Həyatınızı nizama salan 3 Daosizm fəlsəfəsi

Şərq fəlsəfəsinin mahiyyəti ondan ibarətdir ki, həyat üzərində nəzarətin sirri hərəkət deyildir. Əlbəttə ki, bu, qərb sizilizasiyasının “Əziyyətli iş həmişə mükafatlandırılmış olmalıdır” və “Sonsuz uğur arayışları” kimi açar konsepsiyasına uyğun gəlməyə bilər. Amma qədim Çin fəlsəfəsində hərəkətsizlik daosizmin əsas sütunlarından biridir. Buna U-vey və ya hərəkətsiz fəaliyyət deyilir.

Sözdə «hərəkətsizlik» adlandırılan bu yol əslində hərəkətə keçmək üçün güclü bir təkan verir. Və o, 3 mərhələdən ibarətdir: Güvən, qiymətləndirmə və yaşam.
Davamı →

Daosizm paradoksu

İnsanlar bəzi şeyləri gözəl görəndə digər şeylər eybəcər olurlar.

İnsanlar bəzi şeyləri yaxşı görəndə digər şeylər pis olurlar.

Mövcudluq və yoxluq bir birini doğurur.

Çətinlik və asanlıq bir-birini dəstəkləyir.

Uzun və qısa bir-birini təyin edir.

Səs və ton ahəngdə birləşir.

Əvvəl və sona bir birini təqib edir.

Bu səbəbdən də müdrik heç nə eləmədən iş görür, heç nə demədən öyrədir.

Davamı →

Qadınlıqdan güc alan fəlsəfə - Daosizm

Lao Tzının fəlsəfəsini özümçün axıra saxlamışam həmişə. Bu fəlsəfəyə girişmək üçün hazır olmadığımı düşünmüşəm. Və bu kiçik essedə «Dao De Çinq»in tərcüməsi üzərində işlərkən diqqətimi cəlb etmiş bəzi məqamlar üzərində gəzişəcəm yalnız. Daha artığına iddiam yoxdur. Daosizimin özəl taleyi vardır.

Məsələ ondadır ki, Şərqin Konfutsi, Budda, İsa, Məhəmməd kimi mistik filosoflarından fərqli olaraq Lao Tzı dünya fəlsəfəsinə və dolayısı ilə də bəşər mədəniyyətinə birbaşa böyük təsir göstərə bilmədi. Lokal hadisə, fenomen çərçivələrindən kənara çıxmadı. Hərçənd ayrıca bir fəlsəfi sistem, həyat tərzi, yəni din olaraq həyata vəsiqə aldı.
Davamı →

Taosizm

Taoizm, yaxud Daoizm eradan əvvəl 517-ci ildə dünyadan köçmüş filosof Laotseyə mənsubdur. Onun həqiqətən mövcud oması, ya- xud tam əfsanəvi şəxs olması sahəsində alimlər arasında ciddi fikir ayrılıqları mövcuddur. Dini adət-ənənə və tarix nöqteyi nəzərindən o eradan əvvəl 604-cü ildə Çində dünyaya gəlmişdir və ömrünün bir hissəsini şahın sarayında sənədlərin saxlanıldığı yerin, dövlət arxivi- nin başçısı vəzifəsində çalışmışdır. Bir müddət bu vəzifədə çalışdıq- dan sonra işindən istefa vermişdir və ruhi paklığını kamilləşdirmək üçün bu işlərini, hətta təhsilini belə dayandırmışdır və evdə xəlvətə çəkilmişdir. İnsanlar onun barəsində maraqlanmağa başladılar və onun düşüncələri ilə tanış olmaq üçün görüşünə tələsdilər. Qeyd etmək lazımdır ki, Konfutsi də onun görüşünə getmişdir.
Davamı →