Həriflərin düzgün oxunuşu (A, Ke)

Əbdüləzəl Dəmirçizadə (Müasir Azərbaycan dili 1-ci hissə fonetika, orfoepiya, orfoqrafiya Bakı, 2007)
A saiti
. Müasir Azərbaycan ədəbi dilində ən çox işlənən saitlərdən biri a saitidir Buna görə də a saitinin tələffüz çalarlığı çoxdur. Ümumiyyətlə, müasir ədəbi dildə işlənən sözlərin bir qisminin əsli ilə əlaqədar fonetik təbiətindən, bir qismində isə fonetik şəraitindən, bəzən də intonasiyon çalarlıqdan asılı olaraq müəyyən hecalardakı a saiti ya uzun (a:), ya qısa (a), ya adi (a), ya vurğulu (á), ya uzadılmış vurğulu (â), ya da diftonqlaşmış ou kimi müxtəlif çalarlıqda tələffüz olunur.


Ardı →