Sirk əsl incəsənətin son sığınacağıdı

Sevdiyin vaxtları yada salanda sənə elə gəlir ki, o vaxtdan sonra həyatında heç nə baş verməyib.

Məhəbbət iki zəif insanın görüş anıdı.

Kişi qadını nə qədər çox tanıdıqca, onun barəsində təsəvvürü daha da bəsitləşir.

Paris insanların məskunlaşdığı səhradı: əyalət şəhəri, dörd bir yanı qələbəlik olan tənhalıq.

Diktaturanın yeganə ləyaqətli işi səni seçkilərin nəticələrini bilmək üçün saatlarla radioqəbuledici qarşısında oturmaq əzabından xilas etməkdi.

Ən baha başa gələn qadın özünü satmayan qadındı.
Davamı →

Fransua Moriak

Fransua MoriakFransız yazıçı, dramaturq və şair Fransua Şarl Moriak 1885- ci il oktyabr ayının 11-də  Fransanın Bordo şəhərində çoxuşaqlı tacir ailəsində doğulub. 1887- ci ildə həyat yoldaşı vəfat etdikdən sonra, Fransuanın anası Marqarita Moriak övladları ilə birlikdə valideynlərinin evinə qayıtmalı olur. Son dərəcə utancaq bir uşaq olan Fransua təhsil aldığı Müqəddəs Məryəm məktəbində özünü olduqca bədbəxt hiss edirdi. Üç il sonra o, marionitlər məktəbinə daxil olur və sevimli yazıçıları Rasin və Paskalla da ilk dəfə burada tanış olur. Fransua kolleci bitirdikdən sonra Bordo Universitetinə daxil olur və 1905-ci ildə ədəbiyyat üzrə magistr dərəcəsinə yiyələnir.

Növbəti il Moriak tarixçi, medievist və arxivçiləri yetişdirən De Şart məktəbinə daxil olmaq məqsədilə qəbul imtahanlarına hazırlaşmağa başlayır. 1908- ci ildə o, həmin məktəbə qəbul olunsa da, altı ay sonra təhsilini yarımçıq qoyub özünü tamamilə ədəbiyyata həsr etmək qərarına gəlir. Moriakın bu addımı atmasına “Le Temps Present”  nəşriyyatının onun  “Birləşmiş əllər” adlı ilk şeir toplusunu nəşr etməyə razılıq verməsi təkan verir. Toplu 1909- cu ildə dərc edilir, 1910-cu ildə isə məşhur yazıçı Moris Barres kitaba müsbət rəy yazır.  
Ardı →