Kəşmir

Kəşmir insanı valeh edən təbii gözəlliklərə malikdir. Burada hara getsən, özünü gül-çiçəyin içində hiss edəcəksən.Bu, Kəşmirin iqlimindən və təbiətindən irəli gəlir. Kəşmirdə turistləri cəlb edən yerlərdən biri Dal gölüdür. Bu göl üzən nəfis ev-gəmiləri ilə məşhurdur. Ev — gəmilərdə turistlərin istirahəti və 5-6 saat ərzində özünü gölün qoynunda azad hiss etməsi, mənən və ruhən dincəlməsi üçün bütün şərait yaradılıb. Dünyanın heç yerində turistlər özlərini Dal gölündə üzən ev-gəmilərdəki kimi rahat hiss edə bilmirlər.

Dünyanın ən gözəl, insanda qeyri-adi, heyrətamiz təəssüratlar doğuran yerlərindən biridir Kəşmir. Hələ orta əsrlərdə Kəşmirə səyahətə gələn insanlar onun gözəlliyi qarşısında baş əyərək, oradan heç cür ayrılmaq istəmirdilər. Təsadüfi deyil ki, XVII əsrdə Kəşmir vadisini ziyarət edən Böyük Türk -Moğol imperatoru Cahangir buranın gözəlliyi qarşısında heyrətə düşərək: “Yer üzünün cənnəti Kəşmirdir”,-demişdi.

Dağlar qoynunda yerləşən Kəşmirdə turistlərin gəzməsinə, əylənməsinə, özlərini təbiət qoynunda mənən və ruhən azad hiss etmələrinə imkan verən çoxlu sayda məkanlar var. Kəşmir, Sriniqar, Moğol bağları, Gülmarq, Pahalkam, Cammu, Ladax və digər yerlər ilin bütün fəsillərində turistlərə gəl-gəl deyir.


Ardı →