Bəxtiyar Vahabzadə poeziyasının sirri

Bəxtiyar Vahabzadə idealı böyüklük, arzusu təmizlik, məqsədi yüksəklik, eşqi gözəllik olan görkəmli şair, dramaturq, tərcüməçi, ədəbiyyatşünas-alim, publisist və ictimai xadimdir. O, ecazlı lirik «Mən”i, orijinal fərdi üslubu ilə həmişə zəmanəsi, torpağı, dövləti və milləti, Şərqi və Qərbi, bir sözlə, dünyanın — Zaman və İnsan münasibətlərinin sirli aləmi ilə əlaqəli olub.

Davamı →

Bəxtiyar Vahabzadə

Məşhur Azərbaycan şairi Bəxiyar Vahabzadə  (1925-2009) dramaturq, ədəbiyyatşünas olmuşdur. O, hələ kiçik yaşlarından ədəbi yaradıcılığa meyl göstərmiş, müxtəlif məzmunlu şeirlər yazmışdır. «Mənim dostlarım» adlı ilk kitabı 1949-cu ildə nəşr olunmuşdur.
   Məhəbbət, insanpərvərlik, vətənpərvərlik, qəhrəmanlıq hisslərinin tərənnümü lirikasının əsas mövzularıdır. Vətənpərvər şair həmişə ölkəsini müstəqil görmək istəmiş, bu yolda canından belə keçməyə hazır olmuşdur. Sovet İmperiyası zamanı yazdığı «Gülüstan » poemasına görə bir çox təqiblərlə üzləşmişdir. Buna baxmayaraq, əqidəsindən dönməmiş, yaradıcılığının əsas mövzusu milli azadlıq mübarizəsi olmuşdur.
   Azərbaycanın müstəqilliyi uğrunda əlindən gələni etmiş, 20 Yanvar faciəsini və Sovet-Qorbaçov rejimini kəskin tənqid etmuş, "Şəhidlər" poemasını yazmışdır.
   Şair, nəhayət,  uzun müddət  həsrətində olduğu azadlıq və müstəqilliyi görə bildi və 20 ilə qədər müstəqil Azərbaycanda yaşayıb-yaratdı.
Davamı →

Nədən oldu

Əllərini üzüb məndən,
Yarım birbaş gedən oldu.
Can deyib, can eşidərdik,
Bu ayrılıq nədən oldu?

Qızılgüləm dəstəyəm mən,
Bülbüləm qəfəsdəyəm mən
Gəzirəm mən, qəmli-qəmli,
Görən deyir, xəstəyəm mən
Davamı →

Ana hədiyyəsi – Bəxtiyar Vahabzadə

Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır “ya rəbbim! – deyə:
— Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə… ancaq
Ömürdən hədiyyə görməmişəm mən.

İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.

Çoxdur hədiyyələr insan adına:
Qiymətli ziynətlər, qiymətli daşlar.
Ana həyat verir öz övladına,
Həm də öz ömründən ömür bağışlar.


Davamı →

Bəxtiyar Vahabzadə lirikası

Bəxtiyar VahabzadəVətən onun şeirlərində doğulduğu şəhər anlamında deyil, Bütöv Azərbaycanı əhatə edən sözdür
Azərbaycan ədəbiyyatının XX əsrdə yetişdirdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir. Şair yaradıcılığı boyu həmişə şeirlərində Vətənini, onun zəhmət adamlarını, təbiətini, insanların daxili aləmini tərənnüm edib. Onun şeirlərində türkçülük, Azərbaycançılıq, xalqına sədaqət, yurduna bağlılıq qeyd olunmalı xüsusiyyətlərdir.
Bəxtiyar Vahabzadənin lirikasını üç hissəyə ayırmaq olar: fəlsəfi lirika, məhəbbət lirikası və təbiət lirikası. Fəlsəfi lirika onun poeziyasının əsasını təşkil edir. Bu şeirlərdə şair öz fəlsəfi düşüncəsini oxucularla bölüşür. Onun təbiət lirikası isə nisbətən azdır. Şairin sevgi şeirləri fəlsəfi lirika ilə təbiət şeirləri arasında həm fəlsəfi məzmunu, həm də mənəvi duyğuları ilə ifadə olunan poetik lirikadır.
Davamı →

Bəxtiyar Vahabzadə - 2

Görkəmli şəxsiyyətlərin Bəxtiyar Vahabzadə haqqında olan yüksək fikirləri


...Bəxtiyar Vahabzadə… fitri şairlik istedadı sayəsində hələ gənc yaşlarından oxucuların sevməyə başladığı, həmişə diqqətlə izlədiyi və böyük ümid bəslədiyi xoşbəxt sənətkarlardandır...

“ Bəxtiyar Vahabzadənin qəhrəmanı ilə özü arasında ziddiyyət yoxdur”. Mehdi Hüseyn.

“Vahabzadənin poeziyası müasir Azərbaycan ədəbiyyatının maraqlı hadisələrindəndir”. Rəsul Rza.

Vahabzadə şeirimizin Fizuli, Vaqif, Sabir, S.Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O, sözü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc və mənəvi estetik ləzzət duyursan. Mirzə İbrahimov.
Ardı →