Şirvanşahlar saray kompleksi

Şirvanşahlar sarayı — XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksidir. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.

2000-ci ildə YUNESKO tərəfindən İçərişəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilib.
Davamı →

Filarmoniya binası niyə və necə tikilib?

İndi hamının Azərbaycan Dövlət Filarmoniyası kimi tanıdığı memarlıq abidəsini tikmək ideyası Bakıda dəhşətli bir yanğından sonra ortaya çıxıb. Həmin yanğın 1907-ci il martın 1-dən 2-nə keçən gecə baş verib...

Doğrudur, indiki filarmoniya binasının inşasına bu hadisədən dərhal sonra başlanmayıb. Amma bu barədə danışıqlar, müzakirələr və hətta mübahisələr məhz o yanğından sonra ortaya çıxıb və uzun illər davam edib.

Davamı →

Bakının toy və bayram mərasimləri

Bakının öz toy və bayram ənənələri vardı. Oğlan evləndirmək və qız ərə verməyin çox dolamanc yolları qədim zamandan məlumdur. Əvvəla qızı oğlan özü seçməzdi. Bu iş adətən, ananın, bacının, bibinin və xalanın üstünə düşərdi. Hətta oğlan özü qız seçmək istəsə də, bu mümkün deyildi. Çünki küçə və bazarda rastlarına çıxan qızlar üzlərini həmişə çadra ilə gizlədərdilər. Qız seçməkdə oğlan evinin köməyinə hamamlar çatırdı. Hamamda qız seçmək adət şəklini almışdı. Burada qızın boynuna, buxununa, əndamına, ayaqlarına, saçlarına yaxından tamaşa edərdilər. Bəzən xoşlarına gələn qızları başlarına su tökmək bəhanəsilə yanlarına çağıranda onların cəldliyini də yoxlardılar.
Davamı →

1907-1917-ci illərdə mətbuat

Dövri mətbuat irtica illərinin ictimai hadisələrini bilavasitə olması da, dolayısı ilə əks etdirirdi. Aşağıda adlarını çəkəcəyimiz qəzet və məcmuələrin səhifələrində dövrün ziddiyyətləri ilə yanaşı, din, əxlaq məsələləri işıqlandırılır, dil və mədəniyyət sahəsində gedən mübarizə özünü büruzə verirdi.
Bu dövrdə Azərbaycan mətbuatı əsas etibarilə iki adamın inhisarında idi: Orucov qardaşları ilə Haşım bəy Vəzirov şəhərdə mətbuat və çap işlərini öz əllərində möhkəm saxlayırdılar. Hər ikisinin mətbəə şəraiti imkan verirdi ki, qəzetlərin vaxtlı-vaxtında  çıxmasını və yayılmasını təmin etsinlər.
Davamı →

Bakı Birinci Cahan Müharibəsi illərində

Birinci cahan müharibəsinin əsas cəbhələrindən biri yaxın Qafqaz cəbhəsi olduğu üçün Bakıda müharibə daha çox hiss olunurdu. Qafqaz cəbhəsində əməliyyatlar 1914-cü ilin 31 dekabrından başlamışdı. Türk qoşunları Qars və Batum istiqamətində irəliləyərək, Zaqafqaziya torpaqlarına girmişdilər. Türkiyə hərbi dairələri də bu cəbhəyə xüsusi əhəmiyyət verdiklərindən Türkiyənin  ən böyük hərbi qüvvələri bu istiqamətdə toplaşmışdı. Türkiyənin 40 piyada diviziyasından 11-i bu regionda vuruşurdu. Döyüşlərə Türkiyənin hərbi naziri Ənvər paşa özü rəhbərlik edirdi. Sarıqamış rayonunda döyüşlərin planı da onun yaxından iştirakı ilə hazırlanmışdı. Lakin məlum olduğu üzrə Sarıqamışda türklər rus ordusu tərəfindən məğlub edilib böyük itki vermişdilər. Bundan sonra türk qoşunları İran torpaqlarından keçərək, cənubdan Bakı və Gəncə üzərinə hücuma hazırlaşdılar.
Davamı →

Ruhanilik və üləmalar XX əsrin əvvəlində

Bakı quberniyasında ruhani işləri Bakı vilayəti qazısının əlində toplanmışdı. 1904-cü ildən 1918-ci ilədək bu işə Axund Mir Məmməd Kərim Mircəfərzadə başçılıq edirdi. O, həm Bakı quberniyasının qazısı və həm də Bakı quberniya şiə məclisinin sədri idi. Bakı quberniyasına daxil olan Bakı, Quba, Şamaxı, Lənkəran, Göyçay və Cavad qəzalarında din, ruhani işlərini idarə etmək çox çətin bir iş idi. Məscidləri idarə etmək, prixod molla işləmək istəyənləri imtahandan keçirmək və onların əhali içərisində rəftarına nəzarət etmək qazıdan gərgin iş tələb edirdi. Vəqf işləri, kəbin-talaq bu idarə vasitəsilə aparılırdı. Məlum olduğu üzrə o zamanlar hər məscidin öz axundu vardı. Bunlardan başqa mollalar da  vardı  ki,  bunlar məscidlərdə mərsiyə oxuyur, mədrəsələrdə uşaqlara şəriət dərsi öyrədirdilər.
Davamı →

Bakı kəndlərinin tarixi

Bakı şəhəri ətrafında salınmış kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif miqdarda göstərilirdi. I Pyotrun səfəri ərəfəsində Bakıda olmuş katolik missionerlərindən birinin yazdığına görə, Bakı əyalət şəhəridir və onun 34 kəndi vardır.1870-ci il siyahısında isə Bakıda 41 kənd olduğu qeyd edilir: Bibiheybət, Keşlə, Əhmədli (bəzi mənbələrdə isə bu Qulam Mahmud, ya da Küley Mahmud da adlanır), Zığ, Hövsan, Türkan, Zirə, Qala, Binə (yaxud Kürkənd), Suraxana, Əmirhacıyan, Ramana, Balaxana, Sabunçu, Bülbülə, Dərnəgül, Binəqədi, Digah, Məhəmmədli, Zabrat, Fatmayı, Novxana, Saray, Masazır, Corat, Goradil, Pirşağa, Kürdəxana, Maştağa, Nardaran, Bilgəh, Buzovna, Şağan, Mərdəkan, Güzdək, Hökməli, Xırdalan, Xoca Həsən, Pirəköşkül, Biləcəri, Qobu.
Davamı →

Köhnə Bakının xeyriyyə və maarif cəmiyyətləri

Hələ keçən əsrin 70-ci illərində Həsən bəy Zərdabi Azərbaycanda ilk dəfə xeyriyyə cəmiyyəti yaratmaq fikrinə düşmüşdü. Güman edirdi ki, yoxsul uşaqlarının təhsil və tərbiyəsində, onların məktəblərə qəbul edilərək, pulsuz oxumalarına  bu  cəmiyyətin  böyük  xeyri  dəyəcəkdir.  Bu  məqsədlə  xeyriyyə cəmiyyətinin proqramını tərtib edib, hökümətə təqdim edir. Böyük çətinlik və süründürmədən sonra onu təsdiq etdirə bilir. Hər şey hazır olandan sonra Zərdabi Bakı varlılarından bir dəstəsini  qazi molla Cavad axundun  evinə   toplayaraq, proqramı onlara oxuyur. Hamı bəyənir. Lakin cəmiyyətin yaranması üçün maddi yardım lazım olduğunu  söyləyərkən,  məclisdəkilər  bir  nəfər  kimi  aradan  çıxırlar.
Davamı →

Bakı mətbəələri

«Bakinskaya izvestiya» mətbəəsi


Bakıda mətbəə yaradılması haqqında ilk məlumat keçən əsrin 70-ci illərinə aiddir. İlk mətbəə V. V. Neruçev adlı bir şəxsin olub. Həmin mətbəədə ilk çap olunan məhsul Batsı neft sənayeçilərinin orqanı olan «Bakinskaya izvestiya» qəzeti olub. Mətbəə 80-ci illərdə Qoşa Qala qapısı ağzındakı Duma meydanında yerləşirdi, Neruçev qəzetin həm naşiri və həm də redaktoru idi. Həftədə iki dəfə, bazar və cümə axşamı günləri rus dilində çıxırdı. 1890-cı illərdən sonra isə Bakıda mətbəələrin sayı artır. Məsələn, 1894-cü ildə Bakıda 10 mətbəə və bir Xromo-litoqrafiya vardı. Xromo-litoqrafiya indiki Səməd Vurğun küçəsindəki 2 nömrəli mətbəənin yerində yerləşirdi. Sahibi Q. İ. Demirov idi.
Davamı →

Mehmanxana və restoranlar

Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar şəhər həyatı gündən-günə yeni şəkil alırdı. Zəngin, aynalı mağazalarla yanaşı rahat mehmanxana və gur işıqlı restoranlar şəhərə xüsusi gözəllik, verirdi. Rusiyadan və Avropanın bir çox şəhərlərindən axışıb gələn qonaq və işgüzar adamları qəbul etmək və yerləşdirmək işində mehmanxanalar sanki yarışa girmişdilər. 1840-cı ildə Bakıda cəmi bir mehmanxana olduğu halda əsrin əvvəllərində onların sayı birə on qat artmışdı. Şəhərin ən gözəl mehmanxanaları hesab edilən «Metropol» və «Qrand Otel» mehmanxanalarının sahibi Lalayev idi.
Davamı →