Kibritsatan qız | Hans Xristian Andersen

Bir yeni il gecəsi idi. Dondurucu, qovurucu bir soyuq vardı. Yoldan keçənlər paltolarının yaxasını qaldırmışlar, şallarına bürünmüşlər, sürətli sürətli gedirdilər. Kimi evinə gecikmiş, tələsik gedir, kimi bir əyləncə yerinə gedirdi. Uşaqlar qaçırlar, bir-birlərinə qartopu atırdılar. Gecənin zövqünü ən çox onlar çıxarırdılar. Qəhqəhələrlə gülürlər, sevinclə qışqırırdılar. Tək bir uşaq vardı ki, gəlib keçənlər onun fərqində deyildilər. Kiçik bir qız uşağı. Başı açıq, paltarı yamaq içində, yoxsul bir qızcığaz. Bir qapının önünə büzülmüş, çılpaq ayaqlarını altına almışdı. Soyuqdan göyərmiş, tir-tir titrəyirdi. Üzərində oturduğu daş pillə də buz kimi idi.

Qızcığaz da sanki donmuş, bir buz parçası kəsilmişdi. Geniş qutunun içində sıralanmış kibrit qutularına baxarkən gözləri yaşarırdı. Bəli, bu bir kibritçi qız idi. O gün bir tək qutu kibrit belə sata bilməmişdi. Satsa, bir neçə qəpik pul qazansa, qalxıb evinə gedər, anasıyla birlikdə heç olmazsa bir kasa isti şorba içərdi. Gedə bilmirdi, çünki o gün heç kibrit sata bilmədiyini anasına söyləməkdən çəkinirdi. Soyuqdan, kədərindən titrəyən batıq, incəcik səsiylə «Kibrit var, kibrit» — deyə qışqırırdı. Küçədən keçənlərin heç biri başını çevirib baxmırdı…
Davamı →

Hans Xristian Andersen

Hans Xristian Andersen dünyanın ən məşhur nağılçılarından biridir. O, “Çirkin ördək balası”, “Çaxmaq daşı”, “Kibritçi Qız”, “Qalay əsgər”, “Düyməcik”, ”Su pərisi”, “Qar kraliçası”, “Kralın təzə libası”, “Noxud üstündə yatmış şahzadə qız” və başqa nağılları ilə məşhurdur. Andersenin nağılları özünəməxsus xüsusiyyətləri və qeyri-adilikləri ilə seçilir. Amma dahi nağılçının həyatı heç də nağıllardakı kimi olmamışdır. Adi bir başmaqçı olan atası oyuncaq hazırlamağı çox sevərdi.

Atasının həyatdan erkən köçməsi ilə Hans uşaqlıq çağları ilə vaxtından əvvəl vidalaşmış və işləməyə məcbur olmuşdur. Daha sonra Hans Kopenhagenə köçmək qərarına gəlir. O, bütün asudə vaxtını kitabxanada keçirirdi. Beləliklə, Hans Kopenhagen universitetinə daxil olur və yazıb-yaratmağa başlayır. Onun əsərləri nəşr olunur və teatrlarda səhnələşdirilir.
Davamı →

Hans Xristian Andersen

Çox sevdiyim Viktor Hüqonun belə bir aforizmi var: “ İnci palçıqda əriməz”. Hansın da məhz inci kimi saf qəlbi ətrafdakı ona gülüb lağ edən insanların çirkabında məhv olmadı, daha da gözəlləşdi, özünün təsvir etdiyi kimi çirkin ördək balası ququşuna çevrilə bildi.

Əgər nağıllar toplusu dərc etsək, Danimarkalı yazıçı Hans Xristian Andersenin nağılları olmadan o toplu tam olmaz; “ Çirkin ördək balası”, “ Düyməcik”, “ Noxud üstündə yatan şahzadə qız”, Qalay əsgərcik”, Qar Kraliçası” və s digər sehirli nağılları daxil etmədən nağıllar toplusu tamamlanmamış görünərdi. Maraqlı burasıdır ki, müəllifin özünün də həyatı sehirli nağıla bənzəyib, bəzən kobud insanların təhqirləri, bəzən həyatın anlaşılmaz haqsız təsadüfləri, bəzən isə şöhrətin geniş qapıları ilə rastlaşan Hans yaşamış olduğu müxtəlif olaylardan dolayı psixi sarsıntılar keçirmişdi. Yazıçının qəribə qorxuları vardı, o yanmaqdan qorxurdu, harasa gedəndə həmişə özü ilə ip aparardı ki, qaldığı oteldə yanğın olsa qaça bilsin, diş ağrılarından, diş çəkdirməkdən, kiminsə onu zəhərləyəcəyindən, pul xərcləməkdən qorxurdu. Həyatı boyu üç qadını sevmişdi, heç birindən qarşılıqlı sevgi görmədi və həyatının sonuna qədər subay qaldı.
Davamı →

Hans Xristian Andersen barədə 10 fakt

Hans Xristian AndersenHəm uşaqlar, həm də elə böyük üçün məşhur nağıllar müəllifi olan Hans Xristian Andersen haqqında nə bilirik? Əlbəttə, çox şeyi bilir, yəqin bir o qədər şeyi də bilmirik. Elə isə başlayaq, hər bir halda bu dahi yazıçı barədə 10 faktı diqqətinizə çatdırırıq. Güman edirik ki, əvvəl eşidənlər də beyinlərini təzələmək baxımından yaxşı fürsət tapmış olacaqlar.
Uşaqlıq
Andersen (1805-1875) Danimarkanın Fions adalarındakı Odense şəhərində anadan olub. Babası ağac emalı işi ilə məşğul olan Anders Hanseni Odensedə hamı dəli sayırdı. Çünki qoca taxtadan yarı insan, yarı heyvan görüşünlü fiqurlar yonub hazırlayırdı. Bir qayda olaraq adamları qanadlı təsvir edirdi. Babasının bu xüsusiyyəti nəvəsinə də təsirini göstərirdi. Onun nağıllarında insanlar həm də qanadlı oldular. Əlbəttə, Hans emalatxanada işləmədi, məktəbdə təhsil aldı ki, təhsilinin yüksək səviyyədə olduğunu söyləmək mümkünsüzdür. Andersen ömrünün sonlarınadək yazılarında çoxsaylı səhvlərə yol verirdi.
Davamı →