Finlandiya təhsil sistemi

Şagirdlərə nə qiymət, nə də ev tapşırığı verilir
200 ildir dəyişməyən Finlandiya təhsil sistemi nailiyyətləri ilə dünyanı heyran qoyur. Fin təhsil sistemində təbiət elmləri, riyaziyyat, humanitar elmlər, incəsənət, idman və praktika da çox vacibdir. Fin uşaqları bağça və ibtidai siniflərdə oyunlar oynayır və zövq alaraq öyrənirlər. Müəllimlər də, valideynlər də riyaziyyat və ya dəqiq elmlərdə mücərrəd anlayışları öyrətməyin ən səmərəli yolunun musiqi, dram, ya da idman olduğunu düşünürlər.

Tələbə Dəyərləndirməsi üzrə Beynəlxalq Proqram (PISA – Programme for International Student Assessment) testləri məktəb həyatının çox əhəmiyyətli olan bəzi meyarlarını qiymətləndirmir. Finlandiyada məcburi məktəbə başlama yaşı 7-dir. Bu, ilk təhsilin ailədən gəldiyi düşüncəsinə əsaslanır. Uşaqlar məktəbə özləri piyada, ya da velosipedlə gedirlər.
Davamı →

Fin mətbəxi

Finlandiya Avropanın şimalında, Baltik dənizi sahilində yerləşir. Şimalda yerləşməsinə baxmayaraq, turizm ölkəsi hesab edilir. Ölkənin paytaxtı Helsinki  turistlər tərəfindən ən çox ziyarət edilən və sevilən şəhərlərdəndir. Yayda +10, +15 dərəcə istidə çaylar və göllər ətrafında dincəlmək, dünyanın ən təmiz suyu hesab olunan fin sularından içmək insana xüsusi ləzzət verir. Bu aylarda qütb gündüzlərini yaşamaq da insanda xoş ovqat yaradır.


Ardı →

Finlandiya

Finlandiya şimalda yerləşməsinə baxmayaraq, turizm ölkəsi hesab edilir. Finlandiyanın bayragıÖlkənin paytaxtı Helsinki, həmçinin Tampere, Turku, Oulu Kuopio və Porvoo turistlər tərəfindən ən çox ziyarət edilən və sevilən şəhərlərdir. Bu ölkəyə turistlər ən çox yayda gəlirlər. Yayda +10, +15 dərəcə istidə çaylar və göllər ətrafında dincəlmək, dünyanın ən təmiz suyu hesab olunan fin sularından içmək insana xüsusi ləzzət verir. Bu aylarda qütb gündüzlərini yaşamaq da insanda xoş ovqat yaradır. Finlandiyada turistlərin ən sevimli yerlərindən biri də Qütb dairəsi yaxınlığında yerləşən Aavasaks dağıdır. Laplandiyada qış turizmi geniş yayılıb. Ona görə də qısa qış tətillərində Avropanın hər yerindən on minlərlə turist Finlandiyaya axışır.

Ardı →

Laplandiya-Şaxta babanın vətəni

  • Turizm

Laplandiya-Skandinaviyanın şimalında yerləşirSoyuqlar düşən kimi insanın ağlına «Qış gəlir, deməli tezliklə Yeni il şənliyi olacaq» fikri gəlir. Bəs, Yeni ili harada keçirmək olar? Bu sualın çox sadə cavabı var. Şaxta babanın evinizə gəlməyini gözləməkdənsə siz onun yanına gedin. Əlbəttə ki, Laplandiyaya. Şimali Avropada yerləşən bu ölkə dörd dövlət arasında bölünüb. Bunlar Norveç, Finlandiya, İsveç və Rusiyadır. Buranın köklü sakinləri sayılan saamlar şimal hissədə məskunlaşıblar. Onların yarısı qədim dildə (10 dialektdə) danışır. Əhalinin çoxu Şimal qütbündən 5 km aralıda yerləşən paytaxt Rovaniem, Kemiyarvi, Kemi və Tornio şəhərlərində yaşayır. Bu ekzotik məkanda ilin dörd fəslindən əlavə sirli bir mövsüm də var. Buna kamos deyirlər. Həmin vaxt günəş üfiq xəttindən yuxayıra qalxmır və ətraf göy rəngə bürünür. Kamosu Laplandiyanın şimalında il ərzində 200 dəfə müşahidə etmək olar. Saamların animistik anlayışlarına görə səmada görünən ağ, yaşıl və sarı rənglərin peyda olmasına səbəb təpələrlə qaçan tülkünün quyruğudur.


Ardı →