Dünyanı heyrətə salan əlil

  • Kino

Amerikalı rejissor Artur Penin 1962-ci ildə çəkdiyi,  iki “Oskar” almış “Qaranlığın içindən” (Orjinal adı: The Miracle Worker) filminə sona qədər baxmaq üçün insanın əsəb sistemi çox sağlam olmalıdır. Amerikalı pedaqoq, aktivist, yazar Helen Kellerin həyatından bəhs edən bu filmi emosiyasız, göz yaşı axıtmadan izləmək mümkün deyil. Film haqqında çox danışmaq istəmirəm. Bilirəm ki, kino həvəskarları indiyəcən baxıb və ya mütləq baxacaq.  Bu yazıda Helen Kellerdən — əsl əzmkarlıq abidəsi hesab edilə biləcək insan haqqında danışmaq istəyirəm.

Uşaqlıqdan kor, kar və lal olması onu başqalarından fərqləndirirdi. Fiziki qüsurlarına baxmayaraq Helen Kellerin bacarıqları onu əfsanəvi şəxsiyyətə çevirir. Beş dil bilən, velosiped və yelkənli qayıq sürən, şahmat oynayan Helen Keller eyni zamanda müəllifi olduğu kitablarla əlillərin həyatına yeni rəng qatmağı bacarmış, onlar üçün həyatı asanlaşdırmağa çalışmışdı. Amerika Görmə Qüsuru Olanlar Dərnəyi ilə yanaşı bir çox təşkilatlarda çalışmış, işi ilə bağlı müxtəlif ölkələrə səyahət etmişdir.  Gənclik dostu və tanınmış yazıçı Mark Tven Helen Keller haqqında deyirdi:


Ardı →

Bir həyat hekayəsi

Bu yazı məşhur Helen Adams Keller (1880-1968) haqqındadır. Keller başqa uşaqlar kimi dünyaya sağlam gəlmişdi. Ancaq 1 yaş 7 aylığında keçirdiyi bir xəstəlikdən sonra gözləri tutuldu. Artıq onun qulaqları da eşitmirdi. Uşaqlığının ilk illərində çox əsəbi və çılğın idi. Buna görə də, valideynləri ona tərbiyəçi axtarmağa başladılar. Nəhayət, əvvəllər kor olan, sonra əməliyyatla (az da olsa) görməyə başlayan Enn Mensfild Sallivanı tapdılar. Sallivanın bütün səylərinə baxmayaraq, ilk vaxtlar Kellerdə heç bir dəyişiklik olmadı. Nəhayət, bir gün qızcığaz əlinə su tökərkən Sallivan barmağı ilə o biri əlinə «su» sözünü yazdı. Bundan sonra Kellerdə böyük bir dəyişiklik başladı. Keller əvvəlcə sözləri öyrəndi. 1890-cı ildə isə danışmağa başladı. Məktəbi bitirdikdən sonra məşhur «Mənim həyat hekayəm» (1902) kitabını yazdı. «Bütün Dünya» jurnalının 1954-cü il sayında «Korluğu heçə sayan qadın» adlı yazı da Keller haqqında idi. Mark Tven isə 19-cu əsrin iki böyük dahisinin Napoleon və Keller olduğunu deyirdi.


Ardı →