Braziliya haqqında maraqlı məlumatlar


Braziliyada heç kəs və heç vaxt vaxtında gəlmir, əgər siz axşam saat 6-da qonaqları dəvət etdinizsə, gözləyin ki, onlar 8-9dan tez olmayaraq yavaş-yavaş yığılmağa başlayacaqlar. Hətta televizorlarda xəbərlər və seriallar 10-15 dəqiqə gec başlanır.

Pulla nağd ödəmək qəbul edilmir, praktik olaraq hər şeydə və həmişə kredit kartlarından istifadə edirlər.

Əgər siz nəğd pulla hesablaşmağa qərar verdinizsə, ona hazır olun ki, dəqiq təslim etməni sizə burada verməyəcəklər.

San-Paulo sakini üçün qorxunc tıxaclar normal şeydir. Hər bir sakinə 11-milyonluq şəhərdə ən azı 3 maşın düşür.

Braziliyalılar Havaianasın (Xavayanas) rezin şap-şaplarında küçədə gəzməyi xoşlayırlar. Hətta bahalı restoranlarda və gecə klublarında da şap-şaplarda olan insanlarla qarşılaşmaq olar.
Ardı →

Test, Braziliya, Jurnal | Kəlməbaz

Test

KəlməbazLatın dilində  “testum” adətən gildən hazırlanan odadavamlı qaba deyilirdi. Qədim zamanlarda qızıl və gümüş indiki kimi qiymətli daşlar hesab olunurdular və onların xalisliyini yoxlamaq insanlar üçün çox vacib idi. Ticarət zamanı sikkələrin xalis daşlardan düzəldildiyini yoxlamaq üçün onlardan bir nümunəni “testum” adlanan qablarda əridir və ayrılan məhlulları ölçürdülər. Sonradan bu kəlmə “test” şəklini aldı və bütün növ qiymətləndirmələrə şamil olundu.

Braziliya

Portuqaliyalı  səyyah Pedru Kabral XVI əsrdə Braziliyanı kəşf edərkən oranı Həqiqi Xaç Torpağı (portuqalca Terra da Vera Cruz) adlandırmışdı. Sonradan bu ərazilər Müqəddəs Xaç Torpağı (port. Terra da Santa Cruz) kimi tanındı.


Ardı →