Əl-Biruni

Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin dünya elminə verdiyi əvəzsiz töhfələr sonralar istər dəqiq, istər coğrafi, istər astronomik elmlərin inkişafına yeni bir təkan verərək sivil elmi tərəqqiyə yol açdı.

Bir sözlə, təqribən on əsr bundan əvvəl yaşamış Biruninin elmdə qazandığı nailiyyətlər bu gün də öz dəyərini saxlamaqda davam etməkdədir. Bunu məşhur türk-islam aliminin-Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin elmin bütün sahələrini olduqca dəqiq bilməsi və hər elm sahəsində də insanları heyrətə salan elmi kəşflər etməsi də göstərir.

Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin səyahətləri də məhz elmin müxtəlif sahələrini daha dərindən öyrənmək istəməsi, elmi kəşflərin əsasını qoymaq, yeni nə isə tapmaq istəyi ilə bağlı olub. Məşhur alim müxtəlif bölgələrə uzun sürən səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Türküstanın (Orta Asiya) böyük hissəsini elmi baxımdan tədqiq etmiş və bu tədqiqatları əsasında yeni elmi nəticələrə gəlib. O, tədqiqatlarını öz əsərlərində olduqca yüksək səviyyədə elmi baxımdan araşdırmış, ortaya mükəmməl elmi əsərlər çıxarmışdı. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin böyük alim adını daşıması və dünyanı heyrətləndirməkdə davam etməsi də məhz bu amillə bağlıdır.
Davamı →

Əbu Reyhan Biruni

Onun tədqiqatları özündən 8 əsr sonra belə bu sahə üzrə məşğul olan alimləri heyrətə gətirib. Əslən türkdür. Adı Məhəmməd, soyadı ibn Əhməd əl-Biruni el Xarəzm, təxəllüsü Əbu Reyhandır. Eyni zamanda, o, Əl-ustad kimi anılıb və Biruni kimi də tanınıb. O, 973-cü ildə bugünkü İran sərhədləri daxilində qalan Kastada (Şah Abbasi-Vəli deyilən yerdə) anadan olub və 1049-cu ildə Qəznədə vəfat edib. Kiçik yaşlarında atasını itirərək yetim qalan Biruni istedadı, qabiliyyəti və tükənməz zəkası ilə diqqəti özünə cəlb edib.

Xarəzmşah xanədanından olan məşhur alim və riyaziyyatçı Əbu Mənsur ibn Əli ibn İraqın himayəsində böyüyərək ondan dərs alıb. Məhz onun sayəsində dövlət adamlarına və saray mühitinə uyğun bir şəkildə tərbiyə görüb. Saray mühitində böyüməsi və müxtəlif səbəblərlə əlaqədar bəzi məmləkətlərdə olması ilə bağlı| olaraq o, getdiyi yerlərin alimlərindən də elm öyrənib.


Ardı →