Dori Lessinqdən yazarlıq dərsləri
Yazmalısınız, ən əsası özünüz üçün etməlisiniz bunu. Başqalarını zərrə qədər də vecinizə almayın. Yazmaq yaşam tərzi deyil, yazının mühüm bir hissəsi yaşamaqdır. Elə yazmalısınız ki, ondan yazı doğulsun.
Sevgiyə ehtiyacınız olanda yoxmuş kimi davranmaq, ya da daha yaxşısını edə biləcəyinizi bildiyiniz halda işinizi sevmək. Bu, qorxuncdur.
Şübhəsiz ki, uydurmaq reallıqları yazmaqdan daha uğurlu nəticəyə gətirib çıxarar.
Eləməli olduğumu mənə kitab, hekayə diktə edər. Onu necə yazacağımı hekayə özü müəyyənləşdirir.
Uşaq saxlayanda çox çətinliklə yazırdım. Sonra alışdım. Sonra axıcılığı hiss etdim özümdə. Hər ifadənin üstündə tər töksəm, yaxşı yaza bilmərəm.
Sizdən fərqli birinin dilindən yazarkən, özünüz haqda kəşf etdikləriniz inanılmazdır.
Ardı →