Brüs Uillis təcrübəsi

Bruce WillisMən balaca olanda, 40 yaşlı adamlar mənə qoca görünürdülər. Mən indi illərin yükünü hiss etmirəm, amma üzümdə qırışlar hiss edirəm. Çox gülmüşəm. Özümü ruhən 25 yaşında hiss edirəm. Amma içkini atmışam. Məncə, uşaqları olan adam içməməlidir. Mən öz uşaqlarımın xatirinə daha çox yaşamaq istəyirəm. Onlarla qaçmaq istəyirəm.

Uşaqlarımı böyüdərkən, əsas bir şeyi öyrəndim: İnsanın qaydaları olmalıdır. İnsan, günahkar olduğu halda məsuliyyətli olmalı və günahkar olduğunu etiraf etməlidir. Beləcə uşaqlar, sənin etiraf etdiyini biləcək və etiraf etməyi öyrənəcəklər. Məsələn, onlara deyirəm ki, insanları narahat etməyin. Açığı bu, qızlarım uşaq olarkən onlara ən çox verdiyim nəsihətdir.

Övladlarımı güldürürəm. Qəribə hərəkətlər edirəm və onlara saflığın gözəl olduğunu göstərirəm. Məncə uşaqları güldürmək lazımdır. Düşünəcək çox şey yoxdu. Əcaib-qəraib hərəkətlərlə başlaya bilərsiniz. Onları həqiqətən güldürəcək hər şey işinizə yarayacaq.

İlk dəfə ölümü düşündüyüm an ilk qızımın dünyaya gəldiyi andır.
Ardı →