sürətlə çölə çıxdı. Çayxanadakılar oyunlarına, söhbətlərinə davam etdilər.

Az sonra o, yanında bir polislə qayıtdı. Polisə sısqanı göstərib:

“Budur o!” – deyərək, oturanları göstərdi: “Bunlar da şahiddirlər”.
Ardı →

Dar yerdən çıxanlar geniş yerlərə sığmazlar | Əziz Nesin

Aziz NesinƏn gözəl şeir riyaziyyatdır. Yer üzündə indiyə qədər “iki dəfə iki dörd edər”dən daha gözəl misra yazılmayıb, məncə.

Mən ateistəm və bir gün Tanrıya inandığımı dediyimi eşitsəniz, ciddiyə almayın. Demək ağlımı itirmişəm.

Türkiyədə hər 3 gəncin 4-ü şairdir.

Bilirsən, günahları yazan mələk soldadır. Hətta bundandır ürəyin solda olmağı. Çünki bəlkə də eşq yaşanılan ən böyük günahdır.

Barmaqlarımızın arasında boşluq — bizim üçün yaradılan o insan gəlib onu doldursun deyə var.

Türk kişisinin dünyanın ən qısqanc kişiləri olmağının səbəbi sevgililərinə deyil, özlərinə inanmadıqlarındandır.

Bəlkə də bərk-bərk qucaqlayacağımız sevgilimiz yoxdur, bəlkə tənhayıq. Amma bilin ki, adam kimi sevdiyimizdəndir tənhalığımız.

Hərbə sərf olunan pul dünyadakı aclıq probleminin tamamən həll edilməsi üçün lazım olan pulun təxminən 100 qatıdır.

Xəritələrə baxdım, heç birində evin yoxdur. Ensiklopediyalara baxdım, heç birində şəklin yoxdur. Lüğətlərə baxdım, heç birində adın yoxdur. Güzgüdə özümə baxdım, səni gördüm. Məndən başqa yerin yoxdur.

Tənbəllərin iş günü sabahdır.

Nə qədər qalmaq istəsək də, bəzən getmək məcburiyyətində qalırıq. Və nə qədər getmək məcburiyyətində olsaq da, qalmaqdan yanadır sol yarımız.

“Heç kimə inanmıram” deyə bir şey yoxdur, “vaxtı ikən ona inandım, indi heç kimə inanmıram” var.

Qorxmuram deyənlər ya başqalarına yalan deyirlər, ya özlərinə yalan deyib özlərini aldadırlar, ya da bilməyərək insan olmadıqlarını deyirlər.

Həyat imtahandırsa, onda əziyyət çəkmə heç, adını yaz və çıx. Bəlkə keçməzsən, amma adının altında tərtəmiz bir səhifə qoyub gedərsən.

Nə ölünün arxasınca danışarlar, nə də gedənin. Çünki qalan üçün ölmək də, getmək də elə də fərq eləmir.

Üşümək varsa, bu istinin yoxluğundandır, qaranlıq varsa, bu da işığın yoxluğundan. Əgər hər yer qaranlıqdırsa, sən də üşüyürsənsə, bax bu Onun yoxluğudur.

Dağlar dağılmasın deyə ah çəkmirəm. Özümü dağıdıram, dünyanı dağıtmıram...

Mənə dəyməyən ilan min il yaşasın deyib yaşatdığınız ilanların sonrakı hədəfi də siz olacaqsınız.

Bir toxum verdin, çiçəyini al. Bir dən verdin, ağacını al. Bir budaq verdin, çəmənini al. Dünyamı verdim sənə, məndə qal.

Dar yerdən çıxanlar geniş yerlərə sığmazlar.

Xəyalım balaca bir uşağa “nə qədər sevirsən” sualını verəndə əlini iki yana açıb “bax bu qədər” deyəcək o məsum sevgini tapmaq idi.

Səni anan qədər sevəcək, atan qədər maraqlanacaq heç kimin yoxdur, ona görə heç kim mənə eşqdən danışmasın.

Kasıbın yeganə silahı işləməkdir.

Qoy olmasın məzar daşımız, bir məktəb bağçasına basdırsınlar bizi, uşaqlar qaçışsın üstümüzdə...

Yalnızlığını götür gəl! Qorxma, darıxmarıq. Sənin yalnızlığın mənim yalnızlığımla danışar, biz ikimiz susarıq.

Həyatımda boyum qədər kitab yazdım, amma məni sevməyənlər buna da bir bəhanə tapıb – onsuz da onun boyu balacaydı deyə bildilər.

İnsan təkcə danışdıqlarına görə deyil, susduqlarına görə də məsuliyyət daşıyır.
Turkiyədə hər 3 gəncin 4-u şairdir.
Niyə evlilik üzüyü üzük barmağına taxılır? Çünki başqa heç bir barmağımızdan birbaşa ürəyə gedən damar yoxdur.

Gedən sevgilinin getdiyi yerdə axtardığını tapmayıb “darıxdım” deməyi darıxdığından deyil, it kimi peşman olduğundandır.

Yatağına uzananda ürəyinin səsindən yata bilmirsənsə, anla ki yalnızsan...

Necə görmürsə gözlərim, öz-özümü axtarıram tapa bilmirəm.

Mərcə girərəm, sabah bir fanatik çıxıb tualetə getmək günahdır deyə fitva versə, tualetə getməyib altına qaçıracaq o qədər öküz var ki bu ölkədə (Türkiyə nəzərdə tutulur – red.).

Deyirlər ki, əvvəllər belə deyildin, indi özünə qapanmısan. Dedim ki, içindəki ilə yetinən bu ürək daha sizi neyləsin?!

İnsan insan kimi, insan olaraq azad olmağı bacarmırsa, onda qurd kimi, quş kimi azad sanar özünü.

İşin çətininə can at. Çətinin öhdəsindən gəlməsən də, çətini eləməyə çalışaraq heç olmasa asanını edərsən.

“Yaxşı adam sözünün üstünə gələr” deyibsə atalar və mən həmişə səndən danışanda sən gəlmirsənsə, demək yaxşı adam deyilsən.

Eyni kağızın arxa və ön üzləri kimiyik. Həmişə birgə, amma bir-birini heç vaxt görməyən.

© Əziz Nesin
Davamı →