Sent İştvan Universiteti bir neçə əsrlik tarixə malik olmaqla yanaşı müxtəlif ixtisaslar üzrə, özəlliklə də aqrar sahədə dünyada tanınmış ən nüfuzlu universitetlərdən biridir

2

Növbəti müsahibimiz hazırda Macarıstan dövlətinin təqaüd proqramı əsasında Sent İştvan Universitetində Menecment və Biznes İdarəetməsi üzrə doktoranturada təhsil alan Nicat Hüseynovdur. Gənc tədqiqatçımızla səmimi müsahibəmizi Sizə təqdim edirik.

 – Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

İlk növbədə, mənim təcrübəmi gənclərlə bölüşdüyünüzə görə dərin minnətdarlığımı bildirirəm. İstər bakalavr, istərsə də magistr təhsili alarkən bir sıra ölkələrin təshil sistemləri ilə maraqlanmışdım. Macarıstan ən çox diqqətimi cəlb edən ölkələrdən biri idi. Avropada yerləşməsinə baxmayaraq, bizim bir sıra oxşar cəhətlərimiz mövcuddur. Dünyada baş verən iqtisadi və sosial proseslər zəminində Macarıstanın qazandığı təcrübəni olduqca maraqlı hesab edirəm. Bu təcrübəni daha dərindən öyrənmək üçün ən münasib yol təhsildir.

 -İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?

Heç kəsə sirr deyildir ki, uzaq bir diyara gedərkən, tələbələr müəyyən məsələrlə bağlı tərəddüdlər yaşayır. Səfərin gedişatı, yerləşmə kimi digər texniki məqamlar insanı düşündürür. Ölkəni tərk etmədən öncə məndə məlumat var idi ki, təyin olunmuş vaxtda məni, hava limanında universitetin əməkdaşı qarşılayacaq. Sadəcə olaraq elə alındı ki, mənim uçuşum texniki səbəblərdən dolayı gecikməli oldu. Lakin, səhər radələrinə və uçuşun ləngiməyinə baxmayaraq həmin şəxsin hələ də gözləməsi məni çox sevindirdi. Yataqxanaya çatmaq və yerləşmək düşündüyümdən də asan və rahat oldu.

 – İxtisasınız haqqında qısa məlumat verə bilərsiniz? Doktorantura təhsili üçün Sent İştvan Universitetini seçməyinizin əsas səbəbləri nə idi?

Bakalavr və magistr təhsilini bitirdikdən sonra, elmi fəaliyyətimi davam etdirmək məqsədi ilə doktorantura pilləsi ilə maraqlanmağa başladım. Digər təhsil pillələri ilə müqayisədə dokotoranturaya qəbul almaq olduqca fərqli bir təcrübədir. Seçdiyiniz istiqamət üzrə elmi rəhbərin tapılması ən mühüm məqamlardan biridir. Mənim ixtisasım maliyyə olmasına baxmayaraq, makroiqtisadi miqyasda araşdırma aparmaq əsas məqsədlərimdən biri idi. Məhz bu minvalla, uzun sürən araşdırmalardan sonra mənim gələcək elmi fəaliyyətimlə birbaşa əlaqəli olan elmi rəhbəri tapa bildim. Onun 40 ildən çox təcrübəsi məni olduqca heyrətləndirdi. Məhz ona görə Sent İştvan Universitetini seçdim.

 – Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Azərbaycan və Macarıstanın malik olduğu təhsil sisteminin özünə məxsus oxşar və fərqli cəhətləri mövcuddur. Doktorantura pilləsi üzrə təshil daha çox fərdi münasibətlər üzərində qurulduğu üçün tələbə ilə elmi rəhbər arasındakı əməkdaşlıq ən önəmli məqamlardandır. Elmi rəhbərim daha öncə internet vasitəsi ilə müzakirələr aparmışdım. Lakin əyani olaraq onu gördükdən sonra, bir daha seçimimdə yanılmadığımın şahidi oldum.

 – Siz Macarıstan dövlətinin büdcəsindən maliyyələşən təqaüd proqramı ilə təhsil alırsınız? Bu təqaüd proqramını qazanmaq çətin olmadı ki?

Bəli. Bu təqüdə layiq görülən ilk azərbacanlı tələbləri sırasında mənim də olmağım, olduqca qürurvericidr. İstər Azərbaycan Respublikasının Təhsil Nazirliynin səmimi kollektivinin,  istərsə də xaricdə təhsillə bağlı gəncləri məlumatlandıran insanların səmərəli fəaliyyəti nəticəsində, bütün seçim mərhələlərini dəqiq izləyərək uğur əldə edə bildim.

 – Gödöllö şəhərində asudə vaxtı məşğuliyyətiniz nədən ibarətdir? O cümlədən Gödöllöyə gələn digər əcnəbi tələbələr öz asudə (boş) vaxtlarını necə keçirirlər?

Məlumat üçün bildirmək istərdim ki, Gödöllö şəhəri Budapeştin də daxil olduğu Peşt ərazi vahidinə daxildir. Bu o deməkdir ki, nəqliyyat vasitəsindən asılı olaraq 25-40 dəqiqə sərf etməklə Budapeşt şəhərinin mərkəzinə rahatlıqla çatmaq mümkündür. Gödöllö şəhəri təbiətin öz əsrarəngizliyi və sakitliyi ilə cəlb edir. Asudə vaxtın təşkili istiqamətində bir sıra idman qurğuları, əyləncə və ticarət mərkəzləri, mədəni-tarixi abidələrin rolu böyükdür. Yerləşdiyimiz yataqxanada əcnəbi tələbələrin bir yerdə cəmləşməsi, mədəniyyətlərarası əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Bu istiqamətdə həftə sonları mütamadi olaraq dəyirmi çay masası ətrafında səmimi müzakirələri xüsusilə qeyd etmək yerinə düşərdi.

 – Macarıstanı, Gödöllö şəhərini və universitetinizi hansı səbəblərə görə xoşlayırsınız?

Macarıstanın keçmiş olduğu tarixi və iqtisadi təcrübə məni ən çox cəlb edən cəhətlərdən biridir. Gödöllö şəhəri məni paytaxt Budapeştə yaxınlığı, sakit təbiəti və qonaqpərvər yerli insanları ilə cəlb edir. Sent İştvan Universiteti bir neçə əsrlik tarixə malik olmaqla yanaşı müxtəlif ixtisaslar üzrə, özəlliklə də aqrar sahədə dünyada tanınmış ən nüfuzlu universitetlərdən biridir.

 – Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Təbii ki, seçim etmək olduqca çətin və eyni zamanda məsuliyyətli bir addımdır. Bu qərar təhsil istiqamətindən, pilləsindən və tələbənin istəyindən birbaşa asılır. Müəyyən sahələr üzrə bir sıra ölkələr ixrtisaslaşmışdır. Həmçinin Macarıstanda çoxşaxəli ixtisas seçimi ən cəlbedici cəhətlərdən biridir. Doktorantura pilləsi üzrə təhsil alan tələbə kimi, bu pillədə təhsilini davam etdirmək niyyətində olan gənclərə tövsiyə etmək istərdim ki, universitetin nüfuzu və ixtisaslaşma ilə yanaşı əməkdaşlıq edəcəyi ən münasib elmi rəhbərin tapılmasına daha çox üstünlük versinlər. Çünki yalnız bununla daha uğurlu nəticələr əldə etmək olar. 

 – Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Bir daha diqqətinizə, dəyərli vaxtınıza görə təşəkkür edir və bütün gənclərin tezliklə məqsədlərinə nail olmalarını arzu edirəm.

463 1

 

Mənbə: telebe.az


Davamı →

Korvinus Universitetinin rəsmisi Doris Kestheyi: Azərbaycandan olan tələbələrimiz əsasən çox çalışqandırlar

1. Hörmətli Doris xanım, özünüzü oxuculara təqdim edin, zəhmət olmasa.

Mənim adım Doris Kestheyidir. Mən, Budapeştin Korvinus Universitetinin Biznes Administrasiyası fakültəsinin Beynəlxalq Təhsi Proqramları Ofisinin sədriyəm. Mən, ingilis dilində tədris olunan proqramları idarə edən ofisin gündəlik işinə cavabdeh olan şəxsəm.

2.Budapeştin Korvinus Universitetini 3-4 cümlə ilə necə təsvir edə bilərsiniz?

Budapeştin Korvinus Universiteti biznes administrasiyası, iqtisadiyyat, sosial elmlər və kənd təsərrüfatı elmləri sahəsində Macarıstanın ən qabaqcıl universitetlərindəndir. Altı fakültəsində 16000-dən çox təhsil alan tələbəsi və 500-dən çox tam ştatlı və 200-dən çox yarım ştatlı müəllimləri olan universitetimiz Mərkəzi və Şərqi Avropanın ən tanınmış ali təhsil müəssisələrindən biridir. Universitetin 2 kampusu var: Peşt (Közgaz) kampusunda Biznes administrasiyası, İqtisadiyyat, Sosial elmlər fakültələri, Buda Kampusunda isə Qida elmləri, Bağçılıq elmləri və Landşaft memarlığı fakültələri yerləşir. Universitetdə görülən işlərə həmçinin akademik və beynəlxalq tədqiqat layihələri də daxildir. Altı fakültəsi olan universitetimiz əcnəbilərə iqtisadiyyat, biznes, bağçılıq elmləri, landşaft memarlığı, qida elmləri və sosial elmlər üzrə bakalavr, magistratura və doktorantura təhsil proqramlarını təklif edir. Bütün tələbələrinin təxminən 12%-i əcnəbilər olan Korvinus Universiteti müxtəlif mədəniyyətlərdən gələnlər üçün ideal görüş nöqtəsidir. Beynəlxalq səviyyədə qəbul edilən  ali məktəbimiz bir çox beynəlxalq akkreditasiyalara sahibdir, ona görə də həm təhsil, həm də tədqiqat sahələrində yüksək qiymətləndirilir. Bununla yanaşı, Korvinus Universiteti çox sayda Macarıstan və digər ölkələrin biznes və siyası liderlərini yetişdirən ali məktəblərdən hesab olunur.

3.Digər Macarıstan və Avropa universitetləri ilə müqayisədə sizin universitetin üstün cəhətləri hansılardır?

• 90-cı illərin əvvələrindən ingilis dilli proqramların əsası qoyulub, elə o vaxtdan da Korvinusun diplomu bütün dünyadakı əmək bazarında qəbul edilir və qiymətləndirilir. Buna görə də Korvinus təkcə Macarıstanda deyil, Mərkəzi və Şərqi Avropada qabaqcıl biznes və iqtisadiyyat universitetidir;

• Məzunlarımız dünyada 85-dən çox fərqli ölkədə yaşayır və işləyirlər;

• Korvinusda təhsil alan tələbələr həqiqi beynəlxalq mühitdə təhsil alırlar, daimi tələbələrimizlə yanaşı hər il 50-yə yaxın fərqli ölkədən gələn 1000-ə yaxın əcnəbi tələbə Korvinusda bir semester ərzində ingilisdilli proqramlardakı digər tələbələrlə eyni dərslərdə iştirak edirlər;

• Təhsil proqramlarının müəllimləri öz sahələrində ölkə daxilində və beynəlxalq biznes dünyasında böyük təcrübəyə malik yüksək dərəcəli, tanınmış mütəxəssislərdir;

• Bir çox fərqli ölkələrədən olan müəllimlərlə beynəlxalq fokusa malik olmağımız;

• Müasir resurs və imkanlarımız;

• 40-dan çox fərqli ölkədə 300-dən çox ali təhsil müəssisələrində ölkədən kənar bir və ya iki semestrlik təhsil imkanları (mübadilə proqramları);

• Təhsil aldıqları zamanı yarana biləcək hər hansı problemləri həll etmək üçün tələbələrə yardım edən professional idarəçilik komandamız;

• Məzunlar təhsillərini davam etdirmək üçün magistratura və ya doktorantura dərəcəsini seçə və ya qiymətli işçilər kimi əmək bazarına girə bilərlər.

4. Sizin universitet əcnəbi tələbələrə hansı proqramları təklif edir və tədris dili hansıdır?

Korvinus Universiteti macar dilində bir sıra bakalavr, magistratura və doktorantura pillələrində proqramlar təklif edir. Bundan başqa Korvinusda təhsil almaq istəyən əcnəbi tələbələr üçün bir çox sayda ingilis dilli proqramlar da təklif olunur və bütün dərslərdə işçi dilimiz ingilis dilidir.

Bakalavr pilləsində təklif olununan ingilis dili proqramlar aşağıdakılardır:

Biznes Administrasiyası Fakültəsi:

Biznes və İdarəçilik (EPAS/EFMD tərəfindən beynəlxalq akkreditasiya alınıb)

Beynəlxalq Biznes

İqdisadiyyat Fakültəsi:

Tədbiqi İqtisadiyyat

Sosial Elmlər Fakültəsi:

Kommunikasiya və Media Elmləri

Beynəlxalq əlaqələr

Sosiologiya

Çoxsaylı magistratura və doktorantura pillələri üçün təklif edilən İngilis dilli proqramlarla maraqlananlar bu saytdan baxa bilərlər: az.study-hungary.com/universitetler/corvinus-university

5. Yuxarıda qeyd etdiyiniz proqramlara müraciət etmək istəyən tələbələr üçün Hazırlıq Proqramları varmı?

Bəli, iki hazırlıq proqramımız var. Bir proqram Biznes Administrasiyası və İqtisadiyyat fakültələri üçün tələbələrin hazırlığında ixtisaslaşıb, digəri isə Sosial Elmlər fakültəsinin ingilis dilli bakalavr proqramı üçün müraciət edənləri hazırlayır. Hər ikisində ingilis dili və riyaziyyat tədris olunur, bununla belə bu proqramların fokusları fərqlidir və ərizəçinin hansı proqrama müraciət etmək istəyindən asılıdır.

6. Bizə Universitetin kampusu haqqında məlumat verə bilərsinizmi?

Korvinusun iki kampusu var. Biri, şəhərin Buda hissəsindədir (keçmiş Bağçılıq Universitetinin fakültələridir), digəri isə Peşt hissəsində (şəhərin mərkəzindən cəmi bir neçə dəqiqəlik məsafədə) yerləşir (Biznes Administrasiyası, İqtisadiyyat  və Sosial Elmlər Fakültələri buradadır). Peşt Kampusunun bir-birinə yaxın 3 binası var və orada Universitetin bütün obyektləri yerləşir (mühazirə zalları, seminar otaqları, IT mərkəz, kompüter otaqları, kitabxana və s.).

7. Tələbələrinizin təhsil haqqları, yataqxana qiyməti və digər yaşayış xərcləri necədir?

Dərəcə proqramlarının qiymətləri tədris edilən təhsil proqramından asılı olaraq hər semestri 2000 avrodan 3000 avroyadəkdir (bakalavrda proqramlar 6 və ya 7 semestri davam edir). Yerləşmə (qalmaq) xərcləri yerindən və şəraitindən asılı olaraq bir nəfər üçün hər ay 300 avrodan 450 avroyadəkdir. Kifayət qədər aşağı qiymətə yataqxana otaqları əcnəbi tələbələr üçün təşkil edilsə də, onların sayı məhduddur və tələbələr çox vaxt öz yoldaşları ilə universitetin yaxınlığında mənzillər kirayə götürürlər. Yaşayış xərcləri insanın ehtiyacları və tələblərinə əsasən təxminən hər ay 300 avro təşkil edir.

8. Potensial tələbələr üçün hər hansı təqaüd və ya endirimləriniz varmı?

Bəzi ölkələrdən olan tələbələr Korvinusdakı təhsil illəri zamanı “Stipendium Hungaricum” Təqaüdünə müraciət edə bilərlər. Əlavə olaraq, illik təhsil haqlarının ödənilməsində Korvinus Universiteti “Korvinus Kompensasiya Proqramını” təklif edir. Bu proqram çərçivəsində müəyyən akademik dərəcə ortalamasına nail olan tələbələrin ödəniş haqlarının bir hissəsinə endirim edilir. Edilən endirim nail olunan akademik ortalamadan asılıdır.

9. Yeni tələbələri cəlb etmək üçün Korvinus Universitetinin və onun hazırlıq məktəbinin hal-hazırki və yeni məqsəd qoyduğu ölkələr hansılardır?

Hal-hazırda əsasən tələbələrimiz Mərkəzi və Şərqi Avropa, Şərqi və Orta Asiya regionlarındandır, bununla belə Avropa İttifaqından, həmçinin, Amerika qitəsi ölkələrindən də proqramlarımızda təhsil alan kifayət qədər saytda əcnəbi tələbələr də var. İngilisdilli proqramlarımızın məqsədi tələbə heyətimizi bacardıqca daha beynəlxalq və çoxsəpkili etməkdir.

10. Sizin Azərbaycandan da tələbələriniz var. Bizim gənclik haqqında təəsüratınız necədir?

Digər ölkələrdən gəlmiş tələbələrimiz kimi Azərbaycandan olan tələbələr də əsasən çox çalışqandırlar. Onlar təhsillərinə ciddi yanaşsalar, uğurlu beynəlxalq karyeraya sahib ola bilərlər.

11. Azərbaycanda nümayəndəliyiniz və ya qəbul vasitəçiniz varmı?

Bəli, Azərbaycandakı bizim tərəfdaşımız “Study in Hungary” xidmətidir (www.study-hungary.com).

Mənbə: dailynewshungary.com/doris-keszthelyi-english-programs-of-corvinus-university-of-budapest-aim-to-make-their-student-body-as-international-as-possible/

 

 


Davamı →

Macarıstan hökuməti Azərbaycan vətəndaşlarına təhsil təqaüdləri ayırır

celal-bayar-telebe1-840x420  Macarıstan hökuməti bu ildən etibarən Azərbaycandan olan 200 tələbənin Macarıstanın dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb.
Təqaüdlər aşağıdakı xərcləri qarşılayacaq:
– təhsil haqqı;
– əsas kitablar və tədris materialları;
– yataqxanada qalmaq haqqı və ya 30 000 macar forinti (təxminən 115 AZN) kirayə haqqının qarşılanması üçün yardım;
– tibbi sığorta xərcləri;
– aylıq təqaüd: bakalavr və magistratura tələbələri üçün 40 460 macar forinti (təxminən 155 AZN), doktorantura tələbələri üçün 100 000 macar forinti (təxminən 385 AZN).
Təqaüdlər aşağıdakı dərəcə proqramlarını əhatə edir: — bakalavr (adətən 3 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment. — magistratura (adətən 2 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment. — doktorantura (adətən 3 il): müxtəlif.
Bu proqrama müraciət edərkən ali məktəb və ixtisas seçimində, sənədlərin standartlara uyğun hazırlanmasında konsultasiyaya ehtiyacınız varsa, [email protected] ünvanına yazmaqdan çəkinməyin. Unutmayın ki, bizim Macarıstan ali məktəblərinə tələbə qəbulunda 3 ildən çox təcrübəmiz var.Təqaüdə müraciət etmək sənədləri 28 aprel tarixinə kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək lazımdır. Bu barədə artıq Təhsil Nazirliyinin saytındakı yerləşdirilmiş elanı bu keçiddən oxuya bilərsiniz. Sənəd qəbulu proseduru ilə maraqlananlarbu faylda şərtlərlə tanış ola bilərlər. Təhsil Nazirliyi həmçinin tez-tez verilən suallara cavabları da burada yerləşdirib.     Istinad: telebe.az
Davamı →

Macarıstanda Təhsil Almağın Üstünlükləri

Teens at library

Macarıstan haqqında…

2004-cü ildə Avropa Birliyinə tam üzv olan Macarıstan, orta Avropada olan bir ölkədir. Əhalisi təxminən 10 milyon olan Macarıstan, Avstriya, Slovakiya, Ukrayna, Rumıniya, Serbiya, Xorvatiya və Sloveniya ilə qonşudur. Macarıstanın paytaxtı Budapeşt, Avropanın ən populyar turistik şəhərlərindən biridir. Təhsil keyfiyyəti çox yüksək olan Macarıstan, bütün Avropadan tələbələr seçdiyi ölkələrdən biridir. Macarıstan günümüzə qədər 13 elm adamı, ədəbiyyatçı və sənətçisi Nobel mükafatı qazanmışdır. Tələbələr üçün ən populyar şəhərlər olan Budapeşt və Debrecen, həm nəqliyyat asanlığı həm də, həyat keyfiyyəti və mədəni imkanlar baxımından bir çox üstünlüklərə malikdir. Macarıstanda universitet təhsili almaq olduqca asandır. Universitet imtahanına gərək qalmadan, Macaristanın ən prestijli universitetlərində Tibb, Əczaçılıq, Müdəndislik, Müəssisə və daha bir çox sahədə lisenziya və magistr təhsili almaq mümkündür. Üstəlik təhsil dili İngilis dilidir.

Macarıstanda təhsil almağın üstünlüyü

Macarıstan ən çox ideallarına sahib çıxmaq və bir neçə saatlıq ÖSS imtahanının nəticəsinə görə deyil, öz potensial və hədəflərinə görə bir təhsil və karyera yaradan mükəmməl bir həlldir. Tibb oxumaq istəyən bir namizəd, kafi bal ala bilmədiyi üçün istəməyərək biologiya müəllimliyi oxumaq, mühəndis olmaq istəyən bir namizəd müəssisə oxumaq məcburiyyətində qalmamalıdır.

Təhsil dili İngilis dilidir

Macarıstanda İngilis dilində təhsil ala bilərsiniz. Bu sayədə həm etibarlı bir diploma həm də anadili səviyyəsində İngiliscəyə sahib olarsınız. Macarıstan, Avropanın bir çox ölkəsindən şagirdlərə təhsil imkanı ilə təmin edir. Çox millətli bir mühitdə yaşayacaq, davamlı İngilis dilində danışacaqsınız.

Şengen vizaları ilə Bütün Avropada sərbəst dövran

Sahib olduğunuz Şengen vizası sayəsində, təhsilinin boyunca bütün Avropa ölkələrinə rahatlıqla səyahət edə biləcək, Avropa vətəndaşı kimi yaşayacaqsınız.

İqtisadi Təhsil və Yaşayış Xərcləri

Macarıstanda təhsil almanın xərci, ölkəmizdən aşağıdır. Yuxarıda bəhs edilən üstünlüklər də nəzərə alsaq, əlbəttə ki, çox daha məntiqli və üstünlüklü bir variantdır.

Təhsil Sistemi və Qəbul şərtləri

Xarici tələbələr standart olaraq ilk mərhələdə Universitet Hazırlıq Proqramına (International Foundation Year) qəbul edilərlər. Tibb və digər elmlər  olmaq üzrə 2 fərqli universitet hazırlıq proqramı həyata keçirilir. Universitet hazırlıq proqramında şagirdlərə İngilis dərslərinin yanında, girəcək olduqları hissədə ehtiyacları olacaq yazılı və şifahi dərslər də verilir. Hazırlıq proqramını müvəffəqiyyətlə tamamlayan şagird, təhsil almaq istədiyi hissəyə qəbul edilir.

Macarıstan təhsil sistemində, hazırlıq sinifindəki tələbələr ən başdan qəti qərar verib bir bölüm seçmələrinə ehtiyac yoxdur. Hazırlıq proqramları müəyyən elm budaqlarına ayrılmışdır. (Pre-medicine, Pre-Engineering, Pre-Business və s.) Sözgəlişi, ictimai elmlər, mühəndislik elmlər ya da Tibb kimi. Mühəndislik elmləri üzərinə hazırlıq ilini tamamlayan bir şagird, bu mərhələdən sonra istəsə kompüter mühəndisliyi, kimya mühəndisliyi, elektrik mühəndisliyi kimi ixtisasları seçə bilərlər. Oxşar seçki ictimai və tibb hazırlıq hissələri üçün də etibarlıdır.

Tibb hissəsi üçün edilən müsahibədə tələbələr İngilis səviyyələrinin yanında, biologiya, fizika və kimya dərslərindəki məlumatı nəzarət edilir. Foundation proqramlarına qəbuledilmək üçün İngilis dili məlumatının ən az orta səviyyədə (Intermediate) səviyyədə olması lazımdır. İmtahanda müvəffəqiyyətli olan tələbələr, hazırlıq sinifinə qəbul edilir. Həm İngiliscəsi həm də elm dərsləri çox yaxşı dərəcədə olan tələbələr, istəsələr sentyabr ayında universitetdə təşkil edilən azad imtahanda iştirak edə bilərlər. Azad imtahanından keçə bilən şagirdlər, hazırlıq ili oxumağa ehtiyac qalmadan başlaya bilərlər.

İngiliscəsi Foundation proqramına qatılacaq qədər yaxşı olmayan tələbələrə, sıxlaşdırılmış İngilis proqramına qatılaraq, Foundation təhsili əvvəlində İngilis dili öyrənirlər. Sıx İngilis təhsili ehtiva edən bu proqram sonunda tələbələr, Foundation təhsili ala bilmək üçün ehtiyacları olan İngilicə səviyyəsinə çatırlar və əlaqədar sahədə universitet hazırlıq (foundation) təhsilinə alınırlar və bu təhsil sonunda hissələrinə başlaya bilirlər.
Macarıstanda bakalavr təhsili 3 il (bəzi mühəndislik hissələrində 3.5 il), Master təhsili isə 2 il davam edər. Tibb təhsili 6 il, Diş Həkimliyi və Əczaçılıq isə 5 ildir.

Macarıstanda Həyat və Sosial xərclər

Macarıstan Avropada Universitet təhsili almaq üçün ən iqtisadi ölkələrdən biridir. Tələbə qalmaq üçün müxtəlif variantları vardır. İstəyən tələbələrə yurdlardan ya da kirayəlik evlərdə yaşaya bilərlər. Ümumiyyətlə bir şagirdin aylıq yerləşmə xərci 150-200 Avro ətrafındadır. Nəqliyyat, qidalanma, ictimai xərclər və s. xərclər üçün ümumiyyətlə aylıq 300 – 400 Avro kifayət edir. Ümumi olaraq bir şagirdin aylıq xərclərinin 500-600 avro ətrafında olduğunu demək olar.

 

Mənbə: www.xaricde.com


Davamı →

Macarıstanda təhsil xərcləri necədir?

telebe

Macarıstan universitetləri təqdim etdikləri üst səviyyə təhsil və prestijli diploma baxmayaraq, xüsusilə vəqf universitetlərinə müqayisəsi daha çox iqtisadi təhsil imkanı təqdim etməkdədir. Macarıstanda universitet təhsili almaq vəqf universitetləri və Kipr universitetlərinə getmənin ən məntiqli alternatividir.

Təhsil xərcləri

Macarıstanda ictimai elmlər və ya mühəndislik elmləri üzərinə ixtisaslarda oxumaq istəsəniz illik universitet ödənişləri 3500 Avro ətrafındadır. Tibb, diş həkimliyi və əczaçılıq hissələrində isə illik universitet ödənişləri 9500 Avro ətrafındadır. Bu ödənişlər həm vəqf universitetləri həm də digər bir çox xaricdə təhsil variantlarıyla müqayisədə çox sərfəlidir.

Yerləşdirmə xərcləri

Bəzi universitetlər yurd variantı təqdim etsə də Macarıstanda təhsil alan tələbələr ümumiyyətlə birinci seçimi iqtisadi və daha komfortlu olması səbəbiylə ev kiralamaqdadır. Şagirdlərə xüsusi icarəyə 2 və ya 3 nəfərlik evlərdə adam başı aylıq kirayə xərcləri ortalama 150-200 avro ətrafında olmaqdadır.

Həyat xərcləri və cib xərcliyi

Macarıstan iqtisadi həyat xərcləri ilə universitet tələbələri üçün olduqca üstünlüklü bir ölkədir. Xarici bir şagirdin aylıq yemək, nəqliyyat, cibxərcliyi və ictimai ehtiyacları üçün xərcləyəcəyi miqdar 350-400 Avro ətrafındadır.

Azərbaycanda təhsil almanın da bir xərci olduğunu unutmayın!

Bir çox şagird və valdeyin, xərc hesablaması edərkən xarici seçimləri əlavə xərc kimi qəbul edir. Halbuki Azərbaycanda oxumaqda olan tələbələr də olduqları şəhər və ictimai mühitə görə dəyişən xərcləri var, və xüsusilə böyük şəhərlərdə oxuyan tələbələrdə bu xərclər xarici xərclərinin yüksək olması danılmazdır.

 

Mənbə: telebe.az


Davamı →

International Business School-un rektoru Laslo Lanq ilə müsahibə

10622812_552916761507071_6772187844038718552_n

Bir çox əcnəbilər yüksək keyfiyyətli təhsilə görə Macarıstanda yaşamağa və təhsil almağa gəlir, Biz Budapeştdəki Beynəlxalq Biznes Məktəbinin (International Business School və ya IBS) rektoru Dr. Laslo Lanqdan onların təhsil metodu haqqında, eləcə də biznes üzrə beynəlxalq və tanınmış diplom almaq arzusunda olan xarici tələbələr tərəfindən bu ali məktəbin daha çox seçilməsi tendensiyasının səbəbləri haqqında müsahibə aldıq.


DailyNewsHungary: Beynəlxalq Biznes Məktəbinin (IBS) rektoru kimi ən son professional nailiyyətləriniz haqqında danışa bilərsinizmi?


Dr. Laslo Lanq: Hər şeydən əvvəl, mən hesab edirəm ki, hələ də fəaliyyətimizi qoruyub saxlaya bilməyimiz ən böyük uğurdur. Bir özəl universitet olaraq, hələ də tələbələrimiz üçün əla təhsil təmin edə bilirik. Bütün özəl universitetlər kimi biz də bu “bazar”da bizim ali məktəbi qoruyub saxlamalıyıq. Biz heç bir dövlət dəstəyi və yardımı almırıq, yalnız ilbəil tələbələrimizdən təhsil haqqı alırıq. Xoşbəxtlikdən, biz kampus və universitetimizi də inkişaf etdirə bilirik. Elə bunun özü bütövlükdə böyük bir uğurdur. Üstəlik, mən yalnız təhsil haqlarının köməyi ilə ayaqda qala və inkişaf edə bilən hər hansı bir digər Avropa ali məktəbi tanımıram.


Ardı →

Bu Macar kollecində NASA-nın kosmik gəmilərin yaradılması və materialların sınaqdan keçirilməsi üçün laboratoriya var

picture 3

Macarıstanın Dunauyvaroş Kollecinin NASA və ESA ilə birgə işləyən kosmik gəmilərin yaradılması və  materialların sınaqdan keçirilməsi üçün laboratoriyası var

1.Özünüzü oxucularımıza təqdim edin.

Salam, Macarıstanın Dunauyvaroş Kollecinə (College of  Dunaújváros) xoş gəlmisiniz! Mənim adım Katalin Gyöngyöşidir və mən bizim universitetin Beynəlxalq Münasibətlər Ofisinin rəhbəriyəm. Mənim işimdə prioritet xarici tələbələrimizə burada – Dunauyvaroş (Dunaújváros) şəhərində öz real evlərindən uzaq olsa da, özlərini evlərindəki kimi hiss etməyə kömək etməkdir. Mən və həmkarlarım daimi olaraq, bizim beynəlxalq tələbələrin rifahı üçün onların təhsil proqramları, mədəni inteqrasiya və ya gündəlik problemləri üzərində  işləyirik.


Ardı →

Macarıstanın ən böyük kampusa malik dövlət universitetinin proqram direktoru ilə müsahibə

2_Kassai camp Zöld hullá m3

Macarıstanın ən böyük kampusa malik dövlət universitetinin proqram direktoru ilə müsahibə 

1. Zəhmət olmasa, özünüzü bizim oxuculara təqdim edin.

Mən, Laslo Kozma (László Kozma), Macarıstanın Debreçen Universitetində (ingiliscə “University of Debrecen”, macarca “Debreceni Egyetem”) qeyri-tibb ixtisasları üzrə Proqram Direktoruyam. Əsas vəzifəm bu proqramları əcnəbi tələbələr arasında təbliğ etməkdir, ona görə də təhsil sərgilərində tez-tez iştirak edirəm. Bundan əlavə mən müntəzəm olaraq qəbul imtahanları keçirmək və istedadlı tələbələrlə görüşmək üçün xaricə səfərlər edirəm. Həmçinin, ali məktəbə qəbul prosesində əhəmiyyətli rolum var. 


Ardı →

Getdikcə daha çox azərbaycanlı tələbənin BKF-də təhsili seçdiyi üçün məmnunluq hissi duyuruq

dobak_zoltan

Xahiş edirik özünüzü oxuculara təqdim edin.

Mən, Zoltan Dobak, BKF Tətbiqi Elmlər Universitetində Beynəlxalq Təlim Mərkəzinin rəhbəriyəm. BKF Universitetində təhsil ilə maraqlanan hər kəsi yüksək keyfiyyətli yardımla təmin etmək üçün burada çalışıram.

Qısa olaraq BKF Universitetini necə təsvir edə bilərsiniz?

BKF Tətbiqi Elmlər Universiteti daim artan beynəlxalq icması ilə Mərkəzi Avropada ən iri özəl universitetlərindən biridir. Bizim təklif etdiyimiz Avropa Birliyinin mərkəzində real qiymətlərə professional bilik və münasib yaşayış xərcləridir. Tələbələr BKF-də geniş çeşidli bakalavr və magistr proqramları tapa bilərlər. Məsələn, Turizm və iaşə, Kommunikasiya və media, Biznesin idarə olunması, Fotoqrafiya, Qrafik dizayn, Televiziya yaradıcılığı və digər bir çox maraqlı ixtisaslar.


Ardı →

Macarıstanın dövlət proqramı

                     Macarıstan hökuməti bu ildən etibarən Azərbaycandan olan 200 tələbənin Macarıstanın dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb.
Təqaüdlər aşağıdakı xərcləri qarşılayacaq: 
— təhsil haqqı;
— əsas kitablar və tədris materialları; 
— yataqxanada qalmaq haqqı və ya 30 000 macar forinti (təxminən 115 AZN) kirayə haqqının qarşılanması üçün yardım;
— tibbi sığorta xərcləri;
— aylıq təqaüd: bakalavr və magistratura tələbələri üçün 40 460 macar forinti (təxminən 155 AZN), doktorantura tələbələri üçün 100 000 macar forinti (təxminən 385 AZN).

Təqaüdlər aşağıdakı dərəcə proqramlarını əhatə edir: — bakalavr (adətən 3 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment. — magistratura (adətən 2 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment. — doktorantura (adətən 3 il): müxtəlif.

Bu proqrama müraciət edərkən ali məktəb və ixtisas seçimində, sənədlərin standartlara uyğun hazırlanmasında konsultasiyaya ehtiyacınız varsa, [email protected] ünvanına yazmaqdan çəkinməyin. Unutmayın ki, bizim Macarıstan ali məktəblərinə tələbə qəbulunda 3 ildən çox təcrübəmiz var. Təqaüdə müraciət etmək sənədləri 28 aprel tarixinə kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək lazımdır. Bu barədə artıq Təhsil Nazirliyinin saytındakı yerləşdirilmiş elanı bu keçiddən oxuya bilərsiniz. Sənəd qəbulu proseduru ilə maraqlananlar bu faylda şərtlərlə tanış ola bilərlər. Təhsil Nazirliyi həmçinin tez-tez verilən suallara cavabları da buradayerləşdirib.
Davamı →