Heminquey - Amerika ədəbiyyatının təkrarsız dühası

Ernest HeminqueyDüşündürücü, insanın həyat amallarını, duyğularını ifadə edən yaradıcılıq nümunələri zaman və məkan hüdudlarına sığmır. Bəzən min illər öncədən çağımıza səslənən fikirləri rahatlıqla qəbul edir, daha doğrusu, ona ehtiyac duyuruq. Elə də olur ki, okeanın o tayından, min kilometrlərlə uzaqda yaranmış bir hekayənin, bir rəsm əsərinin sorağını alıb oxumağa, tamaşa etməyə can atırıq...

Bu yazımızın 120 yaşlı qəhrəmanı – ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954) Ernest Heminquey də bir əsrə yaxındır uzaq Amerikadan bənzərsiz bədii yaradıcılığı ilə bəşəriyyətə söz, sənət zövqü yaşadır. O, qələmə aldığı nəsr əsərlərilə yanaşı, macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır.
Davamı →

Yazıçı işi | Ernest Heminquey

  • Esse
Mənə elə gəlir ki, lap birinci romanımı qələmə alandan dərhal sonra bundan sonrakı taleyimin necə olacağını anlamağa başlamışdım. Heç vaxt, hətta bir dəqiqə belə yeni eranın pioneri olduğuma şübhəm qalmamışdı. Başa düşürdüm ki, atacağım hər bir addımım bundan belə böyük maraqla izləniləcək. Ona görə də özümün bütün əməllərim, düşüncələrim barədə övladlarıma, nəvə-nəticələrimə doğru-düzgün hesabat verməyi qərara aldım.

Mənim axtardığım şeylər hadisələrin üst qatında yerləşməyən və zaman dolandıqca keçiləsi mümkün olmayanlardır. Amma mənim məqsədim, məramım insan həyatını, insan taleyini şişirtmədən, necə varsa, o cür də göstərməkdən ibarətdir. Özümü böyük mütəfəkkirlərə bənzətməməklə, bəşəriyyətə sensasiyalı hər hansı bir məlumat çatdırmaq fikrindən daim uzaq olmuşam. Bununla belə, mən həyatı son dərəcə yaxşı tanıyır və min cür müxtəlif nöqtələrdən onu göstərirəm.
Davamı →

Yazıçı və müharibə | Ernest Heminquey

Yazıçının vəzifəsi dəyişilməzdir. Zaman ötdükcə yazıçı özü dəyişilsə də, onun vəzifəsi dəyişilməz qalır. Bu vəzifə doğru-düzgün yazmaqdan, heç vaxt həqiqəti inkar etməməkdən, həyat təcrübəsinə istinad edərək hadisələri reallıqlarla sərgiləməkdən və beləcə oxucu qəlbinə yol tapmaqdan ibarətdir.
 
Bundan çətin və mürəkkəb heç nə yoxdur. Mükafat, uğur və nailiyyət gec və ya tez gəlməsindən asılı olmayaraq yazıçını onun yolunu gözləməyə məcbur edir. Tez gələn mükafat isə çox hallarda yazıçının məhvinə səbəb olur. Əgər o özünü uzun müddət gözləməyə təhrik edirsə, nəticə etibarı ilə yazıçı narahat bir ömür yaşamağa məhkum edilir. Bəzi hallarda isə mükafat yazıçının ölümündən sonra gəlib yetişir. Bundan isə mərhum ədib üçün heç bir fayda olmur. Elə məhz buna görə də həqiqi, uzun ömürlü əsərlər yazıb ərsəyə gətirmək çox çətin işdir. Əsl yaxşı yazıçı əvvəl-axır öz layiqli qiymətini almaqla ədəbiyyat aləmində tanınacaq. Romantiklər isə bu qənaətdədirlər ki, dünyada “naməlum sənətkarlar” var.
Davamı →

Düşünən hər insan ateistdir | Ernest Heminquey

Bu dünyada bir həmdərdiniz olmalıdır, yoxsa məhv olarsınız.

İnsan məğlub olmaq üçün yaradılmayıb.

Uduzduqdan sonra hər şey daha asan olur.

Harda olursan ol, öz iç dünyana sığınmalısan.

İki insan bir-birini sevirsə deməli xoşbəxt sonluq yox deməkdir.

Bütün həyatım boyunca sözlərə onları ilk dəfə görürmüş kimi maraqla baxdım.

Cəsarət təhlükənin üstünə getmək deyil, onunla mülayim rəftar etməkdir.
Davamı →

Qorxaqlıq sevgisizlikdən doğur

“Dünyadakı insanların hamısı iki qismə bölünür. Birincilərlə yaşamaq asandır, elə onlarsız da yaşamaq asandır. İkincilərlə çox qəlizdir yaşamaq, amma onlarsız yaşamaq heç mümkün deyil”.

“Sözün əslinə qalanda yazmaqda qeyri-adi heç nə yoxdur. Oturursan yazı makinasının arxasına və başlayırsan qan-tər tökməyə”.

“Həm də xoşbəxt olan ağıllı adamlarla çox az rastlaşdım”.

“Nə qədər qaçılmaz və ədalətli olsa da hər müharibə həmişə cinayətdir”.

“Sevmədiyiniz insanlarla heç vaxt səyahətə çıxmayın”.

“İnsanların çoxu heç vaxt bir-birini dinləmir”.

“İçirəm ki, yan-yörəmdəki insanlar daha maraqlı görünsünlər”.

“Keçmiş günlərdə vətən uğrunda ölməyin şirin dadından və gözəlliyindən tez-tez yazardılar. Amma indiki müharibələrdə şirin və gözəl heç nə qalmayıb. Heç bir səbəb olmadan it kimi gəbərirsən”.


Ardı →

Heminqueyin iş rejimi və gənc yazarlara tövsiyələr

Bir kitab, ya da hekayə üstündə işləyərkən hər sabah ətraf işıqlanmağa başlayan kimi yazmağa başlayıram.

Əgər yazmaq istəyirsinizsə heç kəs sizə mane ola bilməyəcək və havanın soyuq, ya da isti olmasının da önəmi olmayacaq. İşimə aludə olub şövqlə yazaram. Yazdıqlarımı oxuyar, adətən növbəti səhnədə nə baş verəcəyini bildiyim zaman ara verdiyim üçün burdan davam edərəm.

Nə edəcəyimi və sonra nə olacağını bildiyim hissəyə qədər yazaram, orda bitirərəm və yazdıqlarımla yenidən mübarizə edəcəyim ertəsi günə qədər yaşayaram.

 Yazmağa səhər 6-da başlayır, nahara və ondan bir az sonraya qədər davam edirəm. Ara verdiyim zaman boş oluram və eyni zamanda bu boşluğu doldurmağa çalışıram. Aşiq olduğunuz vaxt birinə özünüzü bəyəndirməyə çalışdığınız kimi bu boşluğu dəyərləndirməyə çalışaram.

Ertəsi gün yenə yazmağa başlayana qədər bəzən hər şey mənasız gələ bilər. Ertəsi günə qədər gözləmək, bacara biləcəyim ən çətin işdir.

Gənc yazıçıya bəzi tövsiyələr
 -Qısa cümlələr yaz. Hər zaman qısa cümləylə başla. Dinamik bir dilin olsun. Pozitiv ol, neqativ olma.

 -İşlətdiyin dil yaşadığın zamana aid olmalıdı, yoxsa bir işə yaramaz.

 -Sifətlərin həddindən artıq işlənməsindən vaz keç; xüsusilə də “böyük, möhtəşəm, inanılmaz” kimi qeyri-adi sözlərdən.

 -Həqiqətən bacarığı olan və demək istədiyi şeylər haqqında səmimiyyətlə hiss etdiklərini yazan biri bu qaydalara uyarsa pis şey yaza bilməz.

 -Yaza bilmək üçün mən ilk dəfə yazmağa başladığım o otel otağındakı yalnızlığımı yadıma salıram. Sən də hamıya bir oteldə qaldığını söylə, amma başqa bir oteldə qal. Yerini öyrənsələr özünü təbiət qoynuna at. Orda da səni taparlarsa gedə biləcəyin ehtiyat bir yerin həmişə olsun. Bütün gün çalış, o qədər çalış ki, artıq edə biləcəyin iş gündəlik qəzetləri oxumaq olsun. Sonra bir şey ye, tennis oyna, ya da heç bir şey etmə. Yaxud da yalnız bağırsaqlarını işlədə biləcək qədər yorulana kimi bir iş gör və ertəsi gün yenə yazmağa başla.

 -Yazarlar təkbaşına işləmək məcburiyyətindədilər. Ancaq sonda əsərlərini bitirən kimi özlərini göstərmələri vacibdir. Amma çox olmaz. Yoxsa nyu yorklu yazarlara çevrilərlər. Bir şüşənin içində yaşayan soxulcanlar kimi bir-birləriylə və şüşəylə olan münasibətlərindən qaynaqlanarlar. O şüşənin bəzən artistik xüsusiyyəti olur, bəzən iqtisadi, bəzən isə dini. Bir dəfə şüşənin içinə düşdülərmi, həmişə orada qalarlar. Özlərini şüşədən kənarda yalnız hiss edərlər. Özlərini yalnız hiss etməyi istəməzlər. İnandıqları şeylərdə yalnız olmaqları onları qorxudar. ...

-Bəzən yazmaq mənə çətin gələndə ehtiyac duyduğum cəsarəti tapmaq üçün öz kitablarımı oxuyuram və o zaman onları yazmağın çətin hətta imkansız olduğunu xatırlayıram.

-Bir yazar əgər həqiqətən də işə yarayan yazardırsa, hər şeyi olduğu kimi yazmaz. İcad edər, ya da özündən uydurar; fərdi və ya fərdi olmayan məlumatlardan yola çıxaraq bunu edər.
Davamı →

Ernest Heminqueyin həyatı

O, həyatda hər şeydən çox payızı sevirdi. Sarı, isti payız yarpaqlarını...
Ernest Heminquey dahi amerikan arzusunun bir parçasına çevrildi: gözəl qadınları sevən, varlı, məşhur və həyatdan öz qərarı ilə köçən əsl kişi...

Balaca Ernest ailənin böyük oğlu idi. Anası onun violonçeldə çalmasını arzulayırdı, ancaq Ernestin başqa maraqları vardı. Üç yaşında o, ilk forelini tutmuşdu. Səkkiz yaşında Ernest artıq bütün ağacların, güllərin, quşların, balıq və heyvanların adını əzbər bilirdi, bununla yanaşı, Çarlz Dikkensin də kitablarını oxuyub bitirmişdi. On iki yaşında babası ona silah hədiyyə edir və sərrast atması üçün günə üç patron verir.
Davamı →

Heminquey haqda bilmədikləriniz

Ernest HemingwayErnest Heminquey özündən əvvəlki və sonrakı yazıçılar arasında ən rəngarəng həyat yaşayanlardandır. Axı niyə də olmasın?! Məgər neçə yazıçı İspan Vətəndaş Müharibəsi və II Dünya Müharibəsində olub, oradan ən isti xəbərləri mətbuata ötürüb?

Hələ I Dünya müharibəsində İtaliyada Qırmızı Xaç təşkilatının təcili tibbi yardım maşını sürüb, üstəlik ayağından yaralanıb. Bütün bunlar onun əsərlərində özünü büruzə verir; yazıçı ədəbiyyat dünyasının ən yaxşı iki mükafatı — Pulitzer və Nobel mükafatlarına layiq görülüb.

Paris, Ki-Uest, Kuba, Toronto, Çikaqo və digər yerlərdə bir müddət yaşayan Heminquey Afrikada yaşadığı vaxtlarda iki dəfə təyyarə qəzasından sağ çıxıb. Onun F. Skot Fitscerald və Ceyms Coysla içməyi, dörd dəfə evlənməyi heç kəsə sirr deyil. Amma yazıçı haqqında daha 10 fakt öyrənmək heç də pis olmazdı:

Davamı →

Hindu düşərgəsi | Ernest Heminquey

Ernest HeminqueyGölün sahilinə daha bir qayıq gətirilmişdi. İki hindu onun yanında dayanıb gözləyirdilər. 
Niklə atası qayığın arxa hissəsində oturdular və hindular onu suya tərəf itələdilər, onlardan biri isə qayığa mindi ki, avar çəksin. Corc əmi isə düşərgə qayığının arxa tərəfinə əyləşdi, gənc hindu onun qayığını suya saldı və ona minərək avar çəkməyə başladı. 

Hər iki qayıq gecə vaxtı yola düşdü. Nik o biri qayıqdan gələn avar səsini eşidə bilirdi, onun səsi gecə dumanında irəlidən gəlirdi. Hindular qeyri-hamar taxtalarla avar çəkirdilər. Nik atasını qoluna söykənib rahat yarıuzanıq, yarıoturaq vəziyyətdə idi. Gölün havası soyuq idi. Onların qayığında avar çəkən hindu çox çalışqan olmasına baxmayaraq, digər qayıq yenə də daha irəlidə idi. 

— Biz hara gedirik, ata? − Nik soruşdu.
— Hindu düşərgəsinə. Orada bir hindu qadın çox xəstədir.
— A-a-a, – Nik dedi.
Ardı →

Ernest Heminquey

O qısa ömür yaşasa da, həyatı macəralarla dolu olub ,və özündən sonra çoxlu açılmamış sirrlər qoyub, bəziləri bu günəcən yazıçının ölümündən sonra sirr olaraq qalır.Düyünə dyşmüşmüş kimi nə yazıçının özündən ,nə qohumlarından yan keçib, onun bioqrafları tərəfindən sadəcə “lənətlənmiş Heminquyeylər” adlandrılmışlar.
Davamı →