Başlamaq üçün heç vaxt gec deyil

Hər birimizin KFC qəlyanaltı restoranlarında rastladığımız saqqallı və eynəkli, xoşsimalı cənab, əfsanəvi polkovnik Harland Sanders-in şəklidir. O, uğur daşıyıcısı hesab olunur. Qızardılmış toyuğun müasir reseptinin ixtiraçısı olan bu şəxs, hal-hazırda dünyanın 136 ölkəsində restoranlarının sayı 23 mindən çox olan “ictimai qida” imperiyasının banisidir. Amma onun tarixçəsi tipik “amerikan arzusu”ndan təmamilə fərqlənir: eniş-yoxuşları, səhvləri və uğursuzluqları çox olub. Onun həyat yolu bir çoxlarına nümunə ola bilər. Bəs bütün dünyaya yayılan uğurlu korporasiyanı Sanders-in hansı pinsiplərinə əsasən qurmaq olar?
Davamı →

Harland Sandersin 1000 uğursuzluğu

Harland Sanders 1955-ci ildə, 65 yaşında təqaüdə çıxarkən alacağı 105 dollar təqaüdə, öz köhnə avtomobilinə və xüsusi toyuq hazırlanma reseptinə bel bağlaya bilərdi. Sanders başa düşürdü ki, öz təqaüdü ilə yaşaya bilməz. Buna görə də öz avtomobilinin sükanı arxasına əyləşir və öz reseptini restoranlara təklif etmək üçün yola düşür.

Harlandın hesablamasına görə, onun reseptini alacaqlar və o hər toyuğa görə 5 sent alacaq. İlk restoran sahibi ikinci, üçüncü, dördüncü, yüzüncü və hətta mininci restoran sahibi kimi Sandersə etiraz edir.

Edilən ilk 1008 müraciət və zəng uğursuz olur. Bununla yanaşı, Harland restoranlara zəng etməyə və onlara səfər etməyə davam edirdi. O öz avtomobili ilə bütün gecəni restoranları gəzirdi.
Davamı →

Evdə KFC resepti ilə toyuq

4 nəfərlik porsiya  

Tərkibi :

2 stəkan un
2/3 x.q duz
½ q qurudulmuş kəklik otu
½ x.q qurudulmuş nanə
1 x.q kərəviz
1 x.q qarabibər
1 x.q quru xardal
2 x.q sarımsaq tozu
1 x.q zəncəfil
3 x.q üyüdülmüş ağ bibər
1 stəkan az yağlı qaymaq
1 yumurta
Doğranmış toyuq əti
Davamı →