Karl Marksın xanımına məktubu

  • Sevgi
Ürəkdən sevdiyim;
Yenə sənə yazıram, çünki tənhayam və beynimdə daxilən sənlə danışdığım zaman sənin bunu bilə bilməməyinə yaxud da, mənə qarşılıq verə bilməməyinə dözə bilmirəm. Qısamüddətli ayrılıqlar yaxşıdır, çünki hər zaman birlikdə olduğumuz zaman hər şey ayırd edilə bilməyəcək qədər oxşarlaşmağa başlayır. Yanbayan dayandıqda qüllələr belə balacalaşsa ...da, adi və kiçik şeylər yaxından baxıldıqda nəhəngləşir. Xırda narahatlıqlar onlara səbəb olan şeylər aradan qaldırılan zaman yox ola bilərlər. Yanaşı olduqlarına görə adiləşən ehtiraslar da məsafənin sehrindən böyüyüb təbii vəziyyətlərinə dönərlər. Sevgim də belədir...

Zamanın sevgimi günəş və yağışın bitkiləri böyütdüyü kimi böyütdüyünü anlamağım üçün sənin bircə an, röyada belə olsa məndən ayrılmağın yetərlidir. Səndən ayrılan kimi sənə olan sevgim bütün gerçəkliyi ilə özünü büruzə verir: o, ruhumun bütün enerjisi ilə ürəyimin bütün xarakterini birləşdirən bir nəhəngdir.
Davamı →