Möhtəşəm olan mövcud olmayandır

Xoşbəxt olmagın tək yolu onun oz əlinizdə olmasını dərk etməkdir.İnsanın azadlığı onun istədiyi hər şeyi edə bilməsində deyil, istəmədiyi heç bir şeyi etmək məcburiyyətində olmamasındadır.

Sevginin verdiyi xoşbəxtliyi evlilikdən sonrada yaşaya bilsəydik o zaman dünya cənnət olardı.

Sevgim üçün dünyaları verərəm, azadlığım üçünsə sevgimi.

Səbr acıdı, amma meyvəsi şirindir.

İnsanlar ömür qısadır deyirlər, lakin yenə də onu qısaltmaq üçün əllərindən gələni edərlər.

Bədbəxtlik əslində çox böyük müəllimdir. Amma bu müəllim dərslərini baha qiymətə keçər, faydasısa ödənilən pula dəyməz.

Yaşamaq- nəfəs almaq demək deyil, fəaliyyətdə olmaq deməkdir. Uzunömürlü insan yaşı çox olan insan deyil, həyatı daha çox hiss edən insandır.

Möhtəşəm olan mövcud olmayandır.
Ardı →