Əsl xəzinə yaxşı kitabxanadır

Rus ədəbiyyatının qızıl əsri XIX əsrin əvvəllərinə təsadüf edir: Puşkin, Qoqol, Lermontov, Jukovski, Turqenev və əlbəttə ki, Belinski. Vissarion Belinski (1811-1848) cəmi bir uğursuz roman yazmışdı. Bununla belə bütün həyatını bohem çevrələrdə keçirmiş, sevilmişdi. O, icmalçı və ədəbiyyat jurnalının redaktoru idi.

Onun sərt tənqidi ilk növbədə kitablara olan hədsiz sevgisindən doğurdu. Belinski erudisiya və intellekti sayəsində tənqidçi çərçivələrindən çıxaraq özünün bir çox əsərləri ilə filosof kimi rəğbət qazanmışdı. Onun əsərləri sayəsində rus ədəbiyyatının qızıl dövrünü çox asanlıqla tədqiq etmək mümkündür.

Cəmi 37 il yaşasa da Vissarion Belinski rus ədəbiyyatına böyük bir ədəbi irs qoymuşdu.

Aforizmləri:
Fəaliyyətsizlik və tənbəllik ruh və bədənin gerçək donmasıdır.

Əsl xəzinə yaxşı kitabxanadır.

Yaşamaq-hiss etmək və düşünmək, əzab çəkmək və bundan xoşbəxt olmaqdır, hər cür başqa həyat ölümdür.
Ardı →