Müqəddəs qələbəyə and içirəm

Orta əsr salnamələrindən bir səs gəlir: "Şah İsmayıl Səfəvi ruhun bədənə qayıtdığı kimi Təbrizə daxil oldu". Və 520 il sonra yeni bir səs çağırır bizi: Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu ruhun bədənə qayıtdığı kimi Qarabağa daxil oldu, azadlıq bayrağını qaldırdı. Təxminən, 30 ildir ki, qazanılan müstəqillik nemətinə, çoxsaylı iqtisadi-siyasi uğurlara baxmayaraq, məğlubiyyət ağrısı, Qarabağsızlıq dərdi yaşayan Azərbaycan bəlkə də heç vaxt belə xoşbəxt olmamışdı. Bir anda bir əlin barmaqları kimi birləşib yumruğa döndü, təpədən dırnağa səfərbər oldu, ruhun bədənə qayıtdığı kimi Qarabağa qayıdıb əzəli diriliyinə qovuşdu, göynəmli məğlubiyyət zülmətindən azadlığın gün işığına çıxdı, işğal olunan tarixi yurdlarımızda addım-addım irəliləyən qələbə bayrağına büründü Azərbaycan.

Davamı →

Yazıçı əsgərlər

Belə günlərdə müharibə həqiqətlərini görüb sosial aktivlik göstərməyən yazarlarımızı bu mübarizəyə qoşulmağa səsləyirəm:
Özünü ali irq kimi göstərib «müharibə istəmirəm, müharibəyə yox» deyərək, «müharibə siyasi oyunlardır», insanlar barış və sülh içində yaşamalıdır deyə düşünənlər az deyil.  Bir çoxuna elə gəlir ki, «müharibə vəhşilikdir, humanistlikdən uzaq bir barbarlıqdır». «Bizi də ana doğub, onları da ana doğub» deyə düşünürlər. Sizə elə gəlir ki, ermənilərin yaşlı nəsli Xocalı soyqırımını törətdikləri üçün günahkardırlar, amma səngərdə ölən 19-20 yaşlı gəncin heç bir günahı yoxdur?!

Davamı →

Dünyanın göz yumduğu rəzalət və pozitiv nümunədə Azərbaycan

Bəzən bizim yaşadığımız planet dünyadakı qəzəb notlarının fövqündə dözülməz bir yaşam arealını xatırladır. Sevdiyim amerikalı sosioloq Emil Dürkhaym qeyd edirdi ki, Yer kürəsində nüvə silahından və savaş arsenallarından daha qorxulu mənzərələr də canlanır. Rene Dekart tələbələrinə deyirdi, bütöv insanlığın tək yumruq olmadığı nüanslar var ki, bu, bütün bəşəriyyətin gələcəyi üçün önəmli təhdid elementidir. Joze Saramaqonun “Korluq” əsərinin yekun mesajındakı kimi; hər kəs görür, amma qaranlıqdır!

Davamı →

AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 5-ci Hissə

(2020-ci ilin sentyabrından, gələcəyə baxış)

 


İQTİDARDA, YÜKSƏK ZƏKA VƏ YA HƏQİQİ LİDER ÇATIŞMAZLIĞI Faktoru

Diqqət etsək, indiyəqədər Əliyevlər iqtidarının mövcud olmasının və bu qədər uzun çəkməsinin əsas səbəbləri; bölgədə xüsusi həssas tarazlıq durumu və balanslaşdırılmış siyasətin effekti; sistemin qurucusu Heydər Əliyevin xüsusi siyasi bacarığı; Qərbə, münasib qiymətə təqdim oluna bilən enerji ehtiyatları; strateji coğrafi şərait və tranzit mövqeyidir. Lakin, hazırda bunlardan ən azı biri- Heydər Əliyev və ya yüksək zəka amili mövcud deyildir; nə, hazırda siyasi limiti tükənməkdə olan İlham Əliyevin, nə də varislik üçün razılaşa biləcəyi Mehriban Əliyevanın ciddi siyasi səbatı yoxdur.


Davamı →

AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 3-cü Hissə

(2020-ci ilin sentyabrından, gələcəyə baxış)

 

Feysbukda 5 iyul tarixində paylaşdığımız “Ölkəmizdə nələr baş verməkdədir və ən əsası, nələr baş verə bilər?” sərlövhəli məqalədə, bir sıra proqnozlar vermişdik. İlk növbədə, hakimiyyətin, karantini mümkün qədər uzatmağa meyilli olduğunu və qapanmaların azı gələn ilə qədər davam edəcəyini söyləmişdik. Bu gün etibarilə, məktəblərin açılması ilə bağlı Təhsil Nazirinin açıqladığı bir qərar, mövzubəhsi olsa da, bu, heç də birmənalı deyil və məktəblərin bir daha bağlanmayacağı mənasını daşımır. Unutmayaq ki, sərtləşmə qərarlarını açıqlayan, məhz “Operativ Qərargah”dır və “pis polis” rolunda da məhz bu qurumdur. Onu da unutmayaq ki, zatən, karantin, indiyəqədər bir neçə dəfə sərtləşmə-yumşalma dövrünü yaşayıbdır və xüsusən də havaların soyuması ilə virus təhlükəsinin nisbi olaraq artması nəticəsində, bizi, qarşıda yeni qapanma dalğasının gözləmədiyini söyləmək mümkün deyil və bu, elə oktyabrda da baş verə bilər.


Davamı →

AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 2-ci Hissə

(2020-ci ilin sentyabrından, gələcəyə baxış)
 
 
Öncələr, gündəmin balansını dəyişən və cəmiyyətdə müəyyən müsbət reaksiyaya səbəb olan “məmur ovu” taktikası, zamanla, xüsusən də koronavirus olayı ilə birlikdə durğunluğa girdi və pandemiyanın diqtə etdiyi şərtlər, yeni psixoloji-ictimai-siyasi atmosfer yaratdı. Əvvəlcə, ilk dəfə qarşılaşdığı pandemiya olayına nə cür reaksiya verəcəyini bilməyən və qapanma addımlarının, insanlarda, özü üçün təhlükəli bildiyi neqativ ruhiyyəni gücləndirə biləcəyini düşünən hökümət, karantin elan olunması çağırışlarına ehtiyyatlı və məsafəli yanaşdısa da, daha sonra bu olayın, əslində bir avantaj ola biləcəyini, görünür düşündüyü üçün; zamanla, tamamilə fərqli bir pandemiya strategiyası izləməyə başladı. Və hökümətin və “operativ qərargah”ın verdiyi qərarların bəzən, hətta orta məktəbli məntiqinə zidd olması, zatən karantinin qısnamalarından bezginliyin və hakimiyyətdən ciddi narazılığın olduğu bir şəraitdə, passiv narazılığı daha da artırdı. Kəskin karantin və qapanma tədbirlərinin,

Davamı →

AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 1-ci Hissə

(2020-ci ilin sentyabrından, gələcəyə baxış)
 
 
Əvvəla, bunu qeyd etməliyəm ki, bəndəniz, heç də politoloq, siyasətçi və ya hətta sosioloq da deyil. Sadəcə olaraq bir alim və ya filosof olaraq, siyasi durum və gələcək perspektivi ilə bağlı öz fikirlərimi qələmə almaq qərarına gəldim. Düşünürəm ki, ümumiyyətlə siyasəti, sahəsindən asılı olmayaraq hər bir alim, yetərincə anlamalı və bu barədə düşünməlidir.

Beləliklə, başlayaq.

Hər kəsin səbrsizliklə cavabını maraq etdiyi sual budur: Ölkəmizdə mövcud vəziyyət, davammı edəcək, yoxsa kəskin dəyişiklərmi baş verəcək? Ümumiyyətlə, hazırda nə baş verir və son vaxtlar baş verən qeyri-adi hadisələr nə anlama gəlir?


Davamı →